Bakının məşhur yolu çökdü - FOTOLAR

Avtomobil yolunun tam bağlanması təhlükəsi yaranıb

Bakı - Şamaxı avtomobil yolunda yeni torpaq sürüşməsi faktı qeydə alınıb.

Qadınsaytı.az-ın APA-nın yerli bürosuna istinadən verdiyi xəbərə görə, yolun bir neçə yerində, o cümlədən Ağsu aşırımında sürüşmə aktivliyi hər gün müşahidə olunur, yolun hərəkət hissəsində və kənarlarda iri çatlar əmələ gəlib. Lakin, bu yaxınlarda ilk dəfə olaraq yolun 106-107 və 109-cu kilometirlik hissəsində torpaq sürüşməsi baş verib. Bu ərazidə hər gün davam edən sürüşmə hazırda daha təhlükəli həddə çatıb. Sürücülərin sözlərinə görə, yeni sürüşmə zonasında torpaq axını hər gün davam edir, dağdan axan torpaq qatı yol kənarındakı istinad divarlarının üzərindən aşaraq avtomobil yoluna tökülür və nəticədə avtomobillərin hərəkəti üçün çətinlik yaranır.

Hazırda yolun qeyd edilən hissəsinə "Şamaxı 9 saylı Yol İstsmar" MMC nəzarət edir. İdarənin işçiləri torpaq sürüşməsinin baş verdiyi yerdə avtomobillərin hərəkətinin məhdudlaşmaması üçün ağır texnikaların vasitəsilə təmizləmə işləri görür. Dağdan yola axan torpaq kütləsi ağır texnikalar vasitəsilə ərazidən daşınır. Müşahidələr göstərir ki, yola axan torpaq kütləsi bir həftə ərzində tam təmizlənməzsə, avtomobil yolu bağlanacaq. Məlumata görə, ərazidə hər gün aktivlik müşahidə olunur. Hər gün minlərlə avtomobilin hərəkət etdiyi bu yol torpaq sürüşməsi nəticəsində dağılma təhlükəsi ilə üz-üzə qalıb. Yolun bir neçə yerində böyük çatlar əmələ gəlib.

Sözügedən ərazidə baş verən torpaq sürüşməsi nəticəsində 25-30 metr dərinliyində, 70-80 metr enində hissə çöküb. Dağdan axan torpaq qatının magistiral yola tökülməməsi üçün əraziyə hündür istinad divarı çəkilib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının ekzogen-geoloji proseslərlə bağlı apardığı müşahidələrə əsasən məlum olub ki, son bir ayda Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü baş verib, sürüşmə sahəsi üzərində olan çatların parametrlərində artım qeydə alınıb. Şamaxının Cabanı və Dədəgünəş kəndləri ərazisindəki sürüşmə sahələrinin dinamikasında aktivləşmə var. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib, ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri əmələ gəlib. Rayonun Muğanlı sürüşmə sahəsində mövcud olan çatların ölçülərində nisbi artım qeydə alınıb. Şamaxıda Çuxuryurd-Qızmeydan avtomobil yolunun 4, 6 və 10-cu km-də sürüşmə-çökmə prosesi baş verib, aktivlik hələ də davam edir.
Bakının məşhur yolu çökdü - FOTOLARBakının məşhur yolu çökdü - FOTOLAR

Xəbərlər     Baxılıb: 1842   Tarix: 07 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

turlar.az

sac duzumleri reseptler kosmetoloq gözəllik və makiyaj kakao gündəlik bürclər vətən haqqında bayatılar kosmetika xanım az hakıştalar həmidə pehriz hekaye janri