Bu qablar xərçəng yaradır - Alimdən qorxunc xəbərdarlıq

Bu qablar xərçəng yaradır - Alimdən qorxunc xəbərdarlıqPlastiklər istifadəsi hər gün bir az daha artan və təbiətdə uzun illər məhv olmayan maddələrdir.

Zaman-zaman onların zərərləri və istifadəsinin məhdudlaşdırılması gündəmə gəlir. Bəs bu maddələrin təbiətə və insanlara zərəri nədir?

Publika.az xəbər verir ki, Türkiyəli onkoloq, professor Gökhan Dəmir bu maddələrin hansı xəstəliklərə səbəb olacağı ilə bağlı suallara cavab verib.

Düzdür, bu gün təbiətdə məhv ola bilən polietilen torbalar istehsal edilir. Lakin onların neçə ilə məhv olacağı ilə bağlı sübutlar yoxdur.

Həkim bildirib ki, Bisfenol A maddəsi plastik və epoksid qətranın hazırlanmasında ən çox istifadə edilən kimyəvi maddədir. Həmçinin bu maddə qida ilə təmasda olan plastik qab, yeməklərin qablaşdırılması üçün istifadə edilən qablar, şüşə qabların metal qapaqlarında istifadə edilə bilər. İnsanların bu maddə ilə birbaşa təmasda olması bəzi narahatlıqlara səbəb olur.

Onkoloqun sözlərinə görə, Amerikada araşdırma aparılaraq 6 yaşdan yuxarı 2517 nəfərin sidiyi təhlil edilib.

"Nümunələrin 93 faizinin tərkibində Bisfenol A maddəsi aşkar edilib. Bu maddənin zərəri ilə bağlı illərdir müzakirə edilir, bu məsələdə iki fərqli fikir var. Bəziləri zərərli, ikinci qisim isə o qədər də zərərli olmadığını deyir. Son illər ABŞ, İngiltərə, Kanada, Avropa Birliyi ölkələri və Norveçdə qadağan edilməsinə də diqqət etməliyik.

Bu maddənin hormonal və toksiki təsiri var. Sinir sistemi, hormonlar və çoxalma orqanlarına mənfi təsir edə bilir. Bununla yanaşı bədəndə şəkərin səviyyəsinə, ürək xəstəliklərinə səbəb ola bilir".

Poliproetilen və polietilen kimi kimyəvi maddələr daha çox torbalar və qablaşdırmalarda istifadə edilir. 1950-ci ildən bu vaxta qədər 8.3 milyard ton plastik istehsal edilib. Bu məhsulun 80 faizi təbiətdə toplanıb, hələ də məhv olmayıb.

Həkim bildirib ki, polikarbonat plastiklər təbiətdə məhv olsalar belə, onlar 5mm–dən kiçik olan parçalar şəklində qalırlar.

"Bu maddələrin qidalarımızda və nəfəs aldığımız havada varlığı təsdiq edilib. Ümumiyyətlə, plastik maddə insan bədəninə daxil olubsa, parçalanmaz, həmişə orada qalar. Bu məhsulların hazırlanmasında istifadə edilən kimyəvi maddələr xərçəngə səbəb ola bilir".

Xəbərlər     Baxılıb: 1390   Tarix: 13 yanvar 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

gozel gorunmek geyim şəkilləri qis geyimləri 2026 illik bürclər seksi geyim kartof maskasi uz ucun vətən haqqında bayatı kosmetika həsən bəy zərdabi oğlan evine aid hakisda ginekoloq hakıştalar vidyolar