Bir çox xəstəliyin çarəsi nöqtə masajı - Onları bədəndə necə tapmalı?

Bir çox xəstəliyin çarəsi nöqtə masajı - Onları bədəndə necə tapmalı?Xalq təbabətində ən çox istifadə olunan müalicə üsullarından biri də masajdır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, masajın müxtəlif növləri olsa da, nöqtə masajı bunların içərisində xüsusi diqqət çəkir.
Nöqtə masajı - əsas xüsusiyyətləri və üstünlükləri
Nöqtə masajının (akupressura) minillik tarixi var. Xalq təbabətində bu üsulun müalicə metodu kimi tanınması 18-ci əsrə təsadüf edir. Hələ qədim zamanlarda təbiblər insan orqanizminə ətraf aləmlə bağlı bir sistem kimi baxırdılar. Əgər insan xəstələnirdisə, bunu təkcə onun orqanizminin daxilində baş verən pozğunluqla deyil, həm də onu əhatə edən mühitlə əlaqələndirirdilər. Ona görə də müalicə üçün orqanizmin həm daxili, həm də xarici harmoniyasını bərpa etmək lazımdır. Bu məsələnin həlli, insan orqanizmində daxili orqanlarla əlaqəli olan xüsusi nöqtələrin kəşfi ilə mümkün oldu. Bundan başqa, bu nöqtələr imkan verdi ki, xəstəlikdən qurtarmaq üçün xarici enerjidən istifadə olunsun.
Müasir nöqtə masajının əsası bioloji aktiv nöqtələrə (BAN) təsir etməklə barmaqlar və ya fırça ilə həyata keçirilir. Nəticədə, orqanlar və ya orqanlar sisteminin enerji tarazlığı bərpa olunur, əzələ və əsəb gərginliyi aradan qaldırılır. Çox vaxt BAN xəstə orqandan uzaqda yerləşir. Məsələn əgər ürək nahiyyəsində ağrı hissiyatı varsa, onu sol əlin kiçik barmağının dırnağının daxili hissəsinə yaxın olan yerində yerləşən nöqtə ilə aradan qaldırmaq olar.
Akupressura və ya nöqtələri bədənin hansı yerlərində tapmaq olar?
BAN tapmaq üçün fərdi olaraq barmaqlarınızın yastığından istifadə edərək buna nail ola bilərsiniz: dərinizin üstü ilə barmağınızı sürüşdürərək harda codluq və ağrı hiss etsəniz, demək ki, ora axtardığınız nöqtədir.İstənilən nəticəni əldə etmək üçün, nöqtə massajının texnikası müxtəlifdir. Məsələn, yüksək əzələ tonusu zamanı masajın məqsədi dincəltmək və sakitləşdirməkdir. Əksinə, əzələ atrofiyalarının müxtəlif növlərində stimullaşdırıcı texnikadan istifadə edilir.
Belə masajları həm mütəxəssis, həm də bədəndə olan nöqtələrin yerini bilən və masaj etməyin qaydalarını öyrənən hər bir kəs özü edə bilər. Masajın mahiyyəti, dəridə olan bioloji aktiv nöqtələri qıcıqlandırmaqdır. Belə nöqtələrin sayı insan bədənində 700-dən çoxdur. Belə aktiv nöqtələri bədənin üzdə olan yerlərindən başqa, onları barmaqların arasında, dil önündə, diz qapaqlarında, qatlanacaqlarda da təyin etmək lazımdır.
Masajı düzgün yerinə yetirmək üçün, bədəni bərabər hissələrə nəzərən bölmək lazımdır. Bədəndə olan bu nöqtələr barəsində də əlavə biliklərə malik olmaq və onlara hansı güclə təsir edə bilmək bacarığına yiyələnmək lazımdır. Nöqtənin yerindən asılı olaraq güc tətbiq edilməlidir.
Xəstəlikləri qruplaşdırmaq lazımdır: kəskin, xroniki, yüngül, ağır. Nöqtə masajının başlanğıcı qısa müddətli olmalıdır. Baxmaq lazımdır ki, orqanizm masaja necə reaksiya verir. Xoşa gəlməyən əhval-ruhiyyə yaranarsa, massaj saxlanılır. Müvəqqəti pisləşmə baş verə bilər və ondan qorxmaq lazım deyil.
Əgər müalicəni mütəxəssis aparırsa, o, mütləq keçirilmiş xəstəliklər və allergiya barədə soruşmalıdır.
Masajın əsasını aktiv nöqtələrə barmaqla təsir etmək təşkil edir. Nöqtələr sinir sistemi ilə bağlıdır və onların vasitəsi ilə daxili orqanlarla əlaqələnir. Əgər nöqtələr düzgün tapılarsa, pasiyentdə ağrı, şişkinlik, keylik və ya başqa bir hissiyyatlar olur. Hansı nöqtə ağrılıdırsa, deməli onun nəzarətində olan orqan və ya əzələdə nasazlıq var.
Masajın aşagıdakı növləri var:
-ovuşdurmaq
-sığallamaq
-basmaq
-vibrasiya
-tutmaq
-çəngələmək
Ovuşdurmaq baş barmağın yastığı ilə edilir. Bu növ masaj başda, üzdə, gicgahda və əllərdə edilir.
Nöqtə masajı həm sakitləşdirici və həm də qıcıqlandırıcı ola bilər. Güclü basmaq sakitləşdirici, yüngül basmaq isə əks effekt verir. Tonuslandırıcı masaj ən güclü olanıdır. Nöqtələrə 20 - 30 dəqiqə təsir edilir.
Masaj vaxtı nəzərə alınmalıdır ki, güc metod deyil, nöqtəyə güclü təsir göstərmək metoddur. Əlbəttə əgər piy təbəqəsi qalındırsa, nöqtələrə də güclü və intensiv təsir etmək lazımdır.
Nə vaxt nöqtə masajından imtina etmək lazımdır?
Süd vəzilərini, əzələ daxili və qasıq nahiyəsində, limfa düyünlərində və böyük damarlarda masaj etmək qadağandır. Əgər qarın nahiyyəsi masaj edilirsə, bu, ciddi şəkildə nəfəs verən zaman edilməlidir.
Masajdan əvvəl əllər yuyulur, qan dövranı yaxşılaşdırılmaqdan ötəri ovuşdurulur. Masaj edilərkən insan nə ac, nə də tox vəziyyətdə olmalıdır.
Əgər sizdə yuxusuzluq problemi varsa, yaxşı olar ki, masaj yatmamışdan əvvəl edilsin.
Masaj üçün ənənəvi müalicə kursu 10 - 15 gün təşkil edir. İki ay fasilədən sonra təkrar etmək olar. Müalicənin effektivliyini saxlamaqdan ötrü, bütün qaydalara ciddi əməl etmək və xırda yaxşılaşmaya görə saxlamaq olmaz.
Masajın əks göstərişləri:
Hamiləlik, appendisit, infarkt, ürək paroku, böyrək xəstəlikləri, beyin damarlarının aterosklerozu, II - III dərəcəli hipertoniya xəstəliyi, tromboflebit, osteomelit, qanaxmalar, onkoloji xəstəliklər zamanı etmək olmaz. Bu bir sıra başqa problemlərə yol aça bilər.
Əgər masajı özünüz etmək istəyirsinizsə və bu barətə təcrübəniz yoxdursa, mütləq həkim və mütəxəssislə məsləhətləşin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2189   Tarix: 13 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

geyim seçimi reseptler toy makiyajlari maskalar saç üçün spiral kokeldirmi qrip və soyuqdəymə sellulit kosmetika faydalı məsləhətlər hakistalar uşaq şeirləri damla dovsan