Bitki çayları haqqında vacib məsləhətlər

Bitki çayları haqqında vacib məsləhətlərBitki çayları bir çox faydalı xüsusiyyətlərə malikdir, xüsusilə həzm problemlərini yüngülləşdirməkdə effektiv rol oynayır. Ancaq bu məhsuldan istifadə edərkən düzgün növləri seçilməli, uyğun şəkildə dəmlənməli və nəzarətli istehlak olunmalıdır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli qastroenteroloq və fitoterapiya üzrə mütəxəssis Bülent Yaşar xəbərdarlıq edib.
O, bitki çaylarının həm bəzi xəstəlik əlamətlərini yüngülləşdirdiyini, həm də gündəlik sağlamlıq rejiminə müsbət təsir göstərdiyini deyib.
"Həzm sistemi narahatlıqlarının müalicəsində çobanyastığı, nanə və ballınanə (melisa) çayları önə çıxır. Bu çaylarla yanaşı, adaçayı, zəncəfil, cirə və razyana kimi bitkilər də həzmin asanlaşdırılmasına töhfə verir", - deyə o bildirib.
Mütəxəssis bitki çaylarının hazırlanmasında dəmləmə və qaynatma kimi iki əsas üsulun olduğunu qeyd edib:
"Əsasən yarpaq və çiçək hissəsi istifadə olunan bitkilər qaynadıldıqdan sonra soyudulmuş suya əlavə edilərək dəmlənməlidir. Zəncəfil kimi kök bitkilər əvvəlcə su ilə birlikdə qaynadılmalı, sonra süzülərək istehlak edilməlidir".
Onun sözlərinə görə, bitki çaylarını gün ərzində 1-3 stəkan içmək idealdır.
"Daha çox istehlak bitki tərkiblərinə görə orqanizmdə yan təsirlərə səbəb ola bilər", - deyə mütəxəssis vurğulayıb.
O, xüsusilə çobanyastığı çayında diqqət edilməli fərqli növlərin olduğunu vurğulayıb:
"Xalq arasında may çobanyastığı kimi tanınan növü tövsiyə edirik. Təbiətdəki hər çobanyastığı çay kimi istehlak edilə bilməz; yanlış növ istifadəsi allergik reaksiyalara səbəb ola bilər", - deyə o bildirib.
Mütəxəssis bitki çaylarının etibarlı mənbələrdən alınmasının vacib olduğunu qeyd edib.
"İstehlakçılara bitki çaylarını əldə edərkən mənbəyinə diqqət yetirmələrini və mütəxəssis məsləhəti ilə istifadə edilməsini tövsiyə edirik", - deyə o vurğulayıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1547   Tarix: 10 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

turlar.az

sade makiyaj sekilleri kosmetik vasiteler toy gecesi 2026 qadın ayaqqabı modelləri uze qulluq maskalari cümə gününün duası elme aid atalar sozu kosmetika bürclər azerbaycan nağıllar haxisdalar novruza aid hakistalar