Bu qidalar baş, boyun və ağız xərçənginə səbəb olur

Bu qidalar baş, boyun və ağız xərçənginə səbəb olurÇox miqdarda metionin amin turşusu ehtiva edən qidaların zərərli olduğu üzə çıxıb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu qidaların çətin müalicə olunan baş və boyun xərçənginə səbəb olduğu bildirilir.
Cənubi Kaliforniya Universitetinin alimləri amin turşusu metioninlə zəngin olan qidaların, həmçinin ağız və tənəffüs orqanları xərçənginin inkişafına səbəb ola biləcəyini sübuta yetiriblər.
Tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.
Bildirilir ki, aerodiqestiv skuamöz hüceyrəli karsinoma hər il yarım milyondan çox insana təsir edən baş, boyun və tənəffüs yollarının ümumi, aqressiv bədxassəli şişidir. Bu xərçəng növü çox yayılmasına baxmayaraq, onun effektiv müalicə variantları azdır.
Alimlər aşkar ediblər ki, metionin digər xərçəng növləri ilə müqayisədə ağız xərçəngində yüksək konsentrasiyalarda mövcuddur.
Metionin insanların krevetka, yumurta və mal əti də daxil olmaqla, bır sıra qidalardan aldığı amin turşusudur.
Tədqiqat zamanı metionini hüceyrələrə daşıyan membran zülalı olan LAT1 daşıyıcısı bloklanıb və bu, şiş böyüməsinin yavaşlamasına səbəb olub.
Heyvanlarla aparılan təcrübələr göstərib ki, metioninin az olduğu pəhriz adi pəhrizlə müqayisədə şişlərin böyüməsini yarıya qədər azaldır.
Bu pəhriz effektiv ola bilər, çünki xərçəng hüceyrələri metionindən daha çox asılıdır, normal hüceyrələr isə onun çatışmazlığına daha az həssasdırlar.
Gələcək klinik sınaqlarda ağız xərçəngi olan xəstələr üçün aşağı metioninli pəhrizdən istifadənin effektivliyini araşdırılacaq.
Milli.Az

Xəbərlər     Baxılıb: 1231   Tarix: 04 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

maskalar sac duzumleri hamiləlik zirinc faydalari tanışlıq saytları intim kelem tutmasinin hazirlanmasi qadin ehtirasi artiran dermanlar kosmetika atalar sözü webnem tovuzlu faydalı maskalar ginekoloq maska