Azərbaycanda dəhşətli hadisə: Xəstəxanada xəstənin gözünü çıxardılar

Azərbaycanda dəhşətli hadisə: Xəstəxanada xəstənin gözünü çıxardılarMaştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində müalicə alan xəstələrdən birinin gözü çıxarılıb.

Xanim.az xəbər verir ki, bu haqda lent.az-a xəsarət almış xəstə 51 yaşlı Mürvət Səfərovun qardaşı Allahverdi Səfərov şikayət edib.

Allahverdi Səfərov bildirib ki, qardaşı artıq neçə ildir idarəolunmaz vəziyyətdə olduğundan ruhi dispanserdə müalicə alır. Hadisə isə fevralın 26-da səhər saat 10.00 radələrində baş verib: "Qardaşımın sol gözünə xəsarət yetirərək çıxarıblar. Hadisənin kim tərəfindən törədildiyini dəqiq bilmirik. Bir müddət əvvəl isə qabırğası sınmışdı".

A.Səfərov əlavə edib ki, qardaşı Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda əməliyyat olunub: "Xəstəxanadan çıxandan sonra güman ki, qardaşımı yenidən həmin dispanserə qaytarmalı olacağıq. Çünki evdə baxılası durumda deyil. Amma artıq daha da narahatıq. Bu hadisə qardaşımın və digər xəstələrin tam təhlükəsiz şəraitdə olduqlarını şübhə altına alır".

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyini öyrənmək üçün Maştağa 1 saylı Ruhi Əsəb Dispanseri ilə əlaqə saxladıq.

Dispanserin baş həkim müavini Sevinc Cəmilqızı ailem.az-a bildirib ki, hadisə M.Səfərovun otaq yoldaşı tərəfindən törədilib: "Bazar günü M.Səfərovun otaq yoldaşı psixi durumu ilə əlaqədar ona əl qaldırıb. Əl qaldırarkən xəstə göz nahiyəsindən xəsarət alıb. M.Səfərova köməklik göstərilib, lazımi tədbirlər görülüb. Xəstə Z.Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda gözündən cərrahi əməliyyat olunub. Həkimlə də əlaqə saxlamışam və bildirilib ki, xəstənin görməsi bərpa olunub, durumu qənaətbəxşdir. Vəziyyəti yaxşı olduqdan sonra yenidən mərkəzimizə gətirəcəyik".

Baş həkimin müavini deyib ki, hadisə ilə bağlı akt da tərtib olunub və aktda qeyd edilib ki, bu fəsad xəstələr arasında münaqişə olan zaman yaranıb: "Hadisə xəstə oyanıq vəziyyətdə ikən bir saniyənin içində olub. Xəsarət yetirən xəstə oyanıq durumda olub. Oyanıq durumda olan xəstəni heç 10 nəfər belə saxlaya bilmir. Hərdən elə olur ki, verdiyimiz dərmanlar xəstəyə təsir etmir. Həmin vaxt xəstənin əynində xüsusi geyimi də olmayıb. Elə onu geyindirərkən anidən o biri xəstəyə yumruq atıb. Şikayət edən hər bir valideyn buranın ruhi dispanser olduğunu və xəstələrin durumunu da nəzərə almalıdır. Heç bir həkim istəməz ki, xəstəsinə nəsə olsun".

S.Cəmilqızı qeyd edib ki, 1 saylı Ruhi Əsəb Dispanserində hazırda 2 min 242 xəstə qeydiyyatdadır. Xəstələrin vəziyyətindən asılı olaraq bir otaqda 1, 2, yaxud 7-8 nəfər birlikdə saxlanılır.

Xəbərlər     Baxılıb: 2964   Tarix: 01 mart 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

makiyaj instagram həkim məsləhəti kosmetoloq aybaşının gecikməsi səbəbləri ziyafət geyimləri 2026 un geyimleri pul kisəsi kosmetika usaq geyimleri sevda narin faydasi vətən haqqında atalar sözləri gözellik