Bəla səngiməyib: məsuliyyətli olaq

Bəla səngiməyib: məsuliyyətli olaqQlobal koronavirus pandemiyası Azərbaycanda başlayandan bəri ölkədə karantin rejimi bir qayda olaraq ya bir, ya da iki həftəlik elan olunurdu. Sonradan vəziyyət təhlil olundu, sərtləşdirilmiş karantin rejimindəki nəzarət mexanimzləri təhlil edildi. Qənaət budur ki, bir qədər əvvəl yoluxma hallarının statistikasında müşahdə olunan sürətli artım artıq dayanıb. Durum sabitləşir.
Lakin tələsmək və rahatlaşmaq olmaz, çünki yoduxanlarla sağalanların sayı arasındakı fərqdə müsbət dinamika olsa da, virusa yoluxanların sayı sağalanların sayından hələ də çoxdur.
Belə mənfi nisbətsə ölkənin səhiyyə sisteminə ağır yükdür.
Azərbaycanda indiki situasiya nə qədər davam edəcək, karantin rejimi yumşalacaq, yaxud sərtləşəcək - hələ bəlli deyil. Yaxın günlərdəki vəziyyət bunu göstərəcək.
Karantin rejiminin yumşalmasından sonra dünyanın bir sıra dövlətlərində yoluxma statistikasındakı yeni artım meyli ölkəmizdən də yan keçmədi.
Ona görə də ictimai nəqliyyatın fəaliyyətindəki məhdudiyyətlər və karantin rejiminin bərpası məntiqi, zəruri qərardır.
COVİD-19 koronavirusunun peyvəndi hələ yoxdur və əgər Azərbaycanda karantin rejimi bərpa olunmasaydı, yoluxanların sayı daha sürətlə arta bilərdi.
Ölkədə koronavirusla bağlı qabaqlayıcı tədbirlər görülüb və bu minvalla virusun yayılmasının miqyası nəzarət altında saxlanılır. Hazırda sutkalıq yoluxma sayı 500-nin üstündə olsa da, vəziyyət nəzarətdədir.
Dövlət öhdəsinə düşən bütün işləri artıqlaması ilə görür.
Məsələn, koronavirus testləri üçün fevral ayında bizim cəmi altı laboratoriyamız vardısa, indi həmin laboratoriyaların sayı 29-a çatdırılıb və daha 15 laboratoriya sifariş olunub. Yolda olan laboratoriyalar ölkəyə çatdırılandan sonra Azərbaycanda müvafiq laboratoriyaların sayı 44 olacaq.
Bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir.
Bəla səngiməyib: məsuliyyətli olaqXəstəxanaların buna hazır olması məsələləri də öz həllini tapıb.
Koronavirusa yoluxmuş pasiyentlərin müalicə aldıqları 45 xəstəxananın əksəriyyəti bölgələrdə yerləşir. Bu xəstəxanalar regional inkişaf proqramı çərçivəsində tikilib və bu gün ən yüksək standartlara cavab verir.
Təbii ki, biz məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlarımızı vəziyyətə uyğun şəkildə atırıq.
Prezident İlham Əliyev dünən situasiya ilə bağlı deyib: "May ayının əvvəlində biz birinci yumşalma addımları atanda mən demişdim ki, xəstəliyin yayılma sürətinin artdığını görsək, yenidən sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlərə qayıtmalı olacağıq, belə də oldu. Bu gün karantin rejiminin qüvvədə qalması hesab edirəm ki, düzgün addımdır. Bildirməliyəm ki, bir çox ölkələr yenə də karantin rejiminin daha da sərt formasına qayıdırlar".
Əlbəttə, hər bir məsələ müqayisə tələb edir və deyə bilərəm ki, bizimlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı 10 mindir. O ölkələrin səhiyyə sistemi bir çox hallarda nümunə kimi göstərilirdi. Bu, onu göstərir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz və bu xəstəlik sərhəd tanımır. Ona görə beynəlxalq əməkdaşlığa daha böyük ehtiyac var və Azərbaycan bu istiqamətdə lazımi addımları atır.
Bu xəstəlik bir şeyi də göstərib - adətən hesab olunurdu ki, belə dəhşətli pandemiyalar, epidemiyalar, insanların yoluxucu xəstəliklərdən kütləvi şəkildə həlak olması ancaq geridə qalmış ölkələrdə mümkündür. Amma həyat onu göstərdi ki, bu, belə deyil. Həyat onu göstərdi ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Məsələn, ABŞ, Kanada, İsveç, Fransa, İtaliya, Britaniya, Yaponiya, Sinqapur.
Əgər onlar bu məsələyə tam çarə tapa bilmirlərsə, əlbəttə ki, o qədər də inkişaf etməmiş, yaxud da geridə qalmış ölkələrdə vəziyyəti təsəvvür etmək çətin deyil.
Və təbii ki, Azərbaycanda koronavirusla bağlı mübarizə çərçivəsində atılan bütün addımlar təhlil olunur.
Məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda, əlbəttə ki, mütəxəssislərlə, həkimlərlə məsləhətləşmələr aparılır. Yəni, biz bu işi kortəbii aparmırıq, ölçülüb-biçilmiş addımlar atırıq. Bu addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək.
Bəla səngiməyib: məsuliyyətli olaqXəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə cərimələrin məbləği artırıldı.
Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmaq zərurəti yaranır.
Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar.
Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik.
Onu da vurğulayaq ki, pandemiya başladığı gündən bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı koronavirusla mübarizədə nümunəvi ölkə adlandırıb.
ÜST-ü tənqid və ya təqdir etmək olar, lakin unutmayaq ki, bu təşkilat dünya miqyasında bu işlərə cavabdehlik daşıyan birinci strukturdur. Sözügedən qurumla əməkdaşlıq davam etdirilməlidir, çunki biz yalnız Ümumdünya Səhiyyə Təşkilatından məsləhət ala bilərik. Ona görə biz bu təşkilatı beynəlxalq arenada da dəstəkləyirik, bildiyiniz kimi, ona maliyyə yardımı da etmişik. Bu gün təşkilatın nümayəndəliyi Azərbaycanda çox fəal iş aparır və bu xəstəliyin yayılmaması üçün əməli addımlar atır. Biz bu fəaliyyətə görə minnətdarıq.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşlərində də iştirak edib. Hesab edirəm ki, pandemiyadan sonra da biz bu təşkilatla əməkdaşlığımızı uğurla davam etdirəcəyik.
Koronavirus pandemiyası Azərbaycana çox ciddi təsir etdi. Dünyanın aparıcı maliyyə qurumları indi ortaya müxtəlif proqnozlar qoyurlar - dünya iqtisadiyyatı nə qədər tənəzzülə uğrayacaq, avrozonada vəziyyət necə olacaq, işsizliklə bağlı vəziyyət necə olacaq? Biz görürük ki, işsizlik az olan ölkələrdə işsizlik kəskin artır. Dünya iqtisadiyyatına böyük zərbə vuruldu və Azərbaycan da dünya iqtisadiyyatının bir parçası olduğu üçün təbii ki, bu, bizim vəziyyətimizə də mənfi təsir göstərmişdir.
Biz bu ili çox böyük ümidlərlə, böyük planlarla başlamışdıq. İlin ilk aylarında iqtisadi göstəricilərimiz kifayət qədər yüksək idi.
Hesab edirdik ki, 2020-ci il son vaxtlar apardığımız islahatların nəticəsində gözəl nəticələri verə biləcək il olacaqdır. Ancaq əlbəttə ki, pandemiya bizim bütün planlarımıza da müdaxilə etdi və biz şüurlu şəkildə çox sərt məhdudlaşdırıcı addımlar atdıq, o cümlədən ticarət sahəsində, digər sahələrdə. Təxmin edirdik ki, iqtisadiyyatımız tənəzzülə uğrayacaq. Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı. Altı ayın yekunları yəqin ki, bir neçə gündən sonra məlum olacaq. Amma bilirsiniz, bu, bərpa ediləcək.
Prezident İlham Əliyev dünən bəyan etdi: "Ona görə mən bir daha demək istəyirəm ki, seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır. Amma buna baxmayaraq, biz heç bir sosial layihəni təxirə salmadıq, ixtisar etmədik. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir".
Xüsusilə də ən həssas təbəqəyə aid olan layihələr bu il daha böyük həcmdə icra edilir. Məsələn, bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcəkdir. Şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil istifadəyə veriləcək, adətən ildə təqribən 700-800 mənzil təqdim edilir. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Biz ünvanlı sosial yardım alanların sayını artırdıq. Bu rəqəm təqribən 85 minə yaxınlaşır - 85 min ailə, yəni, 300 mindən çox insan. Digər önəmli sosial layihələr icra edildi.
Bəla səngiməyib: məsuliyyətli olaqİşsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur və o vəsaitin bir hissəsi artıq xərclənib.
Ona görə biz nə qədər vəsait lazımdırsa, o qədər də ayıracağıq. Digər tərəfdən, baxmayaraq ki, iqtisadiyyatımız tənəzzülə uğrayıb, amma bəzi sahələrdə inkişaf da var. Misal üçün, kənd təsərrüfatı. Biz beş ayın yekunlarına görə bu sahədə 3 faizdən çox artım gördük. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar və şəffaflıq bu gün çox yaxşı nəticələrə gətirib çıxarır. Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub. Bu da son illər ərzində sənayeləşmə prosesinin təzahürüdür. Ona görə mən hesab edirəm ki, biz bütövlükdə bu ili də lazımi səviyyədə başa vuracağıq. Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində bizim valyuta ehtiyatlarımız cəmi 98 milyon dollar azalıbdır. Biz daha da böyük düşmə, tənəzzül gözləyirdik. Əgər bizim büdcəmizdə neftin qiyməti 55 dollar hesablanıbsa, altı ay ərzində neftin orta qiyməti 38 dollar olub. Yəni, bu, bizim üçün böyük itkidir. Bəzi günlərdə daha aşağı düşürdü.
Belə vəziyyətdə özlərini demokratik adlandıran, əslində isə radikal və aqressiv yığnaq olan bəzi müxaliflər, xüsusilə də "Milli Şura" adlı oyuncaq strukturun mənsubları bir-birini təbrik edirdilər, toy-bayram edirdilər ki, neftin qiyməti 14 dollara düşüb və beləliklə, ölkə böyük problemlərlə üzləşəcək.
Xalqımız bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir. Çünki neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərəcək. Əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə olarsa, biz istər-istəməz investisiya xərclərimizi azaltmalı olacağıq. Belə olan halda işsizlik artacaq. Dövlət də məcbur olub sosial xərcləri ixtisar edəcək və insanlar bundan əziyyət çəkəcəklər.
Prezidentin bu hadisə ilə bağlı dediklərinə diqqət verək: "Hesab edirəm ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik".
... Sosial şəbəkələrdəki qaragüruh, lümpenləşmiş "lider"lərin tarixin zibilxanasından boylanan başlarının idarə etməyə çalışdıqları başıpozuq dəstə isə karantin rejiminin qaydalarından usandıqlarını, bezdiklərini, yorulduqlarını deyirlər.
Vətəndaşlarda da bu ovqatı formalaşdırmağa çalışırlar. Ki, cəmiyyət rejimə əməl etməsin, yoluxma sayı artsın, bunlar da gərgin durumdan faydalansınlar.
Alınmayacaq, indiyədək olmadığı və alınmadığı kimi.
Karantin rejiminin tələblərinə və ən sadə gigiyena qaydalarına riayət etmək gərəkdir.
Koronavirus ağır, təhlükəli, ölümcül bəladır. İndi qaydalara riayət etməyən tək öz ölümü ilə risk etmir - ətrafdakıların da qatilinə dönür.
Çox sadə gerçək var: ictimai yerlərdə və nəqliyyatda olarkən maska çənədə yox, ağızda durmalıdır. Əks təqdirdə indi maska olan çənəyə sonradan ağ tənzif bağlana bilər.
Bu qədər bəsit...
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1336   Tarix: 07 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar ömrü 10 il uzadır

Müasir tibb elmi sübut edir ki, düzgün qidalanma vərdişləri insanın genetik kodunu belə müsbətə doğru dəyişməyə qadirdir.  xəbər verir ki, son illərdə aparılan genişmiqyaslı araşdırmalar bəzi spesifik qidaların müntəzəm istehlakını

.

Dəri sağlamlığı üçün ətir necə istifadə olunmalıdır?

Gündəlik istifadə olunan ətir və dezodorant məhsullarının düzgün tətbiqi ilə bağlı mütəxəssislər vacib məqamlara diqqət çəkirlər. Onların sözlərinə görə, ətirin birbaşa dəriyə vurulması bəzi hallarda arzuolunmaz təsirlər

.

"Hantavirus"a görə bu ölkələr risk altındadır - Diqqət

Ümumdünya Səhiyyə Təşkilatının hantavirusa yoluxma ilə bağlı mümkün araşdırmalarda 12 ölkə ilə əlaqə saxladığı bildirilir. xəbər verir ki, ölkələrdən bəziləri yeni yayılmış virusla bağlı risk altındadır. Təsirə məruz qala

.

Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi

Nigeriyada ölümcül Lassa qızdırması epidemiyası səbəbindən həyatını itirənlərin sayı 190-a yüksəlib. xəbər verir ki, yerli səhiyyə qurumlarının məlumatına görə, xəstəlik ölkənin müxtəlif ştatlarında yayılmaqda davam edir

.

Axşam yeyilən tünd şokolad daha yaxşı yatmağınıza kömək edə bilər

Günün sonunda bədənimiz yorğun olsa da, zehnimizin hələ də "qaçmağa" davam etməsi çoxumuza tanış bir haldır. Yatağa uzanırıq, bədən hazırdır, amma beyin hələ də görüləcək işlər siyahısında gəzişir. Məhz buna gör

.

Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR

Gündəlik həyatda zərərsiz görünən bəzi vərdişlər ağciyər üçün ciddi risk yarada bilər. -ın məlumatına görə, siqaret tüstüsü ilə yanaşı, evdə paltar qurutmaq, kondisionerlərin təmizlənməməsi və güclü kimyəvi təmizləyicilərdə

.

Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir - ARAŞDIRMA

Hər dörd nəfərdən biri psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün heç bir addım atmır. xəbər verir ki, "Independent" nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyada Mental Health Foundation təşkilatının sifariş

.

ÜST-dən hantavirus açıqlaması gəldi

Fransa hakimiyyəti hantavirus infeksiyası aşkarlanan şəxslərlə təmasda olan səkkiz nəfəri nəzarət məqsədilə karantinə götürüb. xəbər verir ki, onlardan biri virus daşıyıcısının olduğu təyyarədə səyahət edib, digərləri is

.

Tofu pendiri nədir, nəyə xeyri var?

Tofu soya südünün müxtəlif maddələrlə (kalsium sulfat, maqnezium xlorid və ya limon şirəsi) çürüdülərək lor halına gətirilməsi və sonra bloklar halında preslənməsi ilə hazırlanır.  xəbər verir ki, tofu bitki mənşəli olduğ

turlar.az

gelinlikler qadın geyimi reseptler dogusdan sonra matkanin yigilmasi sizanaqlara qarsi vasite toyuqlar haqqinda yay paltarları 2026 kosmetika qu quşu hekaye janri veten seirleri qiz evi ucun rus dili 2ci ders