Bu meyvə və tərəvəzlər suyu əvəz edə bilər

Bu meyvə və tərəvəzlər suyu əvəz edə bilərHər gün təxminən 8 stəkan su içmək lazımdır. Həkimlərin sözlərinə görə, su həyat tərzimizə və sağlamlığımıza çox faydalıdır. Beynəlxalq Tibb İnstitutunun araşdırmasına görə, qadınların 2,2, kişilərin isə 3 litr su içməsi onların daha cavan qalmasına kömək edir. Bəzi meyvə və tərəvəzlər də var ki, onlar suyu əvəz edə bilər.
Milli.Az axar.az-a istinadən həmin meyvə tərəvəzlərin siyahısını təqdim edir.
Xiyar. Xiyar tərkibində ən çox su olan tərəvəzdir. Həmçinin, tərkibində C, D və B vitaminləri var. Gün ərzində 3-4 xiyar yeyərək, təbii suya olan tələbatınızı ödəyə bilərsiniz.
Pomidor. Pomidor gündəlik istifadə olunan tərəvəzlər siyahısında ön sıradadır. Tərkibi 94 faiz su olduğu üçün suya olan tələbatı rahatlıqla ödəyə bilir. Həmçinin, tərkibində olan C və E vitaminləri orqanizmə çox faydalıdır.
Ananas. Ananas şirin və dadlı olması ilə yanaşı, suya tələbatı ödəmək üçün möhtəşəm bir meyvədir. Həmçinin, xərçəngə qarşı da çox xeyirlidir.
Cəfəri. Cəfərinin faydalarını saymaqla bitməz. Bu faydalarla yanaşı cəfəri həm də suya tələbatı ödəməkdə çox mükəmməl vasitədir.
Çiyələk. Çiyələk suyu əvəzləmək baxımından ən yaxşı qidalardan biridir. Tərkibində təxminən 92 faiz su var. Həmçinin, antioksidanlar, vitaminlər və minerallarla zəngindir. Bundan əlavə immunitet sistemini gücləndirir və xəstəliklərə qarşı müqavimət göstərir.
Kələm. İstər yaşıl, istərsə də qırmızı kələm insan orqanizminə çox faydalıdır. Yaşıl kələmdə 93 faiz, qırmızı kələmin tərkibində isə 92 faiz su var. Həmçinin, kələm C, D, B vitaminləri, fol turşusu, manqan, maqnezium, fosfor, kalium, dəmir, kalsiumla da zəngindir.
Yemiş. Yemiş vücudunuzda itirilən suyu və immun sisteminizi bərpa etməyə kömək edir. Tərkibində 90 faiz su olduğundan, xüsusilə isti yay aylarında susuzluğunuzu aradan qaldıracaq. Bundan əlavə orqanizminizi A və C vitaminləri ilə təmin edəcək.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1384   Tarix: 30 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Çinlilər oyanandan sonra bunu edirlər

Çində geniş yayılmış sadə bir səhər vərdişi son vaxtlar digər ölkələrdə də maraq doğurur. xəbər verir ki, bir çox çinli günə çox sadə bir addımla başlayır. Oyandıqdan dərhal sonra bir stəkan ilıq su içir. Suyun temperatur

.

Bağırsaqların "düşmən"i olan QİDALAR

Gündəlik rasionumuzda yer alan bəzi adi qidalar bağırsaq funksiyasına mənfi təsir göstərə və müxtəlif xəstəliklərə yol aça bilər. həmin qidaları sizə təqdim edir:. Mədə-bağırsaq traktının işini ilk növbədə emal olunmuş məhsulla

.

Təbiətdə pulsuz yetişən bu möcüzə vücudu başdan-ayağa yeniləyir

Təbiətdə özbaşına yetişən və çox vaxt qiyməti bilinməyən tut müasir tibbin diqqət mərkəzinə düşüb. O, nəinki ürəyi gəncləşdirir, həm də diabetdən sümük əriməsinə qədər bir çox problemə çarə olur.  xəbər verir ki, təbiətd

.

Çərəz yeyərkən "tək bir şərt" var

Qoz-fındıq və digər çərəzlər ürək sağlığından xərçəngə qədər bir çox xəstəliyə qarşı qoruyucu təsiri ilə seçilir.  xəbər verir ki, çərəzlər su tərkibi aşağı, lakin protein, sağlam yağlar, lif, vitaminlər (xüsusilə E vitamini

.

Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur

Axşam yeməyində nə yediyiniz qədər, onu hansı saat aralığında istehlak etdiyiniz də böyük önəm daşıyır. Şam yeməyinin vaxtı qidaların bədənimizə göstərdiyi sağlamlıq təsirlərini müəyyən edir. Mütəxəssislər ideal saat aralıqların

.

Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır

Bəzi gündəlik vərdişlər, xüsusilə yatmazdan əvvəl edilənlər, uzun müddətdə böyrəklərin fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, zərərsiz görünən bəzi davranışlar böyrəklər

.

Xərçəng halları niyə atır? - SƏBƏBLƏR

Ümumdünya Səhiyyə Təşkilatı məlumatına görə, hər il dünyada təxminən 20 milyon yeni xərçəng halı qeydə alınır, 10 milyona yaxın insan isə bu xəstəlik səbəbilə həyatını itirir. . xəbər verir ki, türkiyəli onkoloq Dilşən Çola

.

Limonlu çay içənlər niyə daha uzun ömür sürür? - Mütəxəssislər açıqladı

Son araşdırmalar göstərir ki, gündəlik limonlu çay içmək sağlamlığa ciddi faydalar gətirir və ömrü uzada bilər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, limon C vitamini və flavonoidlər baxımından zəngin bir meyvədir

.

Bu içki kişiləri prostat xərçəngindən qoruyur

Gündə üç stəkan espresso qəhvəsi içmək prostat xərçəngi riskini 50% azaldır.  xəbər verir ki, bu, İtaliyadakı "İstituto Neurologico Mediterraneo Neuromed" tədqiqatçılarının gəldiyi nəticədir. İtalyan alimlərin

turlar.az

reseptler geymler 2026 qadin dunyasi xina ucun hakistalar hamileliyi pozmaq ucun kofe maskasi gozlerin bezenmesi kosmetika muellim seiri mekteb sirniyatlar gözəllik veten haqqinda atalar sozu