"Belə qadınlar kişilər üçün maraqsızdır" - FOTO

"Belə qadınlar kişilər üçün maraqsızdır" - FOTOQadinsayti.az aparıcı Samirə Rəhimovanın axşam.az-a müsahibəsini təqdim edir:

- Hazırda hansı layihələr üzərində işləyirsiniz?

- Hər zaman yeni layihələrə başlamağı çox sevirəm. İndi də çalışıram ki, hazırda efir teleməkanında nəsə bir yenilik edim. Dəb, gözəllik, zövqlü seçimlər - bu mövzu mənə o qədər doğmadır ki, bu sahədən uzaqlaşa bilmirəm. Lakin bununla yanaşı, yoldaşımla bərabər çalışmaq da mənə xüsusi zövq verir. Onun öz biznes layihələrində mənə də yer ayırdığına görə çox məmnunam. Kənan Rəhimovla çalışmaqla, tədris proqramlarında iştirak etməklə çox yeni bilgilər əldə etmişəm, bu da mənə indiki işlərimdə kömək olur. Məsələn, yeni analar cəmiyyəti açmaq üzrəyəm. Belə qənaətə gəlmişəm ki, bütün incəliklər bəlli olduqdan sonra layihəyə başlamaq olar.

- Bilirik ki, ixtisasınız aktrisalıqdır...

- Birinci ixtisasımı dram-kino aktrisası fakültəsində almışam, rejissor Cənnət Səlimovanın kursunda sənətin dərinliklərinə yiyələnmişəm. Bəlkə elə, ona görə TV sistemində çalışmaq mənim üçün çətin olmadı. TV sahəsinə gəlişim də təsadüf oldu, çünki məhz aktrisa olacağıma əmin idim. Bu sənəti çox sevirdim. Lakin iş elə gətirdi ki, müsabiqədən uğurla keçərək aparıcılığa başladım. O zamanlar 2-ci kursda oxuyurdum. "Şarm" verilişi, daha sonra "ATV maqazin" jurnalı zamanımı o qədər aldı ki, öz ixtisasım qaldı bir kənarda. Görünüşümə gəldikdə isə, əksinə o zamanlar elə düşünürdüm ki, efirə yaraşmıram, komplekslər içərisində itmişdim. Aparıcı kimi 15 illik təcrübəm olsa da, hələ də efirdə özümə baxmağı heç sevmirəm (gülür). Bu işi seçməyimə peşman deyiləm, çünki insan sahəsindən asılı olmayaraq, öz qabiliyyətini nümayiş etdirməyi bacarmalıdır, amma təbii ki, görəcəyin işə sevgi bəsləyirsənsə. Əks halda, heç bir nəticə əldə etmək mümkün deyil. Sənət aləmində ikinci ən böyük sevgim Rəssamlıq Akademiyasında, rəngkarlıq fakültəsində yarandı. Qısa bir müddətə rəssamlıqla məşğul olmağa başladım. Atam rəssam-dizayner Seyfəli Rüstəmzadə ilə bərabər bu gün çox fərqli işlərə başlamaq üzrəyik.

- Uzun illər gözəlliklə bağlı proqramların aparıcısı, müəllifi olmusunuz. Necə düşünürsünüz, ideal qadın necə olmalıdır?

- İdeal qadın anlamı o qədər genişdir ki, onu bir cümlə ilə izah etmək mümkün deyil. Cünki hər kəsin öz aləmində ideal gördüyü və etalon hesab etdiyi qadın obrazları müxtəlifdir. Mənim fikrimcə, ideal qadın təkcə gözəlliyi ilə deyil, eyni zamanda insani xüsusiyyətləri ilə müsbət qarşılanmalıdır. Konfliktdən uzaq olan, ailəsinə sadiq qadın obrazı daxilən o qədər gözəl olur ki, onun o gözəlliyi mütləq üzündə əks olunur. Əgər qadının ətrafında söz-söhbət, intriqa, qalmaqal yoxdursa, ona ideal qadın obrazı demək olar. Kişilərin mövqeyində dedikdə isə, mənim zənnimcə, hər insan o halda ideal hesab edilə bilər ki, öz övladınızın sağlamlığını və tərbiyəsini ona etibar edə bilirsiniz.

"Gözəl olmayan qadın yoxdur, baxımsız qadın var" fikri ilə tam razıyam. Çünki, üz cizgilərindən asılı olmayaraq, qadın təravəti və baxımlılığı ilə seçilməlidir. Son zamanlar, hətta cavan qızlar belə, görünüşlərində o qədər estetik əməliyyat etdirirlər ki, əvvəlki görünüşlərindən əsər-əlamət qalmır. Razıyam, estetik əməliyyatlar gərəkli prosedurlardır, amma lazımi məqamlarda. Xanımlar isə son zamanlar individuallıqlarını itirirlər. Hamı bir-birinə bənzəyir.

- İndiki xanımlarda nələri bəyənmirsiniz?

- Bizim Azərbaycan xanımlarımız, həqiqətən də, təbii olaraq gözəldirlər. Amma bayaq qeyd etdiyim kimi, müəyyən bir qismi sadəcə zahiri gözəllik axtarışında olur. Bu zaman görünüşdə, geyim seçimlərində çox vaxt dəb arxasınca qaçaraq yanlışlığa yol verirlər. Görünüşünə yaraşmayan geyimlər, həddindən artıq makiyaj və süni gözəllik effekti yaradan saçlar edirlər. Yaxşı olar ki, sadəlik prinsipindən uzaqlaşmadan, heç olmasa saçlara, dəriyə qulluq göstərsinlər. Buna salona getmədən də nail olmaq olar. Bu gün sosial şəbəkələrdə o qədər məsləhətlər, televiziya proqramları var ki, onlardan yararlana bilərlər. Bir də xüsusi olaraq diqqət yetirin ki, qədim Yunan alimlərinin qeyd etdiyi, gözəlliyin 3 əsaslarından biri qrasiyadır (digər 2 əsas isə zəriflik və füsunkarlıqdır - red) - gözəlliyin hərəkətlərdə, duruş və yerişdə özünü əks etdirməsidir. Bizim milli geyimlərimiz və rəqslərimiz də bu milli qrasiyanın yüksəkliyini göstərir. Rəqs zamanı Azərbaycan xanımı qu quşu kimi süzür, əl hərəkətləri ilə incə ruha sahib olduğunu göstərir. Bu gün bu milli dəyərlərimizi yenidən dəbə gətirməyin zamanıdır ki, bizim xanımlara xas olan individual gözəllik Qərb dəblərin qarışıq çoxluğunda öz fərdliliyini saxlaya bilsin - bu, bizim ən böyük dəyərlərimizdən biridir. Misal üçün, bayramların birində qonaqları milli geyimlərdə iştirak etməyə dəvət etməliyik, tək aparıcıları deyil - bütün vətəndaşları. Hətta toylarda da bu ənənəni yarada bilsək, bu gün restoranda keçirilən toyların xüsusi gözəlliyi olardı.

- Qadını gözəl göstərən nədir?

- Yəqin ki, daxili aləmi. Əslində cinsindən asılı olmayaraq, insanı gözəl göstərən onun daxili zənginliyidir. Bir insan şəxsiyyət kimi maraqlıdırsa, onun yaşam tərzi, xüsusiyyətləri, danışığı, həyata münasibəti düşünməyə vadar edirsə, deməli, o, gözəldir.

- Bəs nə çirkin göstərir?

- Təbii ki, bayaq qeyd etdiyim faktorların tam əksi. Zahirən çox gözəl bir xanim, ilk kəlmədən səni özündən uzaqlaşdırırsa... Əgər daha konkret desəm, qadının özünü çox vulqar nümayiş etdirməsi, xanımlığını itirməsi. Belə qadınlar əks cinsin nümayəndələri üçün də maraqsız olur.

Qadın hər yaşda gözəldir. Bəlkə də bir az şablon olacaq, amma müəyyən yaş dövrünü keçən xanımlar bəzən cavanlardan daha gözəl görünürlər. Bu da ondan irəli gəlir ki, həyatı görmüş, müdrik qadın harada, necə görünməyi çox yaxşı bilir.

- Adətən qadınlar yaşlarının üstünə yaş gəlməsini faciə ilə qarşılayırlar. Sizdə belə bir qorxu varmı?

- Qətiyyən yox. Çox vaxt 30-u keçən xanımlarda depressiya əlamətlərini müşahidə etmək olar. Məndə belə bir hala rast gəlmək olmaz, cünki ən sadə izah - yoldaşım psixoloqdur. Kənan kimi yoldaşı olan, yəqin özünü dünya gözəli hesab etməlidir. Sizə bir sirr açım - mən Elflərin şahzadəsiyəm. İlk öncə bunu mənə Kənan dedi, inandırdı və artıq mən də buna əmin olmuşam (gülür). Özünü nağıllar aləminin şahzadəsi hiss edərkən yaşı düşünməyə heç vaxtınız qalmır.

- Con Lokkun belə bir ifadəsi var ki, qadın öz yaşını doğum tarixindən deyil, evləndikdən sonra hesablayır. Sizin evlilik yaşınız neçədir?

- Mənim qəlbimdə övladımın doğum günündən sonra yeni həyat tərzi yarandı. Martin 7-si mənim 1 yaşım tamam olur.

- Samirə xoşbəxt qadındır?

- Çox xoşbəxtəm. Hər bir qadına ilk növbədə sevib-sevilməyi arzulayıram. İş, layihələr öz yerində, lakin insanın qəlbində sevgi olarsa, ətrafdakı gözəlliklər daha parlaq olur.

Bu günə kimi, heç nədən peşman olmadım. İş həyatında uğurlarım da, itkilərim də oldu. Ətrafımda olan yaxınlar tərəfindən xəyanətlə də, ədalətsizliklə də qarşılaşdım. Bütün bunlar nədən ötrü oldu sualına cavabları indi tapıram.

Həyat təcrübəsi, insanları daha yaxşı tanımağa başladım. Yəqin ki, gənc yaşlarında etdiyim səhvlərə bir daha yol vermərəm. Əgər keçmişimi dəyişmək imkanım olsa, heç bir günü də dəyişmək istəməzdim. Həmin səhvləri bir daha yaşayardım, çünki onlar olmasaydı, bu gün əldə etdiklərim olmazdı.

İş qadını olmaq və eyni zamanda analıq etmək böyük bir məsuliyyətdir. Çalışıram hər birini çatdırım. Nə yaxşı ki, köməyim var. Buna görə də anama minnətdaram. Çəkiliş günləri balacaya anam baxır, mən də həmin günü çəkilişlərimi tamamlayıram. Digər layihələrimə hələ ki, başlamamışam, övladımla daha çox vaxt keçirmək istəyirəm.

- Bəzi xanımlar baxımlarına diqqət yetirməmələrini vaxt azlığı ilə əlaqələndirirlər. Samirə gün ərzində özünə, baxımına nə qədər vaxt ayırır?

- Bacardığım qədər salon xidmətlərindən istifadə edirəm. Təkcə idmanla məşğul olmağa vaxt tapa bilmirəm. Bu problemi də tənzimləməyə çalışacağam, çünki idman qadın üçün çox önəmlidir.

- Bəs mətbəxlə aranız necədir?

- Kulinariyanı çox sevirəm, əlimin duzu da var. Müxtəlif reseptləri improvizasiya edərək hazırlayıram. Mətbəx proqramlarını maraqla izləyirəm. Amma təəssüf ki, mətbəxə yetərincə vaxt ayıra bilmirəm.

Xəbərlər     Baxılıb: 1994   Tarix: 30 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Əl titrəməsinin 5 səbəbi

Əllərin titrəməsi çox vaxt narahatlıq yaratsa da, hər zaman ciddi xəstəlik əlaməti olmur. Mütəxəssislərin sözlərinə görə, bəzi hallarda bu vəziyyət gündəlik faktorlarla bağlı olur və aradan qalxa bilər. Fransız mətbuatın

.

Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?

Ağciyərlərin bərpa müddəti siqaretdən istifadə illərindən və insanın ümumi sağlamlığından asılıdır. Bu proses bir neçə aydan bir neçə ilə qədər davam edə bilər. xəbər verir ki, siqareti dayandırdıqdan bir neçə saat sonr

.

Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida

Qaraciyər orqanizmin əsas filtrasiya orqanlarından biridir və hər gün toksinləri, dərman qalıqlarını və maddələr mübadiləsi nəticəsində yaranan tullantıları emal edir. "Euroonco" federal ekspert onkologiya klinikalar

.

Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət

Yuxu problemləri insult riskini 16% artırır. xəbər verir ki, nevroloq Aleksandra Alekhina beş və ya daha çox yuxu pozğunluğu simptomundan əziyyət çəkən insanlarda insult riskinin ikiqat artdığını deyib. İnsult ciddi və həyat

.

Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər

Yay aylarında hovuzlardan istifadə geniş yayılsa da, gigiyena qaydalarına əməl olunmadıqda müxtəlif infeksiyalara yoluxma riski artır. xəbər verir ki, hovuza girməzdən əvvəl və çıxdıqdan sonra duş qəbul etmək, hovuz kənarınd

.

Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər

Burun qanaması əksər hallarda quru hava, soyuqdəymə, allergiya və ya burunun güclü təmizlənməsi nəticəsində yaranır və təhlükəli olmur. xəbər verir ki, lakin qanama tez-tez təkrarlanır, çox olursa və ya çətin dayanırsa, mütlə

.

Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir

Tez-tez təkrarlanan baş ağrısı bəzən stress, yuxu rejiminin pozulması, susuz qalmaq, yeməkləri ötürmək, gözlərin uzun müddət ekrana yönəlməsi və ya düzgün olmayan duruşla əlaqəli ola bilər. Bəzi hallarda isə miqren kimi xüsus

.

Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma

Oksford Universitetinin alimləri sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq fermalarının təhlükəli bakteriyaların yayılması baxımından ciddi risk daşıya biləcəyini bildiriblər. xəbər verir ki, araşdırma zamanı son 45 i

.

Qarpız bu şəxslərə olmaz

Qarpızın həddindən artıq qəbulu bəzi insanlar üçün sağlamlıq riski yarada bilər. xəbər verir ki, rusiyalı diyetoloq Olqa Yamilovanın sözlərinə görə, xüsusilə böyrək və şəkərli diabet xəstələri bu meyvəni ehtiyatla istehla

turlar.az

gelinlikler sac duzumleri reseptler körpələrdə süni qidalar sineye qulluq kişi xəyanət qarazire faydalari kosmetika vusale elizade eqreb masturbasiya nedir ekizler janrlar