Bu qidaları əsla SOYUDUCUDA SAXLAMAYIN - Əks halda...

Bu qidaları əsla SOYUDUCUDA SAXLAMAYIN - Əks halda...Hər dəfə bazarlıq paketləri ilə birgə mətbəxə girərkən ərzaqları yerbəyer edirik. Bəhs edəcəyimiz məhsulları bilmədən eyni qaydada soyuducunun alışdığımız köşəsinə qoyuruq. Bu isə onların vaxtından tez xarab olmasına, dadını itirməsinə gətirib çıxarır. Ən çox zərər çəkən isə həm büdcəmiz, həm də damaq dadımız olur.
Milli.Az soyuducuya qoyulması qadağan olunan ərzaqların siyahısını təqdim edir.
Yerkökü və kartof
Bu tərəvəzlər soyuq və rütubəti sevmir. Soyuducuda saxlasanız daha tez yumşalıb, sərtliyini itirə bilər. Odur ki, onları sərin və qaranlıq yerdə saxlamaq daha məqsədəuyğundur.
Soğan
Soğanı soyuducuya qoyanların sayı az olsa da, var. Unutmayaq ki, rütubət soğanın birinci və ən böyük düşmənidir. Tərəvəzi qaranlıqda saxlasanız tərkibini daha gec itirər. Çünki işıq onun dadına mənfi təsir edir. Hətta soyuducudan kənarda kartofla soğanı birgə saxlamayın. Kartof öz ətrafında rütubət yaradır ki, bu da soğanın daha tez yumşalmasına səbəb olur.
Sarımsaq
Soyuqdan ən çox qorxan tərəvəz sarımsaqdır. Onu quru və tez-tez havalandırılan yerdə saxlamaq gərəkdir.
Pomidor
Bu tərəvəz istisevəndir. 0-a yaxın temperaturda onlar öz ətrini itirir. Nişastalı tərkib alıb, kəsilmiş kartofu xatırladır. Onu otaq temperaturundan bir az aşağı dərəcədə saxlamaq lazımdır. Bu, otağın hava axını daha çox gələn nöqtəsi ola bilər.
Badımcan
Badımcan və pomidorun tərkibi bənzər olduğundan, o da soyuducunu sevmir. Badımcan soyuducuda daha tez yumşalır və üzərində qara ləkələr yaranır.
Ekzotik meyvələr
Tropik meyvələri otaq temperaturunda, kağıza bükülmüş şəkildə saxlamaq daha məqsədəuyğundur. Soyuq temperaturda onlar, digər ərzaqlar üçün zərərli olan qaz ifraz etməyə başlayırlar.
Banan
Bu meyvənin qabığı soyuducuda daha tez qaralır. Dadında isə dəyişiklik baş vermir.
Alma və armud
Bu meyvələr açıq və bir az da sərin məkanı sevir. Almaları payız fəslində eyvanda qutulara qoyub, saxlaya bilərsiniz ki, ətrafında hava dövr etsin. Soyuqlar başlayan kimi, qutuları evə daşıyın.
Zeytun yağı
Bu yağ soyuducuda daha tez durulaşır və dibində ağ çöküntü yaranır. Bu səbəbdən də, yağın faydalı xüsusiyyətləri azalır. Odur ki, ona da mətbəxin bir rəfində yer ayırın.
Bal
Bal soyuq temperaturda öz müalicəvi xassələrini, həmçinin əsl dadını itirir. Balı otaq temperaturunda saxlamaq lazımdır. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2051   Tarix: 30 mart 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

reseptler yay kolleksiyasi toy gecesi uşaqlara yemək hazırlama qara qaragat yay geyimleri seksual fotolar kosmetika opusme novruz bayramina aid hakisdalar şebnem tovuzlu heyati qogal