Azərbaycanda koronavirusun yeni variantı aşkarlanıb? - Səhiyyə Nazirliyindən AÇIQLAMA
Bu ilin fevral ayında koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantı ("Eris") qeydə alınıb. Bu, omikron ştammının yeni versiyasıdır. Artıq virusun yeni variantı Ermənistan və Türkiyədə də aşkarlanıb.
Bəs Azərbaycanda koronavirusun yeni variantına yoluxma halı baş verib?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq qeyd edilib ki, Azərbaycanda koronavirusun "Eris"variantının olması barədə rəsmi məlumat yoxdur.
Qeyd edək ki, artıq 51 ölkədə yayılmış EG.5 yoluxuculuq indeksinin sələflərindən bir qədər yüksək olması ilə fərqlənir. Yaranmış vəziyyətlə əlaqədar artıq ABŞ Prezidentinin Administrasiyası amerikalıları COVID-19-a qarşı peyvənd olmağa çağırıb. Hətta Kaliforniya, Nyu-York və Corciya ştatları məcburi maska rejimi tətbiq etməyə başlayır.
Milli.Az









Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi