Baş epidemioloq: Qaydalara əməl edilməsə, yoluxma prosesinin ikinci dalğası başlaya bilər

Baş epidemioloq: Qaydalara əməl edilməsə, yoluxma prosesinin ikinci dalğası başlaya bilərKarantin rejiminin yumşaldığı şəraitdə belə, insanların zəruri sanitar-gigiyenik tədbirlərinə əməl etməsi olduqca vacibdir. Qaydalara əməl edilmədiyi təqdirdə əhali arasında virusa yoluxmanın ikinci dalğası başlaya bilər.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev deyib.
Koronavirusun olduqca təhlükəli olduğunu deyən epidemioloq bildirib ki, karantin rejiminin tətbiqi nəticəsində Azərbaycanda yoluxma hallarının sayı azalıb:
"Lakin yoluxma sayının azalması, xüsusi karantin rejiminin yumşaldılması əhalidə təhlükənin sovuşduğu əhval-ruhiyyəsini yaratmamalıdır. Mən özüm də müşahidə edirəm ki, insanlarda artıq arxayınlaşma yaranıb. Onlar bilməlidir ki, epidemioloji vəziyyət tələb edərsə, karantin rejimi yenidən sərtləşdiriləcək. Bu, əhalinin özündən asılı olan vacib məsələdir. Əgər əhali dövlət qurumlarının müəyyən etdiyi normativlərə əməl etsə, bu virus ölkəmizdən xaric olacaq. Yoluxma sayının çoxalması da əhalinin bu qaydalara riayət etməməsi nəticəsində baş verə bilər. Vətəndaşlar birdəfəlik bilməlidirlər ki, xəstəliyə yoluxma sayı artarsa, məhdudiyyətlər gücləndiriləcək".
Baş epidemioloq əlavə edib ki, məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, virusa yoluxma ehtimalı hələ çoxdur:
"Mən əhalidən xahiş edirəm ki, vacib işi olmayanlar küçəyə çıxmasınlar. Küçəyə yalnız zəruri tələbatın ödənilməsi üçün çıxmaq lazımdır. İnsanlar kütləvi yerlərdən uzaq dayanmağa çalışmalıdırlar. Əhalinin kütləvi şəkildə toplanması xəstəlik hallarının sayının yenidən artmasına səbəb olar. Epidemioloji durum tam sabit olana qədər hər bir kəs öz sosial məsuliyyətini dərk edərək tələb olunan bütün sanitar-gigiyenik normalara əməl etməlidir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1059   Tarix: 30 aprel 2020
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Görmə qabiliyyətini necə yaxşılaşdıraq?

Görmənin pisləşməsinin qarşısını almaq üçün vizual stress zamanı fasilələr, göz məşqləri etmək, otaqdakı havanı nəmləndirmək lazımdır. report-a istinadən xəbər verir ki, bunu Rusiyanın tanınmış oftalmoloqu İrina Zimina deyib

.

Təzyiqiniz bu qədər olduqda dərman İÇMƏYİN – Həkim AÇIQLADI

Həkim Elena Malışeva təzyiqi azaltmaq üçün spirtdən imtina etməyi tövsiyə edib. -a istinadən xəbər verir ki, o bu mövzuda "YouTube" kanalında yer alan videoda danışıb. "Təzyiqiniz 130-dan 140-a, 80-dən 90-

.

Yaranı necə tez sağaltmaq olar?

Dəri yaraları həyatımızın hər mərhələsində qarşılaşa biləcəyimiz bir problemdir. Bəzən kiçik kəsiklər, dərin yaralarla qarşılaşa bilərik. -a istinadən bildirir ki, mütəxəssislər dəridə yaralar yaranan kimi həkimə müraciə

.

Novruz bayramından sonra hansı xəstəliklər kəskinləşir?

Bayram günlərində hər evdə masalarda məcməyi dolu şirniyyat, qoz-fındıq, müxtəlif çərəzlər qoyuldu. Ailənin bütün üzvləri uşaqdan tutmuş yaşlıya kimi çayla paxlava, şəkərbura, qoğal yeyəcək, tez-tez də ağzına ləbləbi atacaq

.

Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR

Xorlama xərçəng də daxil olmaqla bir neçə xəstəliklərin mövcudluğunu göstərə bilər. . -a istinadən xəbər verir ki, bunu tanınmış nevroloq Olqa Zinçeva deyib. . Həkimin sözlərinə görə, bəzən xoruldama endokrin xəstəliklərlə

.

İçdiyimiz sudakı bu maddə xərçəng yaradır - Şok araşdırma

Böyük Britaniyanın Şeffild Universitetinin alimləri müəyyən ediblər ki, dünyada milyonlarla insan tərkibində yüksək miqdarda arsen maddəsi olan su içir. -a istinadən xəbər verir ki, tədqiqat "Science of The Total Environment"

.

Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır

Uşaq salfetləri, yuyucu vasitələr, eləcə də dırnaq boyalarında olan OFR və QAC kimyəvi maddələri beyin strukturlarına zərər verə bilər və autizm riskini artırır. -a istinadən bildirir ki, bunu ABŞ-ın Case Uestern Reserv

.

Banan adı ilə aldığımız meyvə "afrika kartofu" imiş - Diqqət

Banan çoxlarının sevdiyi meyvədir. Onu öz cinsindən olan plantainlə tez-tez qarışıq salırlar. -a istinadən banan və plantainin fərqi barədə məlumat verir. Banan daha sarı, ətirli, yumşaq və şirin olur. Forması qövsvaridir

.

Kimlər mütləq kəsmik yeməlidir?

Kəsmik, mezofil laktik turşu bakteriyalarının təsiri altında həyata keçirilən laxtalanma adlanan prosesdə südün təbii və ya süni fermentasiyası məhsulunun bərk hissəsidir. Süd törəməsi olmasına baxmayaraq, laktoza dözümsüzlüy

turlar.az

sonxeber.az adlarin menasi geyim necə seçməli qaşların formalari cinsi yaxinliq xalq təbabəti əkizlər bürcü morugun faydasi kosmetika baldiza aid haxisda sekisler novruza aid hakışda irem derici sağlamlıq