Baş ağrısı nədən yaranır? - Yerinə görə növü

Baş ağrısı nədən yaranır? - Yerinə görə növüƏgər ciddi bir problem yoxdursa, baş ağrısı əsasən ilk növbədə uzun müddət ac, susuz qaldıqda yaranır. Bundan başqa əsəb, stress, yüksək səslə musiqi dinləmək də baş ağrısı ilə nəticələnə bilir.
Milli.Az bildirir ki, baş ağrısının istiqaməti bədəninizdə hansı problemlərin olduğunu göstərə bilər. Aşağıda bəzi baş ağrısı növləri və onların səbəbləri barədə məlumat verilib:
Alın hissə: Sinus infeksiyaları, gərginlik, göz yorğunluğu bu növ ağrılara səbəb ola bilər. Adətən, bu tip ağrı sinüzitə və ya stressə bağlı olur.
Gicgahda: Migrendən və ya gərginlikdən qaynaqlanır. Gicgah ağrıları bəzən stressin, yorğunluğun və ya hormonal dəyişikliklərin nəticəsi ola bilər.
Başın arxa tərəfində və boyunda olan ağrı: Boyun və kürək gərginliyi, pis duruş və ya osteoartrit bu ağrılara səbəb ola bilər.
Göz ətrafında olan ağrı: Göz problemi, məsələn, qlaukoma olmaq ehtimalı var. Bu tip ağrılar daha ciddi ola bilər və dərhal tibbi yardım tələb edə bilər.
Başın bir tərəfində olan ağrı: Migrendən qaynaqlanır. Bir tərəfli baş ağrıları tez-tez ürəkbulanma, işığa və səsə həssaslıqla müşayiət olunur.
Başın hər iki tərəfində olan ağrı: Gərginlik baş ağrıları buna səbəb olur. Bu tip ağrılar adətən sıxıcı, təzyiq kimi hiss olunur və stressdən qaynaqlanır.
Qeyd edək ki, əgər baş ağrıları davamlı və ya çox güclüdürsə, mütləq həkimə müraciət etmək lazımdır.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1761   Tarix: 08 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

toy makiyaji sekilleri qaşların formalari gozel gorunmek asan ariqlamagin yollari muslim somen beautiful sanamalar usaq otagi dizaynlari kosmetika vətən həsrəti novruz hakıştası ikizler vətən haqqında atalar sözləri ana haqqinda bayati