Bakı metrosunda öpüşən qızla oğlanı təpikləyən jurnalist: "Dedim, ay bala, ay eşşək..."

Bakı metrosunda öpüşən qızla oğlanı təpikləyən jurnalist: "Dedim, ay bala, ay eşşək..."Tanınmış jurnalist Xaqani Səfəroğlunun sosial şəbəkədə metroda öpüşən gənclərlə bağlı yazdığı status ölkədə böyük bir rezonansa səbəb olub.

İctimai fəallar, xüsusilə gənclər onun öpüşən gənclərə qarşı sərt reaksiyasını, onları təpikləməsini tənqid ediblər. Hətta müzakirələr təhqir səviyyəsinə də çevrilib.
Xanim.az xəbər verir ki, qafqazinfo.az ölkədə gündəm olan tanınmış jurnalistin məlum statusuna ondan reaksiya öyrənib. X. Səfəroğlu bildirib ki, sözügedən statusu öz formatına uyğun yazıb: "Bu rəsmi səhifə deyil. Gördüyüm hadisə xoşuma gəlmədiyi üçün mən buna səhifəmdə reaksiya verdim. Hesab edirəm ki, ictimai yerlərdə belə münasibətlər düzgün deyil. Onlar ikisi də ayaqlarını mənə tərəf uzatmışdılar. Ayağımla təpindim ki, "ay uşaq ehtiyatlı ol, gör ki qabağında uşaq oturub". Normal oturmağa nə mane olur ki? Orada xüsusi dava-dalaş da olmayıb. Təpindim, özlərinə gəldilər, üzr də istədilər, məsələ bağlandı. Mən hesab etmirəm ki, Azərbaycan gənclərinin hamısı elədir, qətiyyən elə deyil. İlk dəfə idi ki, metroda belə bir situasiya ilə rastlaşırdım. Cinsəl münasibətləri ictimai yerlərdə göstərən gənclərə rast gəlməmişəm. Azərbaycanda metroda, avtobusda öpüşmək xüsusi bir trend deyil. İstəmirəm belə olsun. Onlar bir- birini qucaqlamışdılar, öpürdülər bir-birinin boyunlarından, əllərindən. Bir iki dəfə qəzəbli baxdım ki, bəlkə nəticə çıxararlar, amma o fikirdə deyildilər. Əgər balacalar yanımda olmasaydı da, bu cür reaksiya bildirərdim. Bu ölçülüb-biçilən reaksiya deyildi".

Jurnalist onunla bağlı yazılan statuslardan da xəbərdar olduğunu vurğulayıb: "İndi mən statuslara baxıram, özümə də çox təəccüblü gəlir. Böyük bir ictimai rezonansa çevrilib. Müzakirələr mənə bir qədər qəribə də gəldi. Açıq tipli cəmiyyətlərdə belə müzakirələrin olması vacibdir. Bunu münasibərləri öyrənmək baxımından barometr kimi də göstərə bilərəm. Mənim üçün çox gözlənilməz oldu. Təəssüf etdim ki, mənə qarşı təhqirlər də oldu. O təhqirləri ümumiyyətlə anlamıram. Kimə mane olurdu ki, məsələni sivil yolla müzakirə etməyə?

Bura Azərbaycandır və bizim ölkənin öz mental dəyərləri var. Özümü 1980-90-ci illərin nəslindən hesab edirəm. O nəslin dəyərlərinin daşıyıcısıyam. Mənim bu cür məsələlər xoşuma gəlmir, hesab edirəm ki, mənim övladlarıma mənfi nümunə ola bilər. Kimsə bunu normal qəbul edirsə də qoy etsin".

Baş vermiş hadisə ilə bağlı X. Səfəroğlunun qalmaqala səbəb olan statusunu da təqdim edirik: "Metro qatarında övladlarımla gedirdik. İki nəfər gənc qarşı oturacaqda oturmuşdu. Qız və oğlan. Ayağını ayağının üstünə aşrımış 16 -17 yaşlı qız az qala oğlanın ağzına girəcəkdi. Oğlan onun başını sığallayır, qız onun üzünü sığıllayradı. Dedim bəlkə qanacaqları olar, balaca uşaqları görüb özlərini yığıdırarlar... Gördüm yox e, uje öpüşmək istəyirlər. Qışqırıb bir təpik vurdum, dedim "ay bala, ay eşşək, heç olmasa qarşındakı balacalara bax da...Utanmırsız?" Qışqırmağımdan elə bil ayıldılar: "Bağışlayn, bağşlayn..." deyə üzrxahlıq etməyə çalışdılar.... Hirsimdən bilmədim nə deyim. Qatar da "28 May"a çatdı artıq. "Çıxın qatardan" dedim.. Balacalar üzümə baxırdılar.

Açıq cəmiyyətin tərəfdarıyam, amma tərbiyəsiz cəmiyyətin YOX!".

Xəbərlər     Baxılıb: 2635   Tarix: 30 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

qadin dunyasi gozel gorunmek makiyaj etmek qaydalari tarixdə iz qoyanlar sevişmə payız xəstəlikləri sağlam qida kosmetika burcler haqqinda yemek reseptleri rus dili 2ci ders xerçeng birlik haqqinda