Bakıda sürücüləri şərləyən fırıldaqçı peyda olub - TƏLƏYƏ DÜŞMƏYİN - VİDEO

Bakıda sürücüləri şərləyən fırıldaqçı peyda olub - TƏLƏYƏ DÜŞMƏYİN - VİDEOPolis məsələni araşdıranadək bu avtomobildən uzaq durun

Dekabrın 30-da, saat 20:15 radələrində Bakıda Azadlıq prospektində müəmmalı hadisə baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə fırıldaqçı(lar)ın hədəfi olan sürücü - Fuad Məmmədov özü məlumat verib. F.Məmmədov hadisəni belə nəql edir: "Bir qadın yaxınlaşdı, özünü Aynur kimi təqdim etdi. Dedi ki, Bakıda heç kimim yoxdur, Qazaxdan gəlmişəm, pul kisəmi oğurlayıblar. Mən də insanlıq naminə şəxsi avtomobilimə əyləşməsinə icazə verdim ki, Qazağa yola salım. Qadın arxa oturacaqda əyləşdi, yol boyu ağlayıb-sızladı, ailəsindən danışdı. Və yolda önümə keçən 90-RK-049 dövlət nömrə nişanlı "Hyundai Elantra" markalı avtomobil qəfil tormozladı. İddia etdi ki, mən onun maşınını arxadan vurdum. Deyəndə ki, avtomobilimdə kamera var, mən sənin maşınını vurmamışam, tələsik avtomobilinə əyləşib uzaqlaşdı".

Fuad Məmmədov Avtosfer.az-a bildirib ki, bundan sonra qadına avtovağzaldan Qazağa yola salmağı təklif etsə də, о, "Azadlıq prospekti" metrostansiyasında yolpulu alaraq metro ilə getmək istədiyini bildirib və maşından düşüb.

Situasiya 90-RK-049 nömrəli avtomobilin sürücüsü ilə həmin qadının əlbir olması ehtimalını istisna etmir. Şübhə olunur ki, qadın sürücünün "başını qatması" üçün avtomobilə əyləşib, sürücü maşının vurulub-vurulmadığına baxmaq üçün enəndə o maşından qiymətli əşya oğurlaya bilərdi. Və ya kamera olmasaydı, hadisələr tam başqa cür cərəyan edə bilərdi – qadının "qohumu" "peyda ola bilərdi" və s. Hər bir halda, "Hyundai Elantra"nın sürücüsü qeyri-səmimi jestlərlə avtomobilinin vurulmasını iddia edərək pul almaq niyyətini ortaya qoyur.

Əziz sürücülər, lütfən belə hallarla rastlaşsanız, Avtosfer.az-a və polisə dərhal məlumat verin.

Əks tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Xəbərlər     Baxılıb: 1988   Tarix: 02 yanvar 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

turlar.az

qadin sayti qadin dunyasi gözəllik məhsulları qadın hüquqları geyim kombinləri muslim somen beautiful atalar sözləri kosmetika hesaplama nizami gəncəvi xerceng oxatan dieta