Azərbaycanda satılan ucuz geyimlər xərçəng yaradır? – RƏYLƏR

Azərbaycanda satılan ucuz geyimlər xərçəng yaradır? – RƏYLƏRƏgər geyimin tikildiyi parça dövlət standartlarına uyğundursa, orqanizmə, dəriyə heç bir ziyanı yoxdur. Amma son vaxtlar sintetik parçalar isə çoxdur. Bu cür parçalar soyuq havada yaxşı isitmir, isti havalarda isə bədənin "özünüsoyutma" mexanizminin işləməsinin qarşısını alır.
Orqanizmimiz hər gün müxtəlif təhlükələrlə üzləşir. Burda ekologiya, qida və s. amillər var. Bəs geyim? Geyimimiz haqda heç düşünmüşükmü? Əksəriyyətimiz geyim seçəndə onun hansı parçadan tikildiyini yox, bədənimizə nəyin yaraşdığını əsas götürüb seçirik.
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Məqalədə deyilir:
Azərbaycanda satılan ucuz geyimlər xərçəng yaradır? – RƏYLƏRAmma nəzərə almaq lazımdır ki, dəri orqanizmin ən böyük orqanıdır. Biz ətraf mühitlə daha çox onun vasitəsilə təmasda oluruq. Dərimiz həm də geyimlərlə mütəmadi təmasda olur. Geyim tikilən parçalar çox müxtəlif olsa da, əsasən natural və qeyri-natural olmaqla iki yerə bölünür. Yaranışdan bu yana insan cəmi 4 növ təbii parça istehsal edib. Bunlar pambıq, kətan, ipək və yun parçalardır. Onlar bitki və heyvan mənşəlidir, deməli, təbiətin bir hissəsidir və analoji olaraq da insan orqanizminə bir ziyan verə bilməz. Yəni o cür parçalardan tikilən geyimlərdə bədən nəfəs alır. Amma son vaxtlar sintetik parçalar isə çoxdur. Polyester, viskoza, neylon, spandeks, laykra, elatsan və s. Bu cür parçalar soyuq havada bədəni yaxşı isitmir, isti havalarda isə bədənin "özünüsoyutma" mexanizminin işləməsinin qarşısını alır. Bəs geyim alanda ilk növbədə nəyə diqqət etməliyik?
"Əgər parça dövlət standartlarına uyğundursa..."
Dermatoloq Samirə Teymurova deyir ki, hər bir ölkənin parçalarla bağlı standartları var: "Əgər parça dövlət standartlarına uyğundursa, orqanizmə, dəriyə heç bir ziyanı yoxdur. Söhbət, əlbəttə ki, sağlam orqanizmdən gedir. Ən gözəl parça növləri pambıq, sintetikayla qarışıq parçalar (amma bir şərtlə ki, pambığın faizi çox olsun), ipək və kətan parçalar hesab edilir. Amma bu parçalardan tikilən geyimlər ucuz olmur. Hindistan, Çin istehsalı olan pambıq parçalar nisbətən ucuz ola bilər. Amma ipək həmişə bahadır. İpəkdən hazırlanan kəlağayı, köynək, don, kətandan kostyum da ucuz deyil. Adlarını sadaladığım parçalar sırf özündən də ibarət ola bilər, qarışıq da. Məsələn, viskoza, poliester, poliamid, akril və s. Amma parçada sintetikanın faizi nə qədər az olsa, bir  o qədər yaxşıdır. Dəri nəfəs almalıdır. O da ancaq təbii parçalarda mümkün olur. Sintetik məhsullarda bədən çox tərləyir. Bəzən bu cür tərləmələr pis qoxu verir".
"Vacib şərtlərdən biri də geyimin harada istehsal olunmasıdır"
"Vacib şərtlərdən biri də geyimin harada istehsal olunmasıdır", - deyir həkim: "Lap sintetik tərkibli də olsa, geyim əgər normal, brendi və məhsulu məlum fabrikdə tikilibsə, deməli, ən azından insan orqanizmi nəzərə alınıb və standartlara uyğundur. Yəni sağlam dəriyə bu cür şəraitdə tikilmiş geyimlərdən ziyan gəlməz. Amma gizlin, yeraltı, adı naməlum, bəzən də başqa firmanın etiketləri vurulan sexlərdə tikilən geyimlər, əlbəttə ki, şübhə doğurur. Onlar bədənə allergik reaksiya da verə, digər xoşagəlməz xəstəliklər də törədə bilərlər. Məsələn, kəlağayını götürsək, o özü həm təbii parçadan, yəni ipəkdən hazırlanır, rənglənməsində də təbii rənglərdən (qoz, nar, soğan qabığı, müxtəlif bitkilərin çiçəkləri, yarpaqları və s.) istifadə olunur. Bu cür məhsul, əlbəttə ki, baha da olsa, çox gözəl və təhlükəsizdir. Yeri gəlmişkən deyim ki, kəlağayının (ipəyin) çox gözəl xüsusiyyəti var. O, istidə sərin, soyuqda isti saxlayır. Ona görə nənələrimiz ipək parçadan geyimlər, həmçinin də baş örtükləri istifadə ediblər. Söhbət uşaqlardan gedirsə, xüsusən də, allergiyalı uşaqdırsa, onun bütün geyimləri, həmçinin də yataq dəsti mütləq pambıq parçadan olmalıdır. Süni xəz, krujeva və bəzəklər də reaksiya verə bilər. Ona görə də bu cür şeylər parçanın üstündə olmalı, birbaşa dəriyə toxunmamalıdır".
Dermatoloqun fikrincə, brendlərin məhsulları ilə ucuzlu məhsullar arasında yerlə-göy qədər fərq var: "Amma hər kəs bahalı olan brend malları da ala bilmir axı. Fikirlər var ki, ucuz parçalar dəridə müxtəlif xəstəliklər yaradır. Bu fikir öz təsdiqini tapmayıb. İllərlə insanlar yarmarkadan və elə ikinci əl dükanlarından geyimlər alır. Onların hamısı bəyəm xəstələnir? Yox, əlbəttə ki. Avropanın özündə də çox bahalı, orta və ucuz brendlər var".
Azərbaycanda satılan ucuz geyimlər xərçəng yaradır? – RƏYLƏR Standartlara uyğun geyimlər
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının İdarə Heyətinin üzvü, geyim idxalçısı Elxan Mərdanlı deyir ki, müştəri geyim alarkən bir çox məqamlara diqqət etməlidir: "Onlardan başlıcası geyimin brendidir. Hər bir brend ana ölkəsində olan standarta uyğun geyim istehsal edir. Paralel olaraq həmin geyimləri dünyanın tekstil sənayesi inkişaf etmiş ölkələrində istehsal etdirir. Yəni məhsul iki ölkənin standartlarına uyğun tikilir. Bu zaman təbii ki, insan sağlamlığı üçün dəqiq hesablanır. Məşhur İtaliya, İngiltərə brendləri var ki, Vyetnam, Hindistan, Banqladeş, Türkiyə, həmçinin də öz ölkələrində geyimlər istehsal etdirir. Deməli, o məhsullar həm öz, həm də istehsal etdiyi ölkələrin standartlarına cavab verir".
 Geyimdə yarlıq yoxdursa...
Elxan bəy qeyd edir ki, geyimin içində brendin adı, hansı parçalardan hazırlandığı, hətta bəzən hansı fabrikdə istehsal olunduğu da qeyd olunmalıdır: "Brend istehsalçıları öz üzərinə məsuliyyət götürürlər və gigiyenik baxımdan keyfiyyətli məhsullar istehsal edirlər. Geyimdə yarlıq yoxdursa, o qeyri-müəyyən parçadan istehsal oluna, insanın sağlamlığına ziyan verə bilər. Azərbaycan Respublikasının müvafiq  qanunvericiliyinə görə ölkəyə idxal olunan mallar üçün xüsusi gigiyenik sertifikat tələb olunur. Məsələn, əgər idxal edilən uşaq geyimidirsə, məhsul ölkəyə gəlməmiş həmin məhsulun nümunəsi müvafiq quruma təqdim olunur, laboratoriyada analizdən keçir, bunun qarşılığında gigiyenik sertifikat alır".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1438   Tarix: 14 yanvar 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

qadin sayti yaz geyimleri 2026 yay kolleksiyasi haqista hamileliyin elametleri emulqatorlar uşaq və təhsil kosmetika həsən bəy zərdabi cinsi qadin.az webnem tovuzlu hakışdalar