Bu da Manaf Ağayevin mediadan gizlətdiyi həyat yoldaşı - FOTO
"İlk sevdiyim xanımla evlənmişəm. Həyat yoldaşım heç vaxt efirdə qonaq olmayıb. Bu, həyatı boyu ola bilməz. Oğlanlarım efirdə görünüb, amma xanımım yox. Arvadı çəkmək, mənim haqqımda danışdırmaq nəyə lazımdır? O, ali savadlı, danışıq qabiliyyəti olan biridir. Amma ehtiyac duymuram".
Open.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Ay Zaur" proqramında deyib. Sənətçi efirdə şəxsi həyatından, xanımı və üç övladından söz açıb: "Bir Allah şahiddir ki, ən qorxduğum, yaralı yerim ailəmdir. Onlara demişəm ki, bir şey olsa, mən sizə heç nə etmərəm, özümü öldürərəm. Onları bu yolla qorxuduram. Ona görə də, övladlarımla fəxr edirəm. Üç övladım var, onlar bir manat belə mənə ziyan vurmayıblar. Bakı balaca şəhərdi, hamı bir-birini yaxşı tanıyır. Buna görə mən rahat danışıram. Qızım mənə daha çox bağlıdır, o, mənimlə nəfəs alır".
Qeyd edək ki, sözügedən proqramda M. Ağayevin ilk dəfə toyundan görüntülər yayımlanıb.










Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin