Bu giləmeyvəni 7 gün yeyən 10 il cavanlaşır
İnsanın uzunömürlü olması bir çox amildən asılıdır. Ancaq ən vacibi düzgün qidalanmadır. Düzgün qidalanma isə yalnız təzə meyvə və tərəvəzlərə üstünlük verməklə təmin edilə bilər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, alimlər yeni bir araşdırma nəticəsində qara qarağatın bir neçə faydalı xüsusiyyətini aşkarlayıblar.
Bu giləmeyvənin xüsusilə damar sağlamlığına müsbət təsir etdiyi üzə çıxıb.
"Cəmi 7 gün bu giləmeyvədən yedikdən sonra qan dövranı yaxşılaşır və bədən 10 il cavanlaşır", - deyə professor Mark Villems bildirib.
Onun sözlərinə görə, qara qarağat ekstraktının tərkibindəki maddələr qan təzyiqinin artmasına səbəb olan ürək-damar sisteminin patologiyalarından qoruyur.
"Bu giləmeyvə həm də kalium və linolenik turşunun (GLA) əla mənbəyi hesab olunur. Qara qarağat xüsusilə yüksək təzyiqdən əziyyət çəkənlər üçün olduqca vacib qidadır", - deyə mütəxəssis vurğulayıb.
Milli.Az









Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi