Bu qidalar sizi tez qocaldır

Bu qidalar sizi tez qocaldırİnsanların qocalması təbii proses olsa da, bəzi qidalar bu prosesi sürətləndirir. Əksər insanlar isə qocalmağı gecikdirmək və daha gənc görünmək üçün əllərindən gələni edirlər. Yaşlanmanın qarşısını aldığı deyilən məhsullar, cavanlaşmaq üçün edilən müxtəlif prosedurlar... Amma bəzi qidalar var ki, onlar insanı tez qocaldır. Düzgün şəkildə qidalanaraq, müəyyən qidaları qəbul etməməyə diqqət edərək daha gənc görünmək mümkündür.
Milli.Az qafqazinfo.az-a istinadən dərini yaşlandıran bəzi qidaları təqdim edirik:
1. Həddindən artıq fast-food və çox qızardılan ət qəbul etmək insanı tez qocaldır.
2. Pendir, kolbasa, cips, kraker kimi məşhur qidalar böyük miqdarda duz ehtiva edir. Həddindən artıq duz istehlakı da bədəninizin susuzlaşmasına səbəb olur. Bu, dərinizin qırışmasına və daha tez qocalmağınıza gətirib çıxarır.
3. Qədərindən artıq şəkər istehlakı bədəninizdə qlikasiya adlanan prosesi sürətləndirir. Bu da dərinizi möhkəm saxlayan və qırışlardan qoruyan kollageni zədələyir. 
4. Alkoqol susuzluğa, yəni su itkisinə səbəb olur. Buna görə də həddindən artıq miqdarda spirt istehlakı qocalmanı sürətləndirir. Bundan başqa alkoqol istehlakı, müxtəlif orqanlara təsir etməklə yanaşı, hüceyrələri zədələyən və dərinin qocalmasına səbəb olan sərbəst radikalların meydana gəlməsini təşviq edir. 
5. Acı və ədviyyatlı qidalar qan damarlarınızı genişləndirdiyi üçün dəridə xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu da dərinizin qızarması, ləkələnməsi və tez qocalması ilə nəticələnir. Ara-sıra ədviyyatlı qidalar qəbul etmək olar, lakin bu cür qidaların tez-tez istifadəsi dərinizdə qabarcıqlara və qalıcı qızartılara səbəb ola bilər.
6. Trans yağ həm ürəyin, həm də dərinin ən böyük düşmənidir. Qızardılmış qidaların, fast-foodların, konservlərin tərkibində trans yağ var və bu da dəri sağlamlığına zərər verir. Trans yağların qəbulu dəridə qırışlar yaradır və vaxtından əvvəl qocaldır.
7. Qazlı içkilər çox vaxt şəkərlə zəngin olur, bu da qan şəkərinin səviyyəsini artırır. Yüksək qan şəkəri zamanla diabetə səbəb olur. Elmi araşdırmalar şəkərli içkilərin qocalmanı sürətləndirə biləcəyini göstərir.
Sağlam bir dəriyə sahib olmaq üçün vitamin və minerallarla zəngin qidalardan istifadə etməyə diqqət edin. Dərinin çoxlu vitaminlərə ehtiyacı var. A, C, E və kimi vitaminlər dəri sağlamlığını qoruyur. Dərinin sağlamlığını qorumaq üçün vücudunuzun hər gün ehtiyac duyduğu qədər su içməyi unutmayın. Su dəri üçün böyük nəm mənbəyidir. Hər gün 8-10 stəkan su içməklə dəri sağlamlığınızı qoruya bilərsiniz.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1794   Tarix: 05 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

makiyaj etmek qaydalari gözəllik məhsulları geyim dəbləri ciyer qovurmasi ilk cinsi əlaqə bayatılar vətən haqqında əllərin tərləməsi kosmetika meseller hakiwda faydalı bilgilər masqalar ekizler