Bakıda dəhşət — Rayondan gələn ata əxlaqsızlıq edən qızını bıçaqladı
Bakıda qızını yüngül həyat tərzi keçirdiyi üçün qətlə yetirməkdə təqsirləndirilən İlqar Qurbanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Xanim.az olke.az-a istinadən xəbər verir ki, İlqar Qurbanov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsində baş verib. Masallı rayon Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun 20 yanvar stansiyasının yaxınlığında qızı 27 yaşlı Aysel Məmmədli ilə görüşüb. Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olub. İ.Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o qızının əxlaqsız həyat tərzini əsas göstərib. Buna görə də, İ.Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. A.Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib. Ərazidən uzaqlaşmayan İ.Qurbanov həmin ünvana gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.









Məşhur müğənni əməliyyat olundu
Xalq artistinin oğlu müğənnilik edəcək
Madonna reklam siması oldu
Ofeliyanın qardaşı komaya düşdü
Türkan Pərvizi kimə dəyişdi? - Yeni duet ortağı ilə ilk FOTO
Tezliklə öləcəyəm' - Sərdar Ortaçın vəsiyyəti
71 yaşlı sənətçi üzgərmə əməliyyatından sonra - FOTO
Hansı daha düzgündür: yeməkdən əvvəl, yoxsa sonra su içmək?
Bu əməliyyatlar həyat keyfiyyətini dəyişir
Su basan evlərdə yaşayanlar risk altındadır - Tənəffüs yolları, bronxlar və ağciyərlər
Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri
Detoks pəhrizləri ilə bağlı 6 böyük mif açıqlandı
Ayaqqabını nəm salfetlə silməyin - SƏBƏB