Azərbaycanda bir milyon manata retro avtomobil satılır - VİDEO
Ağstafa rayonunun Köçəsgər kənd sakini Tural Abbasəliyev atasına hədiyyə edilən "Çayka" markalı avtomobili 30 ildir göz bəbəyi kimi qoruyur.
Xanim.az Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobilin mühərrik həcmi 5.5 litr, avtomat ötürücü və geniş salona malikdir.
1973-cü ildə istehsal edilən bu avtomobil qeyri-adi görünüşü ilə diqqət çəkir. Bu avtomobil öz dövründə dövlət və hökumət adamları, nazirlər üçün nəzərdə tutulub.
Hazırda retro avtomobil kimi dəyərləndirilən bu maşına yüksək qiymət təklif etsələr də, sahibi onu satmaq istəməyib. Çünki sahibi onu fantastik qiymətə - bir milyon manata satmaq niyyətindədir.
Rusiyanın Qorki avtomobil zavodunun istehsalı olan bu maşın görənlərin marağına səbəb olur. Hətta onunla şəkil çəkdirənlər də olur. Toy, klip, film çəkilişlərinə də dəvət az deyil. Tural "Çayka" avtomobili ilə paytaxtdakı retro avtomobil sərgilərinə də qatılmaq istəyir.
f Paylaş








Oğlumun müğənni olmasına əsla razı olmaram
Damar tıxanıqlığının əsas səbəbi bu imiş
Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi
Yusuf Güney yenidən SAXLANILDI
"Game of Thrones"in aktyoru öldü - FOTO
Məşhur aktyor ABŞ-İsrail-İran müharibəsindən film çəkir
Sen anlat Karadeniz'in aktyoruna qeyri-adi mükafat verildi
Hər gün bir stəkan içənlərin ürəyi yenilənir
Xahiş edirəm, ayağa qalx
Özündənrazı olanlar düz yoldadır' - Zümrüd
Kortizol dalğası: Sosial media mifləri və reallıqlar
Ürəkdən beyinə qədər - Fit forma bədəni necə qoruyur?
Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT
Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri
Demet Bakı konsertini təxirə saldı