Azərbaycanda siqaretin qiyməti süni bahalaşdırıldı - 10-20 qəpik
Azərbaycanda siqaretlər bahalaşıb.
Qadinsayti.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, alıcılar tərəfindən verilən məlumata görə, məbləğ qiyməti 2 manata qədər olan siqaretlər üçün 10 qəpik, 2 manatdan artıq olanlar üçün isə 20 qəpik artıb.
Qeyd edək ki, ölkədə siqaretlərin nağd yolla topdan satışına qadağa qoyulduqdan sonra qiymət artımının qaçılmaz olduğu vurğulanırdı. Satıcılar da qiymət artımını məhz bu qərarla əlaqələndirirlər.
Unikal.org-un əməkdaşı bir sıra satış mərkəzlərində araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, siqaretin qiymətində hələlik heç bir rəsmi artım yoxdur. Yalnız xırda siqaret ticarəti ilə məşğul olan şəxslər tərəfindən bunun edildiyini deyilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, "EUROPEAN TOBACCO Baku" şirkəti fəxri rəhbəri Rüfət Quliyev unikal.org-a açıqlamasında deyib ki, Azərbaycanda tütün məmulatların nağd pulla topdan satışı qadağan olunması qiymət artımına rəvac vermir və bu hal baş verərsə, bu, süni qiymət artımı olacaq.
O deyib ki, bu gün tütün məmulatlarının istehsalı üçün lazım olan xammalın 70-80%-i idxal olunur. Dolların kursunun qalxması davam edərsə, istehsal olunacaq siqaretlərin maya dəyərində də istər-istəməz artım baş verə bilər. Bu səbəbdən siqaretlərin satış qiymətində dəyişiklik ola bilər.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Zaur Kamal yenidən efirə qayıdır? - ARB TV-dən açıqlama
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir
Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir
Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Rihanna müəlliminə ev aldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?