Bu xəstəliyi olan qadınlar hamilə qalarsa... - TƏHLÜKƏ

Bu xəstəliyi olan qadınlar hamilə qalarsa... - TƏHLÜKƏHamiləlik normal və təbii bir prosesdir. Bəzi hallarda hamilə olmadan öncə ana namizədinin orqanizmində olan xəstəliklər və ya hamiləlik dövründə ortaya çıxan problemlər müxtəlif risklərin yaranmasına səbəb olur.
Belə hamiləliklərə riskli hamiləlik və ya yüksək riskli hamiləlik deyilir. Riskli və yüksək riskli hamiləliklər bəzi hallarda ananın və ya ana bətnindəki dölün sağlamlığını, hətta həyatını təhlükəyə ata bilər. Riskli və yüksək riskli hamiləliklər mütləq riskli hamiləlik üzrə mütəxəssis (perinatoloq) tərəfindən daha yaxından nəzarət altında olmalıdır.
Riskli hamiləliyə nəzarət normal hamiləliyə nəzarətdən fərqlənir.
Hamiləlik nə vaxt riskli adlanır? Riskli hamiləliyin səbəbləri nədir?
- Əgər ananın yaşı 18-dən aşağı və ya 35-dən yuxarıdırsa;
- Anada təzyiq, qalxanvari vəzi, şəkər, ürək, qaraciyər, birləşdirici toxuma xəstəlikləri, damar və digər orqanlarda hamiləlik dövrünə aid olmayan, hamiləlikdən əvvəl mövcud olan sistem xəstəliklər varsa;
- Ana çox zəif və ya çox kökdürsə;
- Ana və ata arasında qohumluq əlaqəsi varsa;
- Ana hər hansı bir səbəbdən dərman qəbul edirsə (epilepsiya, psixiatrik xəstəliklər və s.);
- Ana siqaret və ya alkoqol qəbul edirsə;
- Ananın anamnezində təkrarlanan düşüklər varsa;
- Qadının əvvəl heç bir sağlamlıq problemi olmadığı halda, hamilə qaldıqdan sonra tamamilə hamiləliklə əlaqədar ortaya çıxan problemi varsa;
Hamilə qadınla əlaqəli hamiləlik dövrü problemləri:
- Hamiləlik diabeti (hamiləlik şəkəri, hestasional diabet);
- Hamiləlik zəhərlənməsi (hamiləliklə əlaqədar yaranan yüksək təzyiq, preeklamsiya, eklampsiya, toksemiya);
- Hamiləlik qanaxmaları (vaginal qanaxma);
- Hamiləlikdə uşaqlıq boynu çatışmazlığı (servikal çatışmazlıq);
- Hamiləlikdə dölyanı mayenin vaxtından qabaq axması (prematur zarların yırtılması);
- Hamiləlikdə vaxtından qabaq doğuş təhlükəsi;
Döllə əlaqəli hamiləlik dövrü problemləri:
- Çoxdöllü və əkiz hamiləliklər;
- Döldə inkişaf ləngiməsi;
- Dölyanı mayenin normadan az olması (oliqohidramnion);
- Dölyanı mayenin normadan çox olması (polihidramnion);
- Rh uyğunsuzluq (Rh Alloimmunizasiya);
-  Döldə inkişaf qüsurları (döl anomaliyaları);
Riskli hamiləliyə nəzarət nə üçün vacibdir?
Bir çox qadının hamiləlik dövrünü hər hansı bir problem olmadan keçirməsinə baxmayaraq, hamiləlik dövründə nə vaxt problemlə qarşılaşa biləcəyini təxmin etmək mümkün deyil. Hətta normal görünən bir hamiləlik dövründə belə, sonradan ciddi problemlərin ortaya çıxa bilmə ehtimalı olduğundan bütün hamiləliklərin mama-ginekoloqun nəzarəti altında olması böyük əhəmiyyət daşıyır. Bu vəziyyətə bir neçə nümunə göstərmək lazım gələrsə:
- Hamilə qalmazdan əvvəl heç bir xəstəliyi olmayan sağlam bir qadın hamilə qalır. Hamiləlik dövrünün 24-cü həftəsində hamiləlik şəkəri (hestasional diabet) ortaya çıxır.
- Hamilə qalmazdan əvvəl heç bir xəstəliyi olmayan sağlam bir qadın hamilə qalır. Hamiləlik dövrünün 28 ilə 30-cu həftəsindən etibarən hamiləlik zəhərlənməsi ortaya çıxır.
- Hamilə qalmazdan əvvəl heç bir xəstəliyi olmayan sağlam bir qadın hamilə qalır. Hamiləlik dövrünün 28 ilə 30-cu həftəsi arasında körpənin inkişafı ilə bağlı problemlər (körpədə inkişaf geriliyi) ortaya çıxır.
- Hamilə qalmazdan əvvəl heç bir xəstəliyi olmayan sağlam bir qadın hamilə qalır. Hamiləlik dövrünün 11 və 14-cü həftəsi arasında ultrasəs müayinəsində körpənin ənsə qalınlığının artdığı aşkarlanır.
- Hamilə qalmazdan əvvəl heç bir xəstəliyi olmayan sağlam bir qadın hamilə qalır. Hamiləlik dövrünün 11 və 14-cü həftəsi arasında edilən ikili testin nəticəsi yüksək çıxır.
- Hamilə qalmazdan əvvəl heç bir xəstəliyi olmayan sağlam bir qadın hamilə qalır. Hamiləlik dövrünün 16 və 20-ci həftəsi arasında aparılan ultrasəs müayinəsində körpədə bir problem (körpənin ürək və böyük damarlarında problemlər, daun sindromu olma ehtimalını düşündürən - sümüklərin qısa olması, bağırsaq exogenliyinin artması, ənsə qalınlığının artması kimi simptomlar və s.) müəyyən edilir.
Yuxarıdakı nümunələrdə olduğu kimi, problemsiz keçən bir hamiləlik dövründə hamiləliyə nəzarət əsnasında döl, ana və ya hamiləlikdən qaynaqlanan bir problem aşkar olunduğu zaman hamiləliyə nəzarət edən həkim perinatoloqla konsultasiya etməlidir.
Bəzi hamiləlilər isə başlanğıcdan etibarən müxtəlif risklər daşıyır və bu risklər ananın və dölün sağlamlığına mənfi təsir göstərir. Bunlara bir neçə nümunə göstərmək lazım gələrsə:
- Şəkərli diabet xəstəliyi olan bir qadın hamilə qalır.
- Təzyiq xəstəliyi olan bir qadın hamilə qalır.
- Qalxanvari vəzi xəstəliyi olan bir qadın hamilə qalır.
- Daha əvvəlki hamiləlikləri təkrarlanan düşüklərlə nəticələnmiş bir qadın hamilə qalır.
Hamiləlik dövrünün əvvəlindən riskli hamiləlik qrupuna daxil olan qadınlarda hamiləlik dövrü risklərinin əvvəlcədən müəyyən edilib, müxtəlif tədbirlərlə xoşa gəlməz halların minimuma endirilməsi çox vacibdir. Bu, ancaq hamiləlik dövrü boyunca perinatoloqlar tərəfindən lazım olan tezlikdə müayinə (riskli hamiləliyə nəzarət) və təfsilatlı  yoxlamaların aparılması ilə mümkün ola bilər.
Riskli hamiləliyə nəzarət necə aparılmalıdır?
Ananın hamiləlikdən əvvəl mövcud olan bəzi xəstəlikləri hamiləlik prosesinə və dölə ciddi şəkildə təsir göstərə bildiyi kimi, hamiləlik də ananın mövcud xəstəliyinin gedişatına və müalicəsinə təsir göstərir. Qadın hamiləliyi planladığı zaman, yəni hamilə qalmazdan əvvəl  ümumi sağlamlıq problemlərinin olması və  dərəcəsi barədə müvafiq sahə həkimi tərəfindən (daxili xəstəliklər, kardiologiya, nefrologiya və s.)  mütləq konsultasiya olunmalıdır.
Ana namizədinin  daha əvvəlki hamiləliklərinin  təkrarlanan düşüklərlə nəticələnməsi səbəbinin məlum olub və ya olmasından asılı olmayaraq mövcud hamiləliyi də riskli hamiləliklər kateqoriyasına daxil edir. Əvvəlki düşüklərin həftəsi, necə olduğu kimi  təfsilatlar və qan analizlərinin köməyi  ilə mövcud  hamiləliyə nəzarət edilir. Çox erkən düşüklərdə xromosom anomaliyaları, hamiləliyin 3-6-cı ayı arasındakı  düşüklərdə uşaqlıq boynu çatışmazlığı, hamiləliyin daha irəliləyən aylarında  doğuşdan əvvəl körpə ölümü hallarında isə ananın və ya körpənin xəstəlikləri araşdırılır.
Şişlərin profilaktikası üçün hamiləlikdən əvvəl və ya başlanğıcında  döşdə kütlə olub-olmadığı,yaxın vaxtlarda bir PAP-smear (uşaqlıq boynundan götürülən sıyrıntı) edilib-edilmədiyi soruşulmalıdır.
Günümüzdə dölün inkişaf anomaliyalarına və dölün xəstəliklərinə doğuşdan əvvəl diaqnoz qoyulması aktuallaşmışdır. Bunun nəticəsi olaraq da artıq ana bətnindəki körpənin müalicəsi əhəmiyyət kəsb edir.
Riskli hamiləliyə kim nəzarət edir?
Yüksək riskli hamiləliyə bir həkimin nəzarət etməsi kifayət deyildir. Bu müxtəlif sahələrdən olan həkimlərin ümumi bilik və təcrübələri ilə həyata keçirilən bir nəzarət formasıdır. Qrupda ginekoloq başda olmaq üzrə  kardioloq, terapevt, həkim-endokrinoloq, diyetoloq, fizioterapevt və oftalmoloq da olur.
Hamilə qalmazdan əvvəl xəstəliyi olan qadınlar ana ola bilərlərmi?
Qadının hamilə qalmazdan əvvəl  mövcud olan yüksək təzyiq, diabet, qalxanvari vəzi, ürək, böyrək, qaraciyər xəstəlikləri hamiləlik dövrü boyunca ağırlaşmaya meyllilik göstərir.  Qadın hamiləliyi planladığı zaman,yəni hamilə qalmazdan əvvəl ümumi sağlamlıq problemlərinin mövcudluğu və ya dərəcəsi barədə müvafiq sahə həkimi tərəfindən (daxili xəstəliklər, kardiologiya, nefrologiya və s.)  konsultasiya olunmalıdır. Sözsüz ki, bu ümumi sağlamlıq problemləri olan bir qadının ana ola bilməyəcəyi demək deyildir. Lakin, hamiləlik dövrünü həm ananın, həm də körpənin sağlam və problemsiz şəkildə keçirə bilməsi üçün hamiləliyə nəzarət, bu sahədə ixtisaslaşmış həkimlər tərəfindən edilməlidir. Hamiləlikdən əvvəl bu xəstəliklərdən hər hansı biri olan hər bir qadın hamilə qalmazdan əvvəl mütləq mütəxəssisə müraciət etməlidir.
Turab Canbaxışov
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1043   Tarix: 18 dekabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Cavanlaşmaq üçün üzü duzla yumağın FAYDALARI

Son illər təbii gözəllik üsulları yenidən populyarlaşıb. -ın məlumatına görə,  xüsusilə üzü duzlu su ilə yumağın dərini cavanlaşdırdığı iddiaları sosial şəbəkələrdə geniş yayılıb. Mütəxəssislər bildirirlər ki, düzgün və ölçül

.

Ən zərərli ət məhsulu bu İMİŞ: Hər gün istifadə edirik

Sağlam qidalanmaya diqqət artdıqca, hansı ət növlərinin daha zərərli olduğu məsələsi də tez-tez araşdırılır. Bir çox insan toyuq və ya hinduşka ətinin sağlamlıq riskləri haqqında məlumat axtarsa ​​da, mütəxəssislər əsl riski

.

İnfarktdan sonra ürəyin bərpası üçün inqilabi kəşf

Alimlər infarktdan sonra ürəyin bərpasına kömək edə biləcək eksperimental inyeksiya hazırlayıblar. Preparatın bir dozası ürəkdə qoruyucu prosesləri bir neçə həftə ərzində dəstəkləyə bilir. xəbər verir ki, bu barədə tədqiqatı

.

Arteriyaları təmizləyən toxum: Necə içək?

Kətan toxumu arteriyalardan xolesterol lövhəsinin təmizlənməsinə kömək edir. -a istinadən xəbər verir ki, mütəxəssislər bu məhsulu arteriyalardakı yağ komponentlərindən, xolesteroldan və kalsiumdan ibarət çöküntüləri təmizləmə

.

Gecə yemək yeyənlərin nəzərinə - Bu xəstəliyə səbəb olur

Reflüks xəstəliyi son illərdə getdikcə daha geniş yayılıb. xəbər verir ki, türkiyəli həkim Mehmet Yalnız bildirib ki, hazırda hər 5 nəfərdən birində bu xəstəliyə rast gəlinir və bu vəziyyət birbaşa həyat tərzi ilə əlaqəlidir

.

Damarları açır, öd kisəsini təmizləyir: Mətbəxinizdəki möcüzəvi ikili

Mətbəximizin ən sadə məhsullarından olan qatıq və kətan toxumu bir araya gəldikdə bədən üçün əsl "təmizlik süpürgəsi" rolunu oynayır. Bu ikili xüsusilə damarların keçiriciliyini artırmaq və öd yollarını safrada

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

aksessuarlar yay geyimləri 2026 gozel gorunmek əqrəb bürcü interyer dizayni morugun faydasi gavali haqqinda kosmetika narin faydasi vətən həsrəti qiz evi xanim.az cantalar