Boyalı dırnaqla dəstəmaz almaq olar?

Boyalı dırnaqla dəstəmaz almaq olar?Qadın gözəlliklərindən biri də dırnaqların səliqəli görünüşüdür. Tez-tez manikürə vaxt ayıra bilməyən xanımlar günün dəbi ilə ayaqlaşmağa çalışır, 3-4 həftə boyunca qalıcılığını saxlayan gel, şellak tipli dırnaq boyalarından istifadə edirlər. Əksər dermatoloqlar gel-boya və bu tip manikür növlərinin zərərli olduğunu bildirir. Eyni zamanda qeyd edirlər ki, iki dəfə ardıcıl gel, şellak etdirən xanımlar ən az 3 ay müddətində dırnaqlara istirahət verməlidirlər. Çünki qeyd olunan manikür prosesləri zamanı dırnağın sədəfi zədələnir. Bütün bunlara baxmayaraq, qadınlarımız bu manikür formalarından imtina etmirlər. Hətta namaz qılan, dindar xanımlar da onlara maraq göstərirlər. Gel və şellakın uzun müddət silinmədən dırnaqda saxlandığını nəzərə alanda belə bir sual yaranır: Dırnaqlardakı boya (lak) dəstəmaz almaq və qüsl etməyə mane olur? Bir qadın dırnaqları laklı halda dəstəmaz ala bilər?

Quranda dəstəmazla bağlı ayədə qeyd olunur: "Allah sizə (dəstəmaz və qüslü əmr etməklə) bir çətinlik törətmək istəmir. Ancaq sizi arındırmaq (təmizləmək) və sizə olan nemətini tamamlamaq istəyir".

Bəzi xanımlar isə dırnaqlardan lakın silinməsi prosedurunu çətinlik kimi qiymətləndirir və dırnaqları laklı halda dəstəmaz almaqlarına bəraət qazandırırlar.

Ailem.az bildirir ki, məsələ ilə bağlı modern.az-a danışan Məşədi Dadaş Məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli bunun doğru olmadığını bildirib: "Doğrudur, dəstəmazla bağlı ayə var. Lakin lakın dırnaqdan silinməsi insan üçün çətinlik yaradan bir nüans kimi qiymətləndirilməməlidir. Lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddədir. Dəstəmaz zamanı su bədənə təmas etməlidir, etmirsə, dəstəmaz düzgün deyil".

Hacı Şahin deyib ki, ən yaxşı halda dəstəmaz alıb lak çəkmək olar: "Növbəti namazda isə həmin lak yenə də silinməlidir".

Bu açıqlamaya əsasən, əslində dinin dolayısı ilə dermatoloqları təsdiq etdiyini demək olar.

Maraqlı     Baxılıb: 6751   Tarix: 18 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Azərbaycanlı alim vəfat etdi

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. . O bildiri

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

turlar.az

yemek reseptleri reseptler hamiləlik güllərin mənası şirniyyat reseptləri boyuk qadin dosleri cinsi yaxinliq kosmetika tanisliq xocali novruz haqistalari kökəlmək üçün faydalı məsləhətlər