Böyük-kiçik oynaqlarda ağrı və yeyilmə səbəbi - Osteoartrit nədir?

Böyük-kiçik oynaqlarda ağrı və yeyilmə səbəbi - Osteoartrit nədir?El arasında kirəcləşmə, duzlaşma kimi tanınan osteoartrit, degenerativ artirit və ya degenerativ oynaq xəstəliyi olaraq da adlandırılır. Bu artirit zamanı oynaq qığırdağında aşınma yaranır. Qığırdaq aşındıqca oynaq yükdaşıma, hərəkət kimi funksiyalarını da itirir. Oynağı əmələ gətirən sümüklərin ucları itiləşir və sümük tümüyə sürtünməyə başlayır. Hərəkət ağrılı hal alır və məhdudlaşır. Bütün bu proseslər illərlə olan bir dəyişimdir.
Qığırdağın aşınma səbəbi çox zaman tapılmır. Bu zaman buna birincili, primer osteoartrit deyilir. Bəzən isə osteosrtiritin yaranmasına hər hansı bir xəstəlik səbəb olur, buna ikincili və ya sekonder osteoartirit deyilir.
Birincili osteoartritin səbəblərini tam olaraq bilməsək də amma ikincili osteoartiritin bir səbəbi vardır. Bu səbəb çox vaxt oynaq qığırdağının zədələnməsi və ya həddindən artıq yüklənməsi ilə əlaqəlidir. Ən çox rast gəlinən səbəbləri bunlardır:
Oynaq zədələnmələri: İdman, iş, ev və ya avtoqəza nəticəsində oynaq zədələnməsi və osteoartrit yaranması riski artır.
Təkrarlanan yüklənmələr: Eyni hərəkətlərin davamlı olaraq təkrar edilməsi oynaq qığırdağında aşınmaya gətirib çıxarda bilir. Balerinalarda ayaq biləyi, futbolçularda diz oynağında bu tipli osteoartrit əmələ gələ bilir.
Sümük kənarlarında zədələnmələr: Oynağı əmələ gətirən sümük kənarlarında sınığa və ya təzyiqə bağlı zədələnmələr ola bilərş Bu halda sümük kənarları normal anotomik quruluşunu itirir, nəticədə osteoartrit yaranır.
Sümük xəstəlikləri: Peget kimi xəstəliklər sümüyün sərtliyini azaldır, onlar asanlıqla sına biir. Sümük kənarlarındakı qırıqlar deformasiyaya səbəb olurlar.
Oynaqların həddindən çox yük daşıması: Bədən nə qədər ağırdırsa, diz , bud-çanaq , topuğa düşən yük bir o qədər də artır. Xüsüsilə diz osteoartritində həddindən artıq çəki önəmli bir faktordur. Həddindən artıq yüklənmə zamanla qığırdağın aşınmasına səbəb olur.
Oynaqlarda inkişaf pozğunluğu:Xüsusilə bud-çanaq oynağında anadangəlmə inkişaf anomaliyaları və çıxıqları da osteoartritə səbəb olur.
Osteoartritin əlamətləri
Oynaqlarınızda ağrı və digər şikayətləriniz varsa bunun osteoartrit olduğunu necə bilərsiniz? Bu xəstəlikdə aşağıdakı əlamətlərdən ən azı birinin sizdə olması lazımdır:
Oynaq ağrısı;
Gərginlik və hərəkətlərdə məhdudluq: bu osteoartritin gec əlamətlərindəndir. Nəticədə oynaq donub hərəkətsiz qala bilir;
Oynaqda həssaslıq, istlilik və şişkinlik: Ən çox diz və əl barmaqlarında görülür;
Dizdə xışıltılar, sürtünmə səsləri;
Barmaqlarda sümük böyüməsi: əl barmaqları oynaqlarının kənarlarında əmələ gələn çıxıntılar sümük böyüməsidir. Bu osteoatiritin əlaməti olub və irsi xarakter daşıyır.
Osteoartritin risk faktorları
Osteoartrit çox geniş yayılmış bir xəstəlikdir , lakin hər kəsdə rast gəlinmir. Bəzi insanlar risk daşıyır bəziləri isə yox. Osteoartritin riskləri aşağıdakılardır:
45 yaşdan yuxarı insanlar;
Oynaq travması keçirənlər;
Oynaqda davamlı olaraq təkrarlanan yükləmələr;
Qadınlar kişiərə nisbətən 3 dəfə çox rast gəlinir;
Valideynlərində osteoartrit olanlar;
Piylənmə.
Osteoartritin diaqnostikası:
Fizikal müayinə
Rentgen müayinəsi
MRT
Osteoartritin müalicəsi
Dərman müalicəsi
Müntəzəm müalicəvi idman
Fizioterapiya
Cərrahi müdaxilə
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1407   Tarix: 08 may 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

turlar.az

donlar 2026 geyim şəkilləri toy gecesi asiq döş əmən kişilər heyvanlar hakista xina yaxdi sozleri kosmetika gulmeli hakista baldiz bayraq kahfe falı efsaneler