Azərbaycanda 2 milyon insanın həyatı BÖYÜK TƏHLÜKƏDƏ - Alimdən QORXUNC XƏBƏRDARLIQ

Azərbaycanda 2 milyon insanın həyatı BÖYÜK TƏHLÜKƏDƏ - Alimdən QORXUNC XƏBƏRDARLIQAzərbaycanda əhalisi 2 milyon nəfərdən çox olan 2000-ə yaxın yaşayış məntəqəsinin daşqın və subasma riski altında olması müəyyənləşdirilib.

BiG.AZ xəbər verir ki, bunu Trend-ə tədqiqatı aparmış Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda daşqın və subasma hadisəsi son illərdə ölkə iqtisadiyyatına vurduğu zərərə görə bütün təbii fəlakətləri üstələyib. Ona görə də Azərbaycanda daşqın və subasmanın təsərrüfat sahələrinə və yaşayış məntəqələrinə vurduğu zərərlərdən asılı olaraq rayonlaşdırılması aparılıb.

N.Paşayev əlavə edib ki, Göyçay bölgəsi istisna olmaqla, bütövlükdə Aran iqtisadi rayonunun ərazisi daşqın və subasmanın daha çox ziyan vurduğu rayona daxildir: "Bu rayonda əhalisi 1500 min nəfərdən çox olan 700-dən artıq yaşayış məntəqəsi daim daşqın və subasma təhlükəsi altınaddır. Son 20 ildə bu rayonda 2003,2006 və 2010-cu illərdə baş verən daşqın və subasmalar daha geniş əraziləri əhatə edib və respublika iqtisadiyyatına 1 milyard manatdan çox ziyan dəyib. Daşqın və subasmalar nəticəsində bu rayonun iqtisadiyyatına orta hesabla hər il 30-50 milyon manat həcmində ziyan dəyir".

Alim qeyd edib ki, daşqın və subasmanın çox ziyan vurduğu rayona Şəki-Zaqatalada Qanıx-Əyriçay ovalığı, Naxçıvan Muxtar Respublikasında Arazboyu düzənliklər, Lənkəran-Astara iqtisadi rayonunda Lənkəran ovalığı, Quba-Xaçmazda Samur-Dəvəçi ovalığı daxildir. Hazırda bu rayonda əhalisi 1 milyondan çox olan 600-dən artıq yaşayış məntəqəsi daşqın və subasma təhlıükəsi olan ərazilərdə yaşayır.

Daşqın və subasmanın orta dərəcədə ziyan vurduğu rayona Abşeron iqtisadi rayonu, Dağlıq Şirvan və Gəncə-Qazax iqtisadi rayonlarının dağətəyi düzənlikləri, Göyçay, Tərtər, Ağdam, Füzuli və Qusar bölgələri daxildir. Bu rayonda əhalisi 400 mindən nəfərdən çox olan 200-ə yaxın yaşayış məntəqəsi daşqın və subasma təhlükəsi altındadır.

Daşqın və subasmanın az ziyan vurduğu rayona Şəki-Zaqatala, Naxçıvan Muxtar Respublikası və Lənkəran-Astara iqtisadi rayonlarının alçaq və orta dağlıq hissələrini, Ağstafa, Tovuz, Qazax, Samux bölgələrinin əraziləri əhatə edir. Bu rayonda əhalisi 90 min nəfər olan 150-dən çox yaşayış məntəqəsi daşqın və subasma riski altındadır.

Xəbərlər     Baxılıb: 1528   Tarix: 29 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

geyim dəbləri aksessuarlar geymler 2026 gecəliklər elm haqqinda atalar sözləri qanda viruslar sudun terkibi kosmetika ikizler maraqli hakistalar laylalar aybawi sevda