Bakı da komendanta hücum edən transseksual "Səbişlə" bağlı QƏRAR VERİLDİ
Bakının Nəsimi rayonunda yerləşən yaşayış binasının komendant köşkünə hücum edən cinsi azlığın nümayəndəsi, "Səbinə" adı ilə tanınan Qismət Sultanov həbs edilib.
Xanim.az Report-a istinadən xəbər verir ki, hadisədən bir müddət sonra saxlanılan Q.Sultanov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə) maddəsi ilə cinayət işi başlanılıb.
Nəsimi Rayon Məhhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra Q.Sultanov Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun barəsində istintaq tədbirləri aparılır.
Qeyd edək ki, Nəsimi rayonunda binaların birində elektrik enerjisinin kəsilməsinə görə sakin, Q.Sultanov komendantın köşkünə bıçaqla hücum çəkib. Hadisənin videosu binada yaşayan sakinlərdən biri tərəfindən çəkilib, sosial şəbəkədə paylaşılıb.
Daha sonra mətbuata açıqlama verən Q.Sultanov bildirib ki, komendanta hücum etməsinin səbəbi sadəcə elektrik enerjisinin dayandırılması olmayıb. Onun sözlərinə görə, komendant onun həmin binada yaşamağını istəməyib.
Hadisədən sonra Q.Sultanov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən bölməyə aparılmış, onun izahatı alınmış, zərərçəkmişlə barışıq əldə ediləndən sonra isə sərbəst buraxılmışdı.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur reper xərçəndən öldü
İbrahim Tatlıses əməliyyat olundu
Bu 3 əlamətdən 2-si varsa, mütləq həkimə gedin
Birgə yaşadıqları 60 milyonluq malikanəni CeyLo-ya verdi
İstanbulda polis əyləncə məkanlarına basqın etdi: Məşhur simalar saxlanılıb
Efirdə hər şey bir-birinə qarışıb
Qaraciyər üçün hansı içkilər yaxşıdır? - Cavab düşündüyünüzdən sadədir
Yalı çapkını' serialının aktrisası İstanbulda saxlanıldı
Daha yaxşı yuxu üçün şam yeməyini nə vaxt yeməliyik?
Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI
Qamze illər sonra yeni layihədə yer alacaq