Berlinin 29 yaşlı azərbaycanlı polis komissarı gözəlliyi ilə valeh etdi - FOTOLAR

Almaniyanın "Bild" onlayn dərgisində Berlinin Noyköln rayonunda polis komissarı olan azərbaycanlı miqrant Lana haqqında məqalə dərc olunub.

"15 yaşında almanca danışa bilmirdi, indi isə polis komissarıdır", - deyə məqalədə bildirilir.
Xanim.az oxu.az-a istinadən xəbər verir ki, məqalədə Lana miqrantların alman cəmiyyətinə uğurlu inteqrasiyasının ən yaxşı nümunəsi kimi göstərilir.

"15 yaşım olanda anamla Berlinə köçmüşəm, almanca bir kəlmə bilmirdim, salamlaşa da bilmirdim", - deyə Lana Bz-berlin.de saytına verdiyi müsahibədə bildirib. Hazırda qadının alman dilində səlis və ləhcəsiz danışdığı qeyd olunur.

Lana qeyd edir ki, məktəbdə oxuduğu illərdə sinif yoldaşları onu məsxərəyə qoyub:

"Bütün gün ağlayırdım, ancaq ailəsini dolandırmaq üçün Bakıda işləyən və bura yalnız altı il sonra köçmüş atamı heç vaxt unutmurdum".

Orta məktəbdə tədrislə bağlı təəssüratını bölüşən Lana həmin dönəmin əsl "mübarizə" olduğunu deyib:

"Mənim heç vaxt dostlara ayırmağa vaxtım olmasa da, nə istədiyimi qəti şəkildə bilirdim. Dünyada nələrisə yaxşılığa doğru dəyişmək üçün polis olmağı arzulayırdım", - deyə Lana bildirib.

Arzularının ardınca düşən Lana Berlin İqtisadiyyat və Hüquq Universitetinə daxil olub, polis xidməti fakültəsində oxuyub, diplom işinin mövzusu "Berlin polisində olan miqrantlar: motivasiya və əngəllər" olub.

Bz-berlin.de qeyd edir ki, Lana miqrantların cəmiyyətə uğurlu inteqrasiyasının ən baris nümunəsidir.

Hazırda Lana polis komissarıdır və artıq iki ildir ki, Berlinin Noyköln rayonunda təhlükəsizliyə nəzarət edir. Rus, türk, ingilis və fransız dillərini bilməsi ona fəaliyyətində çox faydalı olur.

İş yerinə gəlincə, Lana özünü ciddi apardığına görə heç kimin onu məsxərəyə qoymadığını və ya rişxənd etmədiyini bildirib.

"Mən gülümsəmirəm", - deyə Lana xətrinə dəyən istənilən şəxsə cavab verməyə qadir olduğunu bildirib.

"Azərbaycanda mənim yaşımda olan bütün xanımlar artıq çoxdan ərə gedib və uşaqları var. Mən isə subayam, evlənmək istəyib-istəmədiyimi dəqiq bilmirəm. Həyat indiki zamandır və bu gün mən xoşbəxtəm".
Berlinin 29 yaşlı azərbaycanlı polis komissarı gözəlliyi ilə valeh etdi - FOTOLARBerlinin 29 yaşlı azərbaycanlı polis komissarı gözəlliyi ilə valeh etdi - FOTOLARBerlinin 29 yaşlı azərbaycanlı polis komissarı gözəlliyi ilə valeh etdi - FOTOLARBerlinin 29 yaşlı azərbaycanlı polis komissarı gözəlliyi ilə valeh etdi - FOTOLARBerlinin 29 yaşlı azərbaycanlı polis komissarı gözəlliyi ilə valeh etdi - FOTOLAR

Xəbərlər     Baxılıb: 1685   Tarix: 25 yanvar 2018
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim necə seçməli yay kolleksiyasi qadın geyimi kabab reseptləri xina yaxdi sozleri nergiz pasayeva müsabiqələr kosmetika rus dilini oyrenek 2ci ders rus dili uzeyir balıq efsaneler