Azərbaycanlı müğənninin üstündə dava düşdü, xanımlardan biri kəllə-beyin travması aldı
Rusiyada yaşayan azərbaycanlı ifaçı Nəvai Bəkirov xanımlar arasında mübahisəyə səbəb olub.
Belə ki, Moskvanın "Secret Room" gecə barında həmyerlimiz üstündə dava düşüb.
"RenTV" telekanlının məlumatına görə, "HammAli & Navai" qrupunun solisti olan Nəvai Bəkirov öz rəfiqəsilə adıçəkilən bara gəlib. Burada bir çox xanımlar azərbaycanlıya yaxınlaşaraq ona diqqət göstəriblər.
Bu xanımlardan biri də aktrisa, model və "Mobil sarışınlar" qrupunun keçmiş üzvü Svetlana Stepanovskaya olub. Nəvaini digər xanımlara qısqanan rəfiqəsi bütün hirsini məhz Stepanovskayadan çıxıb.
Əlbəyaxa döyüş zamanı Svetlana kəllə-beyin və döş qəfəsi nahiyəsindən zədə alıb. Modelin üz-gözü də çızılıb.
Zərərçəkmiş təcili yardım vasitəsilə hadisə yerindən aparılıb. Məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır. oxu.az /open.az









Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?