Brilliant Dadaşova: "Pulsuzluq məni əldən salıb

Brilliant Dadaşova: "Pulsuzluq məni əldən salıbKarantin rejimi ilə bərabər dayandırılmış iş sahələri müğənnilərin də maddi durumuna təsir edib.
Pandemiya ərəfəsində ciddi maddi sıxıntılar yaşayan sənətçilər tez-tez bundan gileylənir, karantinin tezliklə bitməsini arzulayırlar.
Mövzu ilə bağlı danışan Xalq artisti Brilliant Dadaşova sıxıntıları olsa da maddi durumundan şikayətlənməyi sevmədiyini deyib:
"Mən şikayət etməyi sevmirəm, amma sözsüz ki, nəsil böyükdür, bizim də müəyyən çətinliklərimiz olur. Onsuz da hazırda hamı işsizdir, bizim də bəxtimiz elə gətirib ki, bacılarım da musiqiçidir və onlar da işsizdirlər. Hər insanın öz daşıya biləcəyi, həll etməli olduğu problemləri var. İnsanlar gərək başqaları ilə ancaq sevincini bölüşsün. Problemləri bölüşüb gileylənməyi düzgün hesab etmirəm. Əlbəttə ki, hazırda hamıya çətindir, biz istisna ola bilmərik. Bir ildir işləmirik. Amma bu mövzuları çox qabartmaq istəmirən, çünki bunlar el arasında danışılacaq şeylər deyil. Mən şikayət edib, gileylənməyə qalxsam, deyəcəklər ki, hamının problemi var. Allah özü kömək olur, yaşayırıq və yaxşı günləri gözləyirik. Nə qədər çətin olsa da biz ümidliyik".
Xanım sənətçi maddi çətinliyi olsa da vətənpərvər mahnılar yazdırmağa davam etdiyini bildirib:
"Bütün dövlərdə musiqiçilər, şairlər hər zaman öz vətənini, sərkərdəsini, əsgərini vəsf edib. Şükürlər olsun ki, biz artıq qalib xalqıq. Kimlərsə bunu qəbul edir ya yox, amma fakt olduğu kimi qalır. Kim etiraf etmək istəmirsə bu onun öz problemidir. Əsas odur ki, bayrağımız Şuşada, Kəlbəcərdə, Qubadlıda dalğalanır. Kim bunu kiçik qələbə hesab edirsə yanılır, bu böyük qələbədir. Biz neçə illər bunun arzusunda olmuşuq. Bizlər də sənətçi olaraq istəyirik ki, əsgərlərimizə nəğmələr həsr edək. İndiki dövrdə maddi baxımdan bu çətin olsa da, çalışırıq nələrsə edək. Mən hal-hazırda studiyaya gedirəm. Mahnıları aranjeman etmək, bunun üçün də maddi vəsait lazımdır, çətindir. Lakin dövr elə dövrdür ki, biz qalibik və bunu musiqi ilə də qeyd etmək vacibdir. Çünki musiqilər hər zaman qalır, 20-30 il sonra bu musiqilər səslənəcək, dinləyənlər deyəcək ki, 2020-2021-ci illərdə bu mahnılar yazılmışdı, biz qələbə çalmışdıq. Bu baxımdan pulsuzluq, maddi çətinliklər bir qədər məni əldən salıb, çətindir, amma buna baxmayaraq biz mahnılarımızı yazdırmağa davam edirik. Çünki onlar bilməlidir ki, biz onları heç vaxt unutmuruq, musiqilərimizdə yaşadırıq. Bu mahnılar vətənimizə yadigar qalmalıdır. Maddi çətinliklərimiz olsa da, bəstəkarlarımız sağ olsun, hər zaman bizə dəstək olurlar. Məsələn, Faiq Sücədddinov Ali Baş Komandanımıza musiqi həsr etdi, Xanım İsmayılqızı sözlərini yazdı, sonuna dörd bənd də özüm əlavə etdim, sözləri mənə aiddir. F.Sücəddinov musiqini mənə təmənnasız verdi, təkcə aranjemanın xərcini çəkdim".Yenisabah.az /open.az

Şou Biznes     Baxılıb: 2239   Tarix: 12 yanvar 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

.

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

.

Röyanın adından dələduzluq - FOTO

Xalq artisti Röya Ayxanın adından dələduzluq edilib. Müğənninin Hollandiyanın Amsterdam şəhərində konsert verəcəyi ilə bağlı süni intellekt vasitəsilə hazırlanmış saxta afişalar paylaşılıb və həmin elanlar üzərindən bile

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

turlar.az

gelinlikler geymler 2026 qaşların formalari qaragatin faydasi gözəllik və makiyaj dogum cantasinda ne olmalidir qazan kotleti hazirlanmasi kosmetika toy gecesı banan ziyafet geyimleri birlik haqqinda sperma