Azərbaycanlı kişilər alfonsdur, evdə oturub arvadları..."-Əməkdar artistdən SƏRT SÖZLƏR

Azərbaycanlı kişilər alfonsdur, evdə oturub arvadları..."-Əməkdar artistdən SƏRT SÖZLƏRGənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyevanın BiG.AZ-a verdiyi müsahibənin ikinci hissəsini təqdim edirik:

-Son günlər səhhətinizlə yanaşı, şəxsi həyatınızla da gündəmə gəlirsiz. Yazılanlara görə guya demisiz ki, həyat yoldaşınız sizi aldadıb. 200 min manatınızı alaraq, başqa qadınla ölkəni tərk edib....

-Mənim hətta 2 yüz bitim yoxdur. Qaldı ki, o qədər pul ola... Həmin məbləği haradan alıram? 2 yüz minim olsa 50-ni götürüb, xaricdə özümü müalicə etdirərəm. Banklar elə faizlə pul verirlər ki?! Elə ağılsızam ki, bankdan o qədər pul götürəm? Bu söz-söhbəti yayanlar axmaq adamlardır. Hansısa sayt da ağzına gələni yazıb. İkincisi də, həyat yoldaşımla biz evlənəndə o bilirdi ki, mənim imkanım yoxdur. Nə maaş alıram ki? Hə, ayda-ildə bir dəfə xınayaxdılara gedirdim, onunla da qızımın illik haqqını ödəyirdim. Biz bir-birimizi sevib, təmənnasız evlənmişik.

-Yeri gəlmişkən, qadın zorakılığı haqda fikirləriniz maraqlı olardı...

-Öncə onu deyim ki, mənim aləmimdə dini siyasətə gətirmək olmaz. Çünki din insanın qəlbində olmalıdır. Allah sevgisi, onun hərəkətlərində, cəmiyyətdə özünü aparmağında olmalıdır. Bizim ölkəmizdə qanunlar baxımından qadınlarımız azaddır. Qadınla kişinin fərqi ondadır ki, kişilər fiziki, qadınlar isə mənən daha güclüdür. Fərq ondadır! Amma mənə elə gəlir ki, qadının-qadın olması üçün kişinin-kişi olması vacibdir. Çünki ta qədim dövrlərdən, eramızdan əvvəldən, ilk ibtidai icma dövründən qadın həmişə ocaq başında olub. Kişilər isə ov ovlayıblar, ailəni saxlayıblar. İndi ailə dəyərləri tamamilə dəyişib. Əvvəllər kişi üçün ailə tamam başqa şey idi. Yadıma gəlir, o dövrlər belə bir söz gəzirdi: Kişi də arvad boşayar? İndi qadını alır, amma ona heç həyat yoldaşı kimi baxmır. Fikirləşir ki, əşi tutar qatıq, tutmaz ayran. Əşi, bu getdi, o birisi gələr... Əvvəl evdə oturan kişiyə çox pis baxırdılar. Deyirlər e, əsl kişi daşdan da pul çıxarır. Əvvəllər kişilər heç qoymurdular ki, qadınlar işləsin. Özlərinə qadın çörəyi yeməyi sığışdırmırdılar. İndi kişilər evdə oturub, qadınlar işləyir. Deyirlər ki, iş yoxdur. Mən başa düşürəm, hardasa yoxdur, amma istəyən adam, gedib, tapa bilər. Bir tikə çörək qazanmaq üçün nəsə edə bilər. Divanda yatmaqdansa, nərd oynamaqdansa, gedib, bir tikə çörək qazanıb, gətirib, yoldaşına deyə bilər ki, bu da qazancım.

-Sizcə, möhkəm ailənin təməlini nə təşkil edir?

-Ailədə ilk növbədə hörmət olmalıdır. Vay o günə ki, hörmət yoxdur. Deyirlər ki, insan sevib evlənməlidir. Mən bir daha o nəticəyə gəldim ki, bu boş söhbətdir. Sevgi lazımdır. Amma ər-arvad arasında ilk növbədə hörmət olmalıdır. Hörmət olmadısa, sevgi də "ölüb" gedəcək. Qadın dünyaya bədbəxt gəlir...

-Bəlkə qadın özü-özünü bədbəxt edir? Qadın güclü olandan sonra niyə onu kənardakı elə görsün?

-Yox. Balaca qız uşaqlarına fikir verin. Görün, onlar nə qədər məsumdurlar, mələk kimidirlər. O mələyi vampirə çevirənlər var...

-Kişilər?

-Təbii... Onlar mələyi vampir edirlər. Düzdür, bunu hamıya şamil etmirəm. Yəni mən demirəm ki, kişilərin hamısı pisdir. Yox, niyə? Bu saat 50-50-yədir. İndi alfonslar artıb. Əvvəllər qadını aldatmaq olardı? Gedib, qadının pulunu yeyir, pulunu əlindən alır.

-Bəlkə belə adamlar bütün dövrlərdə olub?

-Yox, yox. Bizim dövrümüzdə belə şeylər yox idi. Var idi, yüzdə iki faiz. Öz halal arvadının qızıllarını evdən oğurlayıb qaçır. Uşaqlarının anasını, fikirləşmir ki, bu mənim adımdır, namusumdur. Əvvəllər kişi arvadından boşansa da, onun namusunu çəkirdi. İndikilərin heç vecinə də deyil. İndi yola çıxırsan, gənc oğlanlar elə şaqqanaq çəkirlər ki, onların yerinə utanıram. Gənclik gülər, amma kişi kimi gülər.

-Artıq səhhətiniz yaxşılaşıb, evə buraxılırsınız. Planlarınız nədir?

-Ümumiyyətlə, fikirlərşirəm ki, can sağlığım imkan versə, bəlkə sənətimi dəyişim, səyyah olum. Başım o qədər ki, sənətimə və uşağıma qarışdı. Uşağımı böyütməyə, onu böyütmək üçün 5-3 manat qazanmağa... Problemlərə, uğurzuluqlara, hərdən xoşbəxtliklərə... Mən demək olar ki, dünyanı görməmişəm. Amma dünyanı gəzməyi çox istəyirəm. Onsuz da mən, belə baxıram ki, bu sənətdə lazım deyiləm. Fikirləşirəm ki, bir az pulum olsaydı, səyyah kimi dünyanı gəzərdim. Uzaq bir adadamı, ölkədəmi özümə balaca bir ev alardım. Amma o ev yaşıllığın, gül-çiçəyin içində olardı. Mən gülləri çox sevirəm. Burada heç kim səninlə intriqa aparmır, əsəbləşdirmir. Quşlar könlünü oxşayır. Mənim sevgiyə çox ehtiyacım var. Mən ümumiyyətlə, həyatımda sevgi görməmişəm. Sevgiyə çox böyük ehtiyacım var. Bəlkə də mən çox şey istəyirəm. Baxmayaraq ki, yarı ömrümü yaşamışam, amma mən məhəbbət aşiqiyəm.

İndi hərdən düşünürəm ki, xatirələrimi qələmə alım. Dünyaya gəldiyim gündən bu yaşıma qədər keçirdiyim o həyatı qələmə alım. Bütün ağrı-acıları ilə, yaxşı məqamları ilə... Amma mən xatirələrimi çapa verməyəcəyəm, vəsiyyət edəcəyəm ki, yayımlasınlar. Ruhum çox yorulub, çox yorğunam. Həyat o qədər qısadır ki, yarı yaşıma çatmışam. Deyirəm ki, kaş özümə ev almayaydım, kirayədə qalardım, o pulla dünyanı gəzərdim. Bir də insanlara demək istəyirəm ki, ilk növbədə özünüzü sevin. Özünüzdən muğayat olun. Çünki xəstə olandan sonra heç kimə lazım deyilsiniz. Kiminsə sizə yazığı gələ və yaxud da "can-can" deyə bilər. Bu müvəqəttidir. Sizin çəkdiyiniz ağrı acını heç kim çəkməyəcək. Ən yaxınlarınız belə sizdən uzaqlaşacaqlar. Yəni tam olaraq, özünüzü heç kimə quban verməyin. Lap övladım olsa da. İnsanlar məni pis başa düşməsinlər. Çünki səni yaradıb, bu canı əmanət verib. Sənin də borcundur ki, bu canı qoruyasan. Ona görə də onun verdiyi canı kiməsə qurban vermək olmaz. İnsan bunu müəyyən yaşdan sonra başa düşür.

Xəbərlər     Baxılıb: 1706   Tarix: 08 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

kosmetika mehsullari adlarin menasi maskalar qazan kotleti türk şirniyyatları ayaqqabi modelleri 2026 seks pozalari kosmetika nizami gencevi hesaplama haxisdalar zəhmət ariqla