Azərbaycanda BİABIRÇILIQ! Bakirəliyini bərpa etdirib ərə gedən qızın fəsadının üstü belə ortaya çıxdı

Azərbaycanda BİABIRÇILIQ! Bakirəliyini bərpa etdirib ərə gedən qızın fəsadının üstü belə ortaya çıxdıÇoxlarınızın, deputatların, hətta dövlət komissiyalarının mövzunu eşidəndə "aaa!", "oyy!" nidalarının müşayiətilə, "sən Allah məni belə məsələlərə qatma" deməsilə başladı məsələyə yanaşma. "Ayıbdır", "intim mövuzlara toxunmayın" deyə-deyə, gəldik çıxdıq namusun gözəllik salonlarında pulla bərpa edildiyi zəmanəyə! Amma pulla bərpa etdirdiyiniz bakirəliyin yükünü zəmanənin üzərinə ata bilməyəcəksiniz bu dəfə.

Çünki bir anlıq hisslərinizə hakim kəsilə bilməyən bəziləriniz, başqa birinin həyatını alt-üst etməyi gözə alacaq qədər NAMUSSUZSUNUZ! Bu addımı atıb, telli-duvaqlı gəlin olub, belinizə qırmızı lent bağlayanda heç düşünmədinizmi xoşbəxtliyiniz o lent boyda da olmayacaq?..
Bir başıpapaqlınız olmadımı, sizə nəzarət etsin? Yoxsa daha papaq da dəbdən düşüb?...Vallah elə dəb deyib sırıdıqlarınızdır zəmanəni bu günə qoyan.
Əlqərəz qayıdıram mövzu ilə bağlı müraciət etdiklərimə. O mövzuyla bağlı ki, Azərbaycanda var və bunu danan ya azərbaycanlı deyil, ya da uzun müddətdir ölkə hüdudlarından kənardadır ki, məsələdən halı deyil.

İlk olaraq müraciət etdiyim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən intim məsələ olduğu üçün heç kimin açıqlama verilməyəcəyini bildirdilər. İsrarlarım isə yersiz oldu.
Növbəti müraciət etdiyim Milli Məclisin Ailə, qadın, uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı isə sualımı eşitcək az qaldı olduğu yerdən gəlib məni assın. O Aqiyə Naxçıvanlı ki, Zaur Baxşəliyev və Xoşqədəm Baxşəliyevanın müəllifi olduğu verilişlərin cəmiyyətə zərərindən ağzıdolusu danışırdı. Amma indi "ay qız, bu nə mövzudur, mən ümumiyyətlə bu haqda danışa bilmərəm. Belə şey olar?" deyərək dəstəyi asdı.

"Bu addımı atan qadınları heç cür anlaya bilmirəm"

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədi Mehriban Zeynalova isə Modern.az-a deyib ki, o, belə müraciətlərlə dəfələrlə rastlaşıb.
"Mənə müraciət edənlər arasında belə hallar yaşayanlar olub. Amma heç vaxt onlara dəstək vermirəm. Mən hesab edirəm ki, insanlar ailə quranda dürüst olmalı, ailənin təməli ilk gündən sağlam qoyulmalıdır.
Bəzilərinin toydan əvvəl bakirəliyin bərpası üçün etdiyi müraciətlərə gəlincə, bu, tələb təklif məsələsidir. İnsanlar bəzi hallarda özləri məcbur edir ki, bu hadisələr baş versin.
Bəziləri bilərəkdən, hisslərinə qulaq asaraq addım atır, daha sonra bu faciəyə çevrilir və əməliyyata üz tuturlar".
M.Zeynalova hesab edir ki, qadınların bu əməliyyata üz tutmalarının səbəbi də qınaqdır:
"Qadınlar belə başa düşür ki, heç kim onları anlamayacaq yaxud qəbul etməyəcək və gələcəkdə həyatları qınaq altında olacaq.
Mən ümumiyyətlə, sonu olmayan bu cür münasibətləri dəstəkləmirəm. Nə qədər ağır, çətin olsa da, reallığı deyib qarşındakına dürüst olduğunu nümayiş etdirməlisən. Onsuz da səhv addımı atmısan, bunu bir də hansısa müdaxilə, əməliyyatla sənə inanıb ailə quran adama etmək heç də doğru deyil".

"Aldadan da kişidir, qadının namusunu ləkələyib sonra öldürən də"

Hüquq müdafiəçisi deyir ki, əslində qadını aldadan da, aldanmış vəziyyətdə ortada qoyub qınayan da kişidir:
"Bu hadisəyə görə o qadını öldürən də kişidir. Bu baxımdan övlad böyüdən valideynlər onlara düzgün tərbiyə verməli, kiminsə həyatını alt-üst etməyə, aldatmasına icazə verməməlidir. Hər kəsin digərləri qarşısında məsuliyyət hissi olmalıdır.
Onun həyatı, onun yaşamı, onun psixoloji durumu ilə bağlı məsuliyyətini dərk etməlidir. Təbii ki, hər bir qadın ailə qurmaq istəyir və bu ailəni əmin olaraq qurmaq istəyir. Təəssüf ki, sui-istifadə hallarında bu cür problemlər ortaya çıxır. Yenə də həmin hal olubsa belə, düşünürəm ki, onu doğru şəkildə anlatmaq lazımdır.
Bu əməliyyatlar, həkimlərə müraciətlərə son qoyulmalıdır. Əgər kimsə səni sevirsə, səni olduğun kimi, şəxsiyyət kimi, ruhun kimi sevəcək".

"Yalanın ömrü heç bir həftə də çəkmədi..."

M.Zeynalova bakirəliyini bərpa etdirdikdən sonra ailə qurub boşanan bir qadının ona kömək üçün müarciət etdiyini qeyd edir:
"Bakirəlik əməliyyatlarına üz tutub sonra problem yaşayan 20, 22, 28, 32 yaşlı xanımlar bizə müraciət edib, amma heç bir halda mən onlara kömək etməyi boyun olmamışam. Çünki qəti şəkildə bu cür əməliyatlara qarşıyam.
Bir dəfə mənə bir xanım yaxınlaşmışdı. Çox ziyalı bir xanım idi. Yəni bu kimi məsələlərdə qadınların təhsilsiz olmasını əsas gətirirlər çox vaxt. Amma bu xanım təhsilli idi. Deməli, bu xanım öz nişanlısı ilə münasibətdə olmuşdu. Amma onlar evlənəsi olmamışdı. Sonradan qadın başqa bir bəylə ailə qurmağa hazırlaşanda yaşadıqlarını gizlətməkdən ötrü əməliyyata müraciət etmişdi. Toydan bir həftə sonra telefonda rəfiqəsinə prosesi danışanda təsadüfən yoldaşı onu eşitmişdi. Yalan üzərində qurulan ailəyə bircə həftənin içərisində son qoyulmuşdu. Qarşı tərəf heç cür aldadıldığı ilə razılaşa bilmirdi. Baxın bu əməliyyatların belə nəticələri də var. Ona görə gizlətmək, aldatmaq, süni şəkildə bakirəliyi bərpa etmək yolverilməzdir.
Ümumiyyətlə, bakirəlik məsələsi və onun bərpası daha çox Şərq ölkələrində yayılıb. Harada ki, bakirəlik insan, qadın faktorundan üstdə durur, məsələ orda da aktualdır".

Xəbərlər     Baxılıb: 17716   Tarix: 26 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

yaz geyimleri 2026 yay kolleksiyasi geyim şəkilləri balıq yağı mede siresi sözlü şəkillər kabab reseptləri kosmetika novruz bayrami dolça nizami gencevi sevgi vusale elizade