Balıq yağının gözlənilməz TƏHLÜKƏSİ

Balıq yağının gözlənilməz TƏHLÜKƏSİOmeqa-3 yağ turşuları ilə zəngin olan balıq yağının istehlakı bütün dünyada əsas ölüm səbəbi olan ürək-damar xəstəliklərinin qarşısının alınması üçün tövsiyə olunur.
Lakin məlum olub ki, balıq yağı əlavələri sağlam insanlarda ürək xəstəliyi və insult riskini artıra bilər. Digər tərəfdən, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda ölüm riskini azaltması mümkündür.
Bəzi araşdırmalar göstərir ki, bu yağın ürəkdə ritm pozğunluğu olan atrial fibrilasiya kimi bəzi ürək xəstəliklərinə heç bir faydası yoxdur.
Milli.Az viral.az-aa istinadla xəbər verir ki, balıq yağı əlavələrinin ürək sağlamlığına təsirini öyrənmək istəyən tədqiqatçılar Böyük Britaniya vətəndaşlarının sağlamlıq məlumatlarını ehtiva edən Biobank-dan yararlanaraq 415 min 737 nəfərin tibbi vəziyyətlərini təhlil ediblər.
"BMJ Medicine" jurnalında dərc edilən araşdırma çərçivəsində orta yaşı 55 ətrafında olan insanların təxminən 12 illik məlumatları təhlil edilib.
İştirakçıların təxminən 30 faizi müntəzəm balıq yağı əlavələri qəbul etdiyini bildirib. Onların əksəriyyəti yaşlı qadınlar olub.
Həmçinin bu əlavəni mütəmadi olaraq qəbul edənlər daha çox spirtli içki və balıq da istehlak edən şəxslər olub.
Alimlər müəyyən ediblər ki, müntəzəm balıq yağı əlavəsi tədqiqatın əvvəlində heç bir ürək-damar xəstəliyi olmayan iştirakçılarda atrial fibrilasiya riskinin 13 faiz və insult riskinin 5 faiz artması ilə əlaqələndirilir. Bu təsirin sağlam qadınlarda və siqaret çəkməyənlərdə daha çox olduğu müəyyən edilib.
Digər tərəfdən, tədqiqatın əvvəlində ürək xəstəliyi olanlarda balıq yağı əlavəsinin infarkt riskini 15 faiz, ürək çatışmazlığından ölmə riskini isə 9 faiz azaltdığı təsbit edilib. Balıq yağının bu qoruyucu funksiyası kişilərdə və yaşlılarda daha güclü təsir göstərib.
Tədqiqat müşahidəyə əsaslanır və qəbul edilən əlavələrin miqdarını, eləcə də dəqiq məzmununu bildirmədiyi üçün tam etibarlı nəticə əldə olunmayıb.
Britaniya Ürək Fondunun baş dietoloqu Treysi Parker araşdırma haqqında deyir:
"Bu araşdırma müntəzəm olaraq balıq yağı əlavələri qəbul edən insanlarda narahatlıq yaratmamalıdır. Ancaq ürək və qan dövranı sistemi xəstəliklərinin qarşısını almaq üçün balıq yağı əlavələri qəbul etməyə başlamağın təsirli olmamaq ehtimalının yüksək olduğunu göstərir".
Parker əlavələrin sağlam pəhrizi əvəz edə bilməyəcəyini vurğulayır, infarkt və insult riskini azaltmaq istəyənlərə Aralıq dənizi pəhrizini tövsiyə edir. Yağlı balıqların çox, qırmızı ətin isə az istehlak edildiyi bu pəhriz taxıl, paxlalılar, tərəvəz və meyvələrlə də zəngin qidalanmağı tələb edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 1655   Tarix: 23 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

makiyaj etmek qaydalari sac duzumleri yemek reseptleri qarın yağları ailə məktəbi xiyar tursusu bəxtiyar vahabzadə ana şeiri kosmetika vetene aid atalar sozleri seksi masqalar novruz haqistalari efsane