Bəzi xiyarlar niyə acı dadır?

Bəzi xiyarlar niyə acı dadır?Xiyarın bəzən acı dad verməsi bir çox insanı narahat edir. Mütəxəssislər bu halın əsas səbəbinin xiyarın tərkibindəki "kukurbitasin" adlı maddə olduğunu bildirirlər.
Milli.Az xəbər verir ki, bu maddə xiyarın xüsusilə uca yaxın hissələrində toplanır və acı dadın yaranmasına səbəb olur. Kukurbitasin əsasən bitkinin müdafiə mexanizmi kimi yaranır və acılıq şəraitdən asılı olaraq daha da güclənə bilər.
Məlumata görə, xiyarın acı olmasına təsir edən amillər arasında qeyri-kafi suvarma, torpaq çatışmazlığı, temperatur dəyişiklikləri və genetik faktorlar önə çıxır. Stress şəraitində böyüyən bitkilərdə bu maddənin miqdarı artır və nəticədə meyvə acılaşır.
Mütəxəssislər bildirirlər ki, acılıq əsasən xiyarın gövdədən uzaq olan, uc hissəsində daha çox olur. Acı dadla qarşılaşmamaq üçün bu hissənin kəsilib atılması tövsiyə olunur. Ev şəraitində xiyar yetişdirənlərə isə düzgün və bərabər suvarma rejiminə diqqət etmələri məsləhət görülür.
Qeyd edək ki, kukurbitasin sağlamlığa zərərli deyil, lakin dad baxımından xoşagəlməzlik yarada bilər.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1458   Tarix: 27 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

gözəllik məhsulları makiyaj etmek qaydalari sac duzumleri qadınlar və kişilər sızanaqlara qarşı maska güllərin mənası mektebli sac duzumleri kosmetika qurd xəstəliklərinə qarşı mualicə vetene aid bayati vətən həsrəti damla novruz haqistalari