BAKIDA ŞOK! Arvadını deşik-deşik edən şəxs: "Şərikimi otağında gördüm... məni bəyənmirdi"

BAKIDA ŞOK! Arvadını deşik-deşik edən şəxs: "Şərikimi otağında gördüm... məni bəyənmirdi"Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Eldar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, məhkəmə prosesinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyev sədrlik edib.

Təqsirləndirilən şəxs Eldar Abbasov istintaqa ifadəsində özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, həyat yoldaşı ilə 1997-ci ildə ailə qurub: "Birgə nikahdan 17 yaşlı oğlum və qızım var. Qızım evlidir. Oğlum isə onunla birlikdə yaşayıb. Özüm fərdi əməklə məşğulam, son vaxtlar heç yerdə iş tapa bilmədiyimdən ailənin maddi durumu ağırlaşmışdı. Ailənin maddi ehtiyaclarını ödəyə bilmirdim, hətta bir müddət əvvəl evin döşəməsinin altından qrunt suları çıxdığına görə döşəməni sökdüm, lakin maddi imkansızlığa görə təmir edə bilmədim".

Təqsirləndirilən şəxs istintaqa ifadəsində bildirib ki, yaranmış maddi çətinlikdə arvadı Nigar (ad şərtidir) onu günahlandırır, işləmədiyinə və lazımi pulu qazana bilmədiyinə görə onu qınayırmış: "Arvadım son zamanlar məni tənqid etdiyinə görə aramızda mütəmadi olaraq mübahisələr yaranırdı, həmin mübahisələr zamanı aradabir arvadımı döymüşəm".

Təqsirləndirilən şəxs hadisə günü baş verənləri də danışıb: "40 manat borcumu almaq üçün Əhmədli qəsəbəsində yaşayan bacımın evinə getdim. Lakin bacımın da imkanı da olmadı, cəmi 10 manat pul qaytardı. Bacımın əri Sabirlə nahar edib araq içdik, həmin günü saat təxminən 23:00 radələrində evinə qayıtdım. Mətbəxdə yerləşən divanın üzərində uzandım. Arvadım yanında oturmuşdu, oğlum isə həmin vaxtı evdə yoxuydu. Nigar ilə bir qədər söhbət etdim, lakin sərxoş olduğumdan, onunla nə barədə söhbət etdiyimizi dəqiq xatırlamıram. Söhbət zamanı aramızda mübahisə baş verdi. Mübahisə zamanı özümdən çıxdım. Mətbəxdən götürdüyüm bıçaqla bir neçə dəfə arvadıma oturduğu yerdə xəsarət yetirdim. Yadımda o qalıb ki, Nigarın qoluna və qarnına müxtəlif xəsarətlər yetirdim, zərbələr nəticəsində o, yerə uzandı. Onu səsinə oğlum Əli (ad şərtidir) evə gəldi. Əlini görəndə bir az özümə gəldim, dayandım, baxdım ki, Nigar qanın içində yerdə uzanıb. Əliyə dedim ki, tibbi yardıma zəng elə, həkim çağır. Təxminən 10-15 dəqiqədən sonra gələn təcili yardım maşını Nigarı xəstəxanaya apardı. Durub bacımgilə getdim. Təxminən 1 saatdan sonra Abşeron rayon Polis İdarəsinin əməkdaşları gəlib məni idarəyə apardılar".

Eldar Abbasov ifadəsində həmçinin deyib ki, arvadına bıçaqla zərbələr endirən vaxt içkili və əsəbi olduğundan, bunu hansı məqsədlə etdiyini xatırlamır. İş materiallarına görə, o, arvadına əksəriyyəti qoluna olmaqla təxminən 5 dəfə bıçaqla xəsarət yetirib. E.Abbasov törətdiyi əməldən peşman olduğunu bildirib.

Təqsirləndirilən şəxs daha sonra istintaqa verdiyi ifadələrə əlavə olaraq bildirib ki, hadisə baş verməmişdən 1 ay əvvəl Dağıstan Respublikasından oğlunun doğum günündə yaşadığı evə qayıdanda evdə keçmiş işçisi Nazimi (şərtidir) görüb. Sonradan evdə yaşadığı müddət ərzində arvadından dəfələrlə Nazimin onların evində nə səbəbdən qaldığını soruşub, lain cavab almayıb: "Nazimin arvadımın yatdığı mətbəxə keçib siqaret yandırıb çıxdığını, mətbəxdə onunla söhbət edən zaman nalayiq ifadələr işlədərək danışdığını gördüm. Bu barədə Nigara iradımı bildirdim, oğlumun yanında belə tərzdə danışmamasını istədim. Nigar isə mənə "özüm bilərəm" deyə cavab verdi. Hadisə baş verməzdən 1 gün əvvəl Nazim Cəlilabad rayonuna getdi. Hadisə günü də bacımgildən evə qayıdanda sərxoş olduğum üçün bütün bu söz-söhbətləri beynimdə fırladaraq özümə yer tapa bilmirdim. Mətbəxdə Nigarın yanında əyləşəndə, Nigar məndən aralanıb oturacaqda oturdu. Bacımgilə getməmişdən əvvəl telefonum oğlum Əlidəydi. Gedib onu götürdüm. Yolda oğlumun "Whats App" yazışmalarına baxdım. Gördüm ki, Nazimdən oğlumun telefonuna "Əli, anan haradadır?" məzmunlu mesaj gəlib. Əsəbiləşdim. Mətbəxdə olduğum zaman isə bütün bunları xatırlayıb əsəbiləşərək, masanın üstündə olan bıçağı götürüb Nigarın oturduğu yerə yaxınlaşdım və sol qoluna, qarnına xəsarətlər yetirdim".

Eldar Abbasov bildirib ki, hadisə baş verən gün yüngül dərəcəli sərxoş olmasına baxmayaraq, içki ona pis təsir etdiyindən, o, həmin vaxt nə etdiyini xatırlaya bilmir: "Nigarla mütəmadi olaraq mübahisələrimiz olurdu, hətta bununla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılıb".

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən gün Nigar onu bəyənmədiyini deyib: "Uzun müddətdir ki, mənimlə cinsi münasibətdə olmaqdan imtina edirdi. Hadisə günü mətbəxdə olarkən Nigara yataq otağına keçməyi təklif etdim, lakin o bundan imtina edərək mətbəxdə yatacağını bildirdi. Mən də onun bu sözlərinə əsəbiləşdim".

Zərərçəkmiş şəxs qismində istintaqda dindirilən Nigar bildirib ki, ailə qurandan indiyədək fərdi əməklə məşğul olub, hər zaman kasıbçılıqla yaşayıb: "Eldarın yaxşı pul qazanan vaxtları da olub, lakin o qazandığı pulu ailəsinə xərcləmirdi. Belə ki, Eldar parnik işi ilə məşğul olan ərəfələrdə yaxşı pul qazanırdı, lakin qazandığı pulları məşuqəsinə xərcləyirdi. Son vaxtlar maddi cəhətdən vəziyyətimiz daha da ağırlaşdı. Yaranmış çətinlikdə hər dəfə Eldarı günahlandırırdım. 2016-cı ilin martın 12-də Eldar Dağıstan Respublikasından 2000 manat pulla qayıtdı, 2-3 gün evdə qaldı, həmin ərəfələrdə vaxtı ilə Eldarın işçisi olmuş məşuqəsi mənim telefonuma mütəmadi zəng edirdi. Eldar evə cəmi 200 manat və 5000 rus rublu verərək məşuqəsinin yanına getdi. 10-15 gün məşuqəsi ilə qaldı və oğlunun ad günü evə gələrək Əliyə 50 manat pul verdi. 2 gün evdə qaldıqdan sonra yenidən məşuqəsinin yanına qayıtdı. Pulu xərcləyib qurtarandan sonra evə qayıtdı. Bu ərəfədə baldızım Eldara zəng edərək məşuqəsinin evdən çıxdığını və ona aid paltarını da götürdüyünü bildirdi. Eldar qorxusundan onlara getmədi, baldızım isə onu telefonda biabır etdi, paltarlarını belə götürə bilmədiyinə görə onu qorxaqlıqda ittiham etdi. Eldar bacısı evinə getmək üçün evdən çıxdı, hətta üstündə pulu olmadığına görə məndən 2 manat pul aldı. Həmin günün gecəsi təxminən saat 12-də Eldara zəng etdim ki, nə vaxt gələcək? Danışığından bildim ki, içkilidir. Gecə seriala baxırdım, Eldar gəldi. Mətbəxə keçərək divanda oturdu, mənə dedi get yat. Dedim, seriala baxıram, o bitsin, yatacam. Eldar məni yatmağa məcbur edəndə, buna etiraz etdim. Başladı, məni nalayiq ifadələrlə təhqir etməyə. Dedim, məni bezdirmə, yoxsa səndən boşanacam. Bu zaman Eldar ayağa qalxıb mənə 1-2 şillə vurdu. Sonra Eldar ayaqyoluna gedib, mətbəxə qayıtdı. Oturacaqda oturub televizora baxırdım. Birdən Eldar qəflətən mənim üstümə hücum etdi və əlində olan mətbəx bıçağı ilə sol qolumdan dəfələrdə vurdu. Şoka düşdüyümdən və həmin vaxtı Eldarın hərəkətlərini anlamadığımdan, qışqıraraq oğlum Əlini köməyə çağırdım. Mətbəxin küncündə olduğundan Eldarın əlindən çıxa bilmədim, yerimdən durub qaçmaq istəyəndə bıçaqla qarnıma zərbələr endirməyə başladı. Bu zaman Əli mətbəxə daxil oldu. Əli əlindən bıçağı almağa çalışırdı. Eldar onu itələyərək yerə yıxıb, bıçağı isə sağ əlindən sol əlinə keçirərək xəsarətlər yetirməyə davam elədi. Sonra mənim yerə yıxıldığımı görüb əlindəki bıçağı mətbəxdə olan şkafın üstünə ataraq, "bu dəfə mən 100 faizlik getdim, heç nə mənə kömək etməyəcək" dedi. Eldar qan gələn yerləri su ilə təmizlədi. Əli isə təcili tibbi yardıma zəng etdi. Təxminən 20 dəqiqədən sonra gələn təcili tibbi yardım maşını məni xəstəxanaya apardı, orada məni əməliyyat etdilər. Eldar isə həkimlər gələnədək evdən çıxıb getmişdi".

Nigar onu da qeyd edib ki, əri əvvəllər də ona bıçaqla hücum edib: "2013-cü ildə bıçaqla ayağımdan xəsarət yetirmişdi, lakin sonradan şikayətimi geri götürdüyümə görə Abşeron rayon Polis İdarəsində aparılan araşdırma dayandırılıb".

İstintaqda şahid qismində dindirilən Əli deyib ki, atası hər zaman anasına qarşı kobud olub, ailəyə daim hörmətsizlik edib, ailəcanlı insan olmayıb: "Atam olmasına baxmayaraq, onu həmişə mənfi cəhətdən tanımışam. Valideynlərim arasında tez-tez mübahisələr baş verirdi, çox vaxt atam anamı döyürdü. Atam spirtli içki aludəçisi olub, evdə olan söz-söhbətlərin əksəriyyəti də məhz atam spirtli içki qəbul edəndən sonra başlayardı. 2013-cü ildə bu söz-söhbətlər nəticəsində atam anamı ayağından bıçaqlamışdı. Anam atamın ona qarşı etdiyi haqsızlıqlara hər dəfə dözürdü, hətta atamın məşuqəsinin olduğunu bilə-bilə ondan boşanmırdı, atam isə ailə başçısına layiq olmayan hərəkətlərini davam etdirərək, özünü haqlı çıxarardı. Hətta bir dəfə bibimgilə qonaq getdiyim vaxt atamın məşuqəsi Aytəni orada gördüm. Atam isə özünü heç bir şey olmadığı kimi aparırdı, onun Aytəndən Alim adlı oğlu da var".

Şahid qeyd edir ki, hadisə olan günü yatdığı zaman anasının səsini eşidərək oyanıb: "Anam ucadan adımı çağıraraq məni köməyə çağırdı. Qaça-qaça mətbəxə getdim. Gördüm ki, atamın əlində bıçaq var. Anam isə yerdə idi. Anamı bıçaqlamışdı. Atamın əlindən bıçağı almaq istəsəm də, məni arxaya itələyərək bıçağı sol əlinə alıb anamın qarnına zərbələr vurmağa davam etdi. Sonra bıçağı mebelin üstünə qoydu. Anam qışqıraraq təcili yardıma zəng etməyimi istəyirdi, atam isə həkimləri yığmağa icazə vermirdi. Atam "mən bu dəfə 100 faiz getdim, başqa çıxış yolum yoxdur" dedi. Həkimlər təxminən 15 dəqiqəyə gələrək anamı xəstəxanaya apardı, mən də onunla birlikdə getdim".

Əli əlavə olaraq bildirib ki, atasının telefonu olmadığına görə hadisədən təxminən 10 gün əvvəl onun telefonunu götürərək öz nömrəsini taxıb: "Telefona mesaj gəlməsi ilə bağlı heç bir məlumatım olmayıb. Atamın dediyi kimi, telefonuma Nazimdən "Əli, anan haradadı?" mesajı gəlibsə də, mən görməmişəm".

Şahid qismində dindirilmiş Nazim ifadəsində deyib ki, təxminən 15 il əvvəl Eldara parnik işi təklif edib və onlar bir müddət birlikdə işləyib: "Sonradan özümə başqa iş tapdım. Eldar isə parnik işini yaxşı bacarmadığına görə həmin işi davam etdirmədi. Sonralar yenə Eldarla işlədim. Hətta hadisədən bir müddət əvvəl Binəqədidə yerləşən tikilidə ustalıq etdik. Münasibətlərimiz yaxşıydı, evlərinə gedib gəlirdim. Eldargilə qonaq getdiyim ərəfələrdə dəfələrlə Nigarın və Eldarın birlikdə araq süfrəsində yeyib-içdiyinin şahidi olmuşam. Eldar insan kimi ailəsinin qədrini bilməyən, ailəsinə çörək aparmayan, hər dəfə arvadına başqa qadınlarla xəyanət edən, onlarla ailə qurub yaşayan adam olub. Nigar isə namuslu qadın olub, sadəcə Eldar onun qədrini bilməyib, onunla nikahı ola-ola, 2 il ondan ayrı yaşayıb, ailəsinə pul verməyib. Aradabir oğlu Əli atası ilə yazışaraq ondan pul istəyirdi. Hadisə baş verməmişdən bir ay əvvəl Eldar Dağıstandan qayıdıb bacısıgildə qalıb, sonradan onların münasibətləri pozuldu".

Şahid qeyd edib ki, hadisə olan gün Əli zəng edərək atasının anasını bıçaqladığını bildirib: "Cəlilabaddaydım. Durub Bakıya gəldim. Xəstəxanaya getdim. Nigarın vəziyyəti ilə maraqlandım".

E. Ağayev əlavə bildirib göstərib ki, Eldarın Nigarı bıçaqlamasının dəqiq səbəbini bilmir. Onun fikrincə, Nigar Eldara bir kişi kimi hörmət etməyib: "Hörmət etməmək üçün isə kifayət qədər əsasları vardı. Eldar pulu olan vaxtı digər qadınlara xərcləyirdi. Pulu olmadığı vaxtlarda isə Nigarın yanında qalırdı. Nigar da onun bu hərəkətlərini qəbul etmirdi. Mənimlə Nigar arasında sevgi münasibətlərinin olması barədə Eldarın dedikləri yalandır. Nigar ilə heç vaxt intim münasibətdə olmamışam. Eldarla yaxşı münasibətdə olduğum üçün onların evinə gedib-gəlmişəm. Bunlar hamısı Eldarın uydurmalarıdır".

Məhkəmədə keçirilən dindirmələrdən sonra proses başa çatıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə işə baxan kollegiyanın hökmünə görə Eldar Abbasov 11 il 3 ay müddətə azadlıqdan məhrum edilib.

Xəbərlər     Baxılıb: 2711   Tarix: 01 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Hər gün plastik butulkadan su içənlər ildə 90 min əlavə mikroplastik hissəciyi udurlar

Kanadanın Konkordiya Universitetinin doktorantı Sara Sacedi tərəfindən aparılan yeni tədqiqat plastik butulkalardan su istifadəsinin insan orqanizmi üçün gözlənilməz fəsadlarını üzə çıxarıb. 140-dan çox elmi məqalənin təhlilin

.

Yuxuda armud yemək nə deməkdir?

Yuxuda armud yemək adətən insanın bəxtinin açılmasına, ruzi-bərəkətin artmasına və maddi vəziyyətinin yaxşılaşmasına yozulur. Bu cür yuxu, yuxu sahibinin həyatında müsbət dönüşlərin yaxınlaşdığını, maliyyə çətinliklərini

.

Yaddaşı inkişaf etdirən sadə və maraqlı üsullar

Yaxşı yaddaş məktəblilərə həm dərslərdə, həm də gündəlik həyatda kömək edir. xəbər verir ki, pedaqoq Vasili Kovalyovun sözlərinə görə, yaddaşı inkişaf etdirmək üçün məşqlər müntəzəm olaraq, gündə ən azı 5-10 dəqiqə yerin

.

İrandan vaxtı keçmiş yağlar gətirilir - Üzərindəki yazılardan isə heçnə başa düşmək olmur - AÇIQLAMA

Bəzi məhsulların, xüsusilə də İrandan  idxal olunan qidaların üzərində son istifadə tarixi, tərkibi və s. barədə məlumatınların Azərbaycan dilində tərcüməsinin olmaması zaman-zaman gündəmə gələn amma həllini tapa bilməyə

.

Qiyməti 4 manatdan başlayır - Asılılıq yaradır

Burun tutulması zamanı geniş istifadə olunan damar daraldıcı damcıların uzun müddət istifadəsi asılılıq və ciddi sağlamlıq problemləri yarada bilər. xəbər verir ki, bu barədə rusiyalı LOR cərrahı Alesya Şapovalova açıqlamasınd

.

"Kişilər artıq utanmırlar, gəlib birbaşa deyirlər"

Plastik cərrahiyyə kişilər üçün artıq tabu mövzusu deyil. Getdikcə daha çox kişi pasiyentlər yalnız üz gərmə əməliyyatları ilə kifayətlənməyib, digər problemləri də həll etmək üçün cərrahlara müraciət edirlər. xəbər veri

.

Çiy yoxsa qovrulmuş keşyu daha faydalıdır? - Alimlərdən vacib nüans

Keşyu ləpəsi sağlamlıq üçün olduqca faydalı bir qida sayılır. O, xüsusilə dəmir və selen mənbəyi kimi tanınır. Bir çox insan çiy keşyunun daha təbii və vitaminlərlə zəngin olduğunu düşünsə də, son tədqiqatlar bu mövzuda diqqətçəkə

.

Sabah hava meteohəssas insanlar üçün necə olacaq?

Yanvarın 5-ə olan tibbi-meteoroloji proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüd

turlar.az

kosmetik vasiteler yay geyimləri 2026 yemek reseptleri bürclər haqqında hicablı geyimlər toyluq donlar 2026 seksi geyim kosmetika zencefil uşaq nece olur bayatı oxu az haxisda