Bir də bu maskaları sınaqdan keçirin
Bir çox meyvə və tərəvəz gözəllik baxımında istifadə olunur. Bunlardan biri də qreypfrutdur. Bu meyvə qırışlar, ləkələr və qara nöqtələrlə mübarizə aparan antioksidanlarla zəngindir. Bəs, ondan necə yararlanmaq olar?
Milli.Az Axşam.az-a istinadən qreypfrutdan istifadə edərək hazırlaya biləcəyiniz maskaları təqdim edir.
1. Dəri üçün maska
Tərkibi:
1/2 qreypfrut şirəsi
1/2 stəkan qatıq
Meyvənin şirəsini qatıqla qarışdırıb təmiz dəriyə çəkin və 10 dəqiqə saxlayın. İlıq su ilə yuyun və nəmləndirici tətbiq edin. Maskadan həftədə bir dəfə istifadə etməyiniz məsləhətdir.
2. Quru dərilər üçün pilinq maskası
Tərkibi:
1/2 qreypfrut şirəsi
1 stəkan şəkər
3 xörək qaşığı üzüm toxumu yağı
Vasitələri qarışdırıb əldə etdiyiniz maskanı üzünüzə çəkin. Maskanı tamamilə istifadə edin, daha sonra yenidən çəkmək üçün saxlamayın. Əgər dəriniz çox qurudursa, 1 damla qreypfrut yağı da əlavə edə bilərsiniz.
3. Yağlı dərilər üçün maska
Tərkibi:
1/2 qreypfrut şirəsi
1 xörək qaşığı bal
1/2 stəkan qarğıdalı unu
Üzünüzə və boynunuza çəkəcəyiniz bu maskanı dəridə 10 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun. Sonda nəmləndiricidən istifadə edin.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Qadınları orqazma çatdıran 7 seks pozası
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
"Yalı çapkını"nın aktrisası Bakıda toyda
Uzak şehir'in aktrisası onunla eşq yaşayır
Məşhur aktyor vəfat etdi
"İflic olacağam və yataqda qalacağam
"Hər həftə bir ev alırdım