Brüs Uillis yenidən "Çətin ölüm" filmində… - FOTOLAR
90-cı illərdə Azərbaycanda "Çətin ölüm" ("Крепкий орешек) filmi ilə tanınan Brüs Uillis əvvəlki 5 seriyada olduğu kimi 6-cında da baş rolu ifa edəcək. O, martın əvvəlində verdiyi açıqlamada ssenarini oxumaq üçün Kaliforniyaya gedəcəyini demişdi.
Lakin son xəbərlər ssenarinin üzərində redaktə işlərinin getdiyini göstərir. Belə ki, əsasən qorxu filmləri yazan, "Cadu" filminin ssenaristləri olaraq tanınan Chad və Carey Hayes əkiz qardaşları filmin ssenarisi üzərində işləmək üçün dəvət olunublar.
6-cı seriya "Die Hard: Year One" kimi adlanacaq. Ssenari haqqında detallı məlumat olmasa da, budəfəki seriyanın digərlərindən fərqlənəcəyi deyilir. Brüs Uillisin canlandırdığı cəsur New York polisi John McClane 1970-ci illərdəki halına, sadə bir polis işçisi olduğu vaxtlara gediləcək və bütün hadisələrin başladığı vaxtlar indiki dövrlə birləşdiriləcək. Ssenarinin redakətdən sonra nə qədər dəyişəcəyi ilə bağlı məlumat isə hələ ki, yoxdur.
Qeyd edək ki, 19 martda 63 yaşı olacaq Brüs Uillis bu filmdə ilk dəfə 1988-ci ildə çəkilib. Onun rolunun gəncliyini ifa edəcək aktyor isə hələ məlum deyil, kastinqlər davam edir.











Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin