Bədənin verdiyi 5 təhlükəli siqnal - Bu hallarda həkimə getmək mütləqdir

Bədənin verdiyi 5 təhlükəli siqnal - Bu hallarda həkimə getmək mütləqdirBədənimiz çox ağıllı və mürəkkəb mexanizmdir. O, daim keşikdədir, rahat olanda heç bir ağrı, narahatlıq vermir,
lakin daxildən qandan tutmuş adi damarlara kimi problem varsa, mütləq insana bunu hiss etdirir. Onun da öz xəbərdarlıq siqnalları var, lakin çox zaman insanlar bunu görmür, iqnor edir və bu da çox təhlükəlidir.
Medicina.az bədənin verdiyi 5 SOS siqnalını təqdim edir. Bunlardan biri və ya bir neçəsi bir müddətsiz sizdə varsa, keçməsini gözləməyin, mütləq müayinələrə gedin.
1. Təngnəfəslik, nəfəs darlığı, boğulma hissi
Tənəffüsün pozulması beynin, ürəyin qanla təchizatını pozur, oksigen yetməzliyinə səbəb olur. Ona görə ağciyər,döş qəfəsi, sinədə olan istənilən sıxıntı, sanki havasızlıq hissi, yanğı zamanı elə sabahı terapevt, kardioloqa getməlisiz. Bu ürək-damar, ağciyər xəstəliklərindən xəbər verə bilər.
2. Qarında kəsici, deşici ağrılar, ciddi spazmlar
Çox adam bunu qaz, köp ilə əlaqələndirir, giya qarnına soyuq olub. Amma soyuqdəymə zamanı qarın kəskin ağrımır. Ağrını verən daxili orqanlardır. Bu zaman ağrıkəsici iynə vurub ötüşdürmək olmaz. Dərmanlar ağrını kəsib, problem maskalayır, xəstəni və həkimi çaşdırır.
Qarında yuxarıdan aşağıya istənilən nahiyədə ağrı qastrit, xora, kolit, yara, appendisit, peritonit, qanama, Kron və hətta onkoloji xəstəliklər ola bilər. Qadınlarda yumurtalıq partlaması, kistlər, burulma, uşaqlıq miomaları da ciddi ağrı verir.
3. Aydan çox davam edən yuxusuzluq
Yuxusuzluq bioloji saatın, ritmlərin pozulmasıdır. Bu siqnallar pozulduqda insan beyni yuxuya getmə və oyanma əmri almır, bədən, beyin istirahət etmir. Hazırda dünyada 30% kişi, 37% qadın yuxusuzluqdan əziyyət çəkir.
Yuxusuzluğun səbəbləri xarici və daxili amillərdən qaynaqlanır. Əgər siz səbəbsiz olaraq gecə yarı yatıb, səhər tezdən əzgin oyanırsızsa, beyninizdə pozulmalar olacaq və getdikcə çəki itkisi, yaddaşda zəiflik, qıcıqlanma, əsəbilik artacaq. Ona görə bu problemlə bağlı yuxu mütəxəssisi somnoloq və nevroloqa müraciət edin. Özünüz yuxugətirici dərman içməyin.
4. Səbəbsiz arıqlama
Əgər siz həmişəki kimi yeyirsizsə, amma bununla bağlı iştah azalıb və arıqlayırsızsa, bu ciddi siqnaldır. Qəfil kəskin arıqlama vərəmdən tutmuş autoimmun və onkoloji xəstəliyin əlaməti ola bilər. Eləcə də hepatit, sirroz və ağciyər xəstəliklərində də insan çəki itirir.
5. Gözlərin qarşısında tor, qığılcım, qaralma, qara nöqtələr
Gözlərin qarşısında nöqtə kimi qara xəttlər, torlanma yarandısa, 3 gün ərzində göz həkiminə müraciət edin. Bu korluqla nəticələnə bilər və ya katarakta əlaməti ola bilər.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1046   Tarix: 12 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

.

Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq

"Pediatr olaraq valideynlərə ən çox vurğuladığımız mövzulardan biri körpənin ətraf mühit gigiyenasıdır". . xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl

.

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

Lavanda yağı əsasən Lavandula angustifolia (əsl lavanda) başda olmaqla, müxtəlif lavanda növlərinin çiçəklərindən əldə edilən təbii uçucu yağdır. Özünəməxsus xoş ətri və geniş istifadə sahələri sayəsində kosmetika, şəxs

.

Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur

Yaponiyanın Tokio Universitetinin alimləri saçların ağarması ilə bağlı maraqlı araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, saçın ağarması təkcə yaşlanmanın əlaməti deyil, həm də orqanizmin təhlükəl

.

Xiyarın möcüzəvi faydaları

Yay mövsümünün ən çox istehlak olunan tərəvəzlərindən biri olan xiyar təkcə sərinləşdirici təsiri ilə deyil, həm də sağlamlığa verdiyi saysız-hesabsız faydalarla diqqət çəkir. Tərkibinin təxminən 95-97 faizi sudan ibarə

.

Səyahət edənlər daha çox yaşayırlar

Yeni elmi araşdırma göstərib ki, səyahətlər insana yalnız xoş emosiyalar və yeni təəssüratlar qazandırmır, həm də fiziki sağlamlığa, beyin fəaliyyətinə və sağlam qocalma prosesinə müsbət təsir göstərə bilər. Mütəxəssislə

.

3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu

Kings College London və Reading Universitetinin tədqiqatçıları ilk dəfə olaraq maraqlı bir faktı aşkara çıxarıblar: ispanaq, çuğundur və kələm kimi nitratla zəngin tərəvəzlər yedikdən sonra şəkərli saqqız çeynəmək qan təzyiqin

.

Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur

Kofein bəzi hallarda miqren ağrılarını yüngülləşdirə bilər. Mütəxəssislərin fikrincə, qəhvə və bəzi qazlı içkilərin tərkibində olan kofein müəyyən hallarda miqren tutmalarının şiddətinin azalmasına kömək edir. Nevroloq Kseniy

.

Pomidor yeyərkən iki dəfə düşünün

Mütəxəssislər xəbərdarlıq edirlər ki, zəngin qida dəyərinə malik olan pomidor tərkibindəki yüksək turşuluq və histamin səbəbindən bəzi xroniki xəstəlikləri olan şəxslərdə ciddi sağlamlıq problemləri yarada bilər. xəbər veri

.

Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi

Akromeqaliya bədəninizin həddindən artıq böyümə hormonu (GH) istehsal etməsi nəticəsində yaranan bir endokrin xəstəliyidir. Böyümə hormonu artıqlığı qaraciyərdən ifraz olunan "insulin bənzəri böyümə faktoru 1" (IGF-1

turlar.az

donlar 2026 qadın geyimi qis geyimləri 2026 uşağın sağlamlığı hamiləlik və doğuş salatlarin bezedilmesi gözəl xanım kosmetika vetene aid bayati cinsi öpüşme vətənə aid bayatılar bedii edebiyyat