Bu bürclər kainatda ən yaxşı həyat yoldaşı sayılır

Bu bürclər kainatda ən yaxşı həyat yoldaşı sayılırXanim.az publika.az-a istinadən bildirir ki, astroloqlar bununla bağlı sorğu keçirib. Münəccimlər mövzu ilə əlaqədar zodiak işarələrinə görə yarızarafat, yarı həqiqi maraqlı və çox əyləncəli reytinq hazırlayıb.

12-ci yer Əqrəb

Çox gözəl, çox cəlbedici və çox ağıllı qadın olan Əqrəb bürcləri dünyada ən pis həyat yoldaşıdır. Axı onunla evlənən kişilər özü-özünü qul kimi satır! Şübhəsiz ki, belə qiymətli xanıma xidmət etmək xoş və şərəflidir, amma onun mürəkkəb xarakterinə öyrəşənə qədər saçlarınızı itirəcək, impotent olacaq və təqaüd yaşına çatacaqsınız.

11-ci yer Balıq

Balıqlarla evlənmək evdə pişik saxlamaq kimidir. Çünki ikisindən də eyni dərəcədə "xeyir" gözləmək olar. Balıqlar cəlbedici və xəyali varlıqlardır. Əgər Balıq qadınları yaxşı əhval-ruhiyyədə olarsa, onları əllə axtarmalı olacaqsınız. Hansısa müəmmalı səbəbdən güclü cinsin nümayəndələri bu zodiak işarələrinin fanatik dərəcədə təsiri altına düşürlər. Və kişi hər hansı səbəbdən Balıqla münasibətləri kəsərsə, onların həyatı mənasız və boş olacaq.

10-cu yer Şir

Ən cəsarətli kişilər Şirlər ilə döyüşə gedir. Şir bürcündən olan həyat yoldaşı ən bahalı vitrin əşyası kimidir: ən gözəl bəzək əşyaları, ən yaxşı avtomobillər və başqa dəyərli hədiyyələr onların olmalıdır. Hər şey "vəhşi heyvanın" iştahasından asılıdır. Bürclərin ən vəhşi nümayəndəsi ilə boşanmaq nəzəri cəhətdən mümkündür, lakin praktiki olaraq boşandıqdan sonra bütün qadınlar kişilərə tutqun və solğun surətlərlə görünür. Axı digər gözəllərin qəlbini fəth etmək üçün ciblərində qəpik-quruşları qalmır.

9-cu yer Oxatan

Şeytan arvaddır. Ona lazım olan yeganə şey sənin ölməz ruhundur. Həyat yoldaşına nə desə, həmişə də onun dediyi kimi olacaq. Əgər onun sözündən çıxmağa cürət etsəniz, əbədi olaraq cəhənnəmdə yanmağa hazır olun.

8-ci yer Əkizlər

Ən təhlükəli həyat yoldaşı tipidir. O bilir ki, əri əslində kimdir. Və ondan heç nə gizlətmək mümkün deyil, hətta buna cəhd etməyin! Onun iti baxışları heç nəyi nəzərdən qaçırmır, odur ki, əlinizdəki şirniyyatı dərhal yerinə qoyun. Axı siz onsuz da çox köksünüz.

7-ci yer Qoç

Çox maraqlı həyat yoldaşıdır. O, kişinin həyatında baş verə biləcək ən gözəl hadisədir və Qoçlar özləri bundan 100 faiz əmindir. O, ərini islah etmək üçün sonadək vuruşmalı olacaq. Yeri gəlmişkən bu, sonuncunun xeyrinədir.

6-cı yer Tərəzi

Qadın Tərəziləri belə xarakterizə etmək olar: usta kulinar, gözəl xanım, əla məşuqə. Hər bir kişinin arzusudur, elə deyilmi? Ancaq bu sadalananlar əlahəzrətin kefindən asılıdır. Tərəzilər yalnız əhvalı yaxşı olanda mehriban və qayğıkeş həyat yoldaşı olur. Qalan boş vaxtlarını Tərəzilər qalmaqallara, isterikalara həsr edir və başqasının gününü zəhərə çevirməklə məşğul olur.

5-ci yer Qız

Qız bürcünün nümayəndələri yaxşı dost, silahdaş və gözəl həyat yoldaşıdır. O, belə hesab edir ki, cütlük eyni istiqamətə baxmağa məcburdur. Yeri gəlmişkən o istiqaməti də Qız özü seçəcək, idarəedici tərəf də özü olacaq. Formal olaraq başçı qarşı tərəfdir, amma onlar bütün məsuliyyəti öz üzərinə götürür. Və əgər Qızlar sizin evlilik təklifinizə cavab olaraq "Mən fikirləşərəm" deyirsə, dərhal qaçıb özünüzü diktatorun əlindən xilas edin!

4-cü yer Buğa

Çox şən və o qədər də varlı şəxs deyilsinizsə, onda bu bürcün nümayəndələrilə ailə qurmağa həqiqətən dəyər. O, sizi uğurlu və nüfuzlu kişi etməyənə qədər geri çəkilməyəcək. Şübhəsiz ki, pozitivliyiniz və həyat eşqiniz əvvəlki gücünü itirəcək. Əgər hesab edirsiniz ki, başınıza yüzüncü dəfə dəyən qablar sizə ləzzət edir, onda qıcıqlandırmağa davam edin.

3-cü yer Oğlaq

İdeal kişi ideal qadının əri olmalıdır, hər şey sadədir! Ömür-gün yoldaşı seçimində Oğlaqlar əlverişli variantları nəzərdən keçirir, burada sevgi və vurğunluqdan söhbət gedə bilməz. Və əgər Oğlaq bürcü sizi seçibsə, deməli, ömrünüzün sonunadək bəxtəvərsiniz. Əlbəttə ki, münasibətləri korlamasınız...

2-ci yer Dolça

Fəxri ikinci yeri Dolçalarındır. Bu bürcü həyat yoldaşı kimi belə ifadə etmək olar: Əbədi gənc, daim gülümsəyən, məlahətli və zərif. Belə qadın hər bir kişinin arzusudur. Lakin nadir Dolçaları evliliyə razı salmaq asan olmayacaq, xoşbəxtliyinə qovuşması üçün kişilərdən inadla mübarizə aparmaq lazım gələcək.

1-ci yer Xərçəng

Xərçəng üçün ailə hər şeydən üstündür! Bu bürcün xanımlarından şikayətlənmək günahdır. O, həm ağıllı, həm də gözəl evdar xanımdır. Xərçəng qadınları ərinə böyük məmnuniyyətlə qulluq edir və qohumlarını sevir. Bundan böyük xoşbəxtlik arzulamaq olar? Axı ailə əsasdır. Odur ki, ailə vəzifələrinizi yerinə yetirməyə laqeydlik etməyin, əks halda cavabınızı layiqincə alacaqsınız! Və hansısa Qız bürcü ilə evləndiyinizə görə peşmançılıq çəkmək lazım deyil... Olmaz!

Xəbərlər     Baxılıb: 3731   Tarix: 10 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

qadın geyimi yemek reseptleri geyim şəkilləri nişanlılıq qan qruplari kariyera və iş həyatı keks reseptləri kosmetika haxisda burclər oglan evi bürcler qiz burcu