Azərbaycanda uşağa Küftə adı verildi

Azərbaycanda uşağa Küftə adı verildi"Ötən il Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən 286 müraciət daxil olub".
Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
Sədr müavini bildirib ki, quruma daxil olan müraciətlərin 200-nə müsbət cavab verilib: "86 müraciətdə əks olunan adların qoyulmasına isə icazə verilməyib. Vətəndaşlar qeydiyyat şöbəsinə körpəsinə ad qoymaq üçün və ya öz adlarını dəyişmək üçün müraciət edirlər".
S.Sadıqovanın sözlərinə görə, son dövrlərdə ən çox ikili adların verilməsinə meyil çoxdur: "Məsələn "Əkbər İmran", "Şuşa Emin", "Yaqub Qalib" adlarının qoyulması ilə bağlı Komissiyaya məktublar daxil olub. Azərbaycan dilinin ədəbi dil normalarına görə ad mürəkkəb söz kimi yazılırsa, onun qoyulmasına icazə verilir. Amma ayrı yazılırsa, adlar sisteminə ziddir, yəni olmaz. Müraciət edənlər isə adların ayrı yazılmasını istəyir, yəni iki adı daşımaq istəyirlər. Biz cavabda da qeyd etmişik ki, bu adların birini götürə bilərsiniz, amma onlar hər iki xüsusi ismi məhz ad olaraq götürmək istəyirlər. Bu isə dilin qrammatik quruluşuna uyğun deyil. Həmin adların bitişik yazılması üçün də müəyyən qaydalar qorunmalıdır".
Mütəxəssis ötən il, adların türk dilinə uyğunlaşmasına, yəni "ə" hərfi əvəzinə "e" hərfindən istifadəyə də maraq artdığını deyib. O bildirib ki, belə olan halda Azərbaycan dilinin qrammatik quruluşu pozulur: "Bu səbəbdən də 2016-cı ildə qoyulması üçün müraciət olunan "Mehdi" adının "Məhdi", "Əmrah" adının "Emrah", "Əmir" adının isə "Emir" formasında qoyulmasına icazə verilməyib. Çünki bu forma türk dilininin qrammatikasına uyğun ola bilər, amma Azərbaycan dilinin qanunlarına uyğun deyil. Düzdür, bizim əlifbamızda həm "ə", həm də "e" saiti var, amma qeyd olunan adlarda Azərbaycan dilinin qrammatik qayda-qanunu pozulur. Həm də "Mehdi", "Əmrah", "Əmir" adları dilimizdə formalaşmış adlardır, biz onları dəyişə bilmərik. Hamı bu tendasiya ilə getsə dilin qrammatik quruluşu pozular".
O qeyd edir ki, Terminologiya Komissiyasın adlarının qaydalara uyğun olaraq qoyulduğu halda fərqli ad ilə dəyişmək istəyən şəxslərin də müraciətləri daxil olur: "Mülki Məcəllədə təbii ki, buna icazə var, mümkündür. Adını dəyişən şəxs ciddi səbəb göstərməlidir və yeni seçilən adlar dilin qayda-qanunlarına uyğun olmalıdır. Məsələn, Sevda adlı xanım müraciət edib ki, adını "Sevana", Pərvanə adlı xanım isə, öz adının türk dilində olan forması "Kələbək", Dünyamalı adlı şəxs isə adını "Daniel" qoymaq istəyir. "Sevana" erməni mənşəli sözdür, "Kələbək" və "Daniel" sözü isə Azərbaycan dilinin ad sisteminə uyğun deyil. Bu səbəblərdən də müraciətlərə müsbət cavab verilmədi, çünki bu adların qoyulmasına icazə vermək olmaz".
Sədr müavini ötən il komissiyaya daxil olan müraciətlərin içərisində qoyulmasına icazə verilməyən digər adları da açıqlayıb. Siyahıda "Edvart Kan", "Haspina", "Ariana", "Nuraairis", "Duam", "Küftəxanım", "Atika", "Ayasofiya", "Fatimeyizəhra" adları da var. ("Report")

Xəbərlər     Baxılıb: 2067   Tarix: 12 yanvar 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

turlar.az

kosmetika mehsullari sade makiyaj sekilleri geyim və ayaqqabılar dunyanin gozellikleri elme aid atalar sozu gavalinin faydasi bitki dərmanları kosmetika tanisliq gözellik seksi novruz bayramina aid hakista bayatılar