Bakı metrosunda güllələnə də bilərik…

Bakı metrosunda güllələnə də bilərik…Ötən gün Bakı metrosunda iki gəncin mübahisəsi ölümlə nəticələnib.

Metronun "Nizami" stansiyasında başlayan mübahisəni çöldə davam etdirən gənclərdən biri bıçaqla digərini qətlə yetirib.

Düzdü, hadisə metro xaricində baş verib. Amma hadisəni törədən gəncin metroya soyuq silahla daxil olması gözardına vurulmamalıdır. Deməli, belə çıxır ki, metroya bıçaqla daxil olan istənilən şəxs, platformaya odlu silah da keçirə bilər. Bəs, təhlükəsizlik tədbirləri necə tənzimlənməlidir?

Yenicag.az-a açıqlama verən "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirir ki, bu, çox çətin prosesdir:

"Dünya praktikasında belədir ki, metroya nəyi istəsən, keçirə bilərsən. Amma bizdə polis nəzarəti var. Çantalar qanunauyğun olaraq yoxlanılır".

Bir ara metro turniketlərinin yanında metal yoxlama cihazları qoyulsa da, bunun quraşdırılması baş vermədi. Qurum rəsmisinin sözlərinə görə, bunu tənzimləmək çətin prosesdir:

"O vaxt cihazları quraşdırmaq variantı təklif olunmuşdu. Metro şəhərdaxili nəqliyyatdır. Aereport, uzaq məsafələrə səfər edən nəqliyyat vasitəsi deyil ki, burada sərnişinlərin sayı bəlli olsun. Amma metroda qatarlar 2 dəqiqədən bir hərəkət edir. Gün ərzində onminlərlə sərnişin daxil olan stansiyalarımız var. Bunları necə tənzimləmək olar ki? Bunu təsəvvür etmək çətin məsələdir. Metro ilə hava limanı və yaxud da başqa bir nəqliyyat vasitəsini müqayisə etmək düzgün deyil".

Görünür, belə durumda məsələ vətəndaşın vicdanına qalır. Hər halda "Bakı Metropoliteni"nin rəsmisinin sözlərindən belə anlaşılır: "Ümumiyyətlə, nəqliyyatla bağlı məsələlərin 90 faizi sərnişinlərin etik normalarına riayət etməsi ilə bağlıdır. Yolla getdiyimiz yerdə kim zəmanət verir ki, hücuma məruz qalmayacağıq? Qaydalara əməl etmək lazımdır. Hər gün Bakı metrosundan 600 mindən çox sərnişin istifadə edir. Bunu təsəvvür edib, stansiyaların girişini bir az da məhdudlaşdırmaq mümkün deyil. Bizim üçün metroda təhlükəsizlik tədbirləri ön plandadır. Bununla bağlı hansı yeniliklər varsa, diqqətdə saxlayırıq. Zaman-zaman bununla bağlı müxtəlif addımlar da atılır. Optimal variant olmalıdır ki, çıxış yolu kimi ondan istifadə olunsun".

Qurum rəsmisinin qeyd etdiyi kimi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün optimal variant tapmaq şərtdir. Əks halda platformaya üzərində keçirdiyi odlu silahla daxil olan şəxsin atəş açmayacağına heç kim zəmanət verə bilməz.

Xəbərlər     Baxılıb: 1202   Tarix: 12 yanvar 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

gozel gorunmek geyim şəkilləri qis geyimləri 2026 illik bürclər seksi geyim kartof maskasi uz ucun vətən haqqında bayatı kosmetika həsən bəy zərdabi oğlan evine aid hakisda ginekoloq hakıştalar vidyolar