Bu xəstəliyin əlamətlərini infarktla səhv salırlar - Halbuki yoqa ilə sağalda bilərsiniz/ Həkim məsləhəti

Bu xəstəliyin əlamətlərini infarktla səhv salırlar - Halbuki yoqa ilə sağalda bilərsiniz/ Həkim məsləhətiNevralgiya kimi tanınan şiddətli sinir ağrıları bir çox hallarda qəfil meydana çıxır. Çox zaman bu mənşəyi bilinməyən ağrıları lokasiyasına görə digər xəstəlikləin əlamətləri ilə səhv salırlar.

Medicina.az xəbər verir ki, nevralgiya sinir ağrısıdır. Bu zaman yaranan ağrılar çox kəskin, göynədici, deşici, yandırıcı xarakterli olub, xəstənin bütün həyat fəaliyyətinə mane olur.

Ən çox müşahidə olunan nevralgiyalar üçlü sinirin, ənsə sinirin, oturaq sinirin, qabırğa arası sinirlərin nevralgiyasıdır. Bəzən kürək əzələsində yaranan nevralgin ağrıları hətta infarkt əlamətinə bənzədirlər. Bu ağrılar əzələ boyu yayılaraq qollara və boyun nahiyəsinə qədər çatır. Xəstənin hərəkəti məhdudlaşır və nəfəs olması çətinləşır.

Bir çoxları ev şəraitində isti kompreslərin, diklofenak iynəsinin və ağrıkəsicilərin köməyilə ağrıları aradan qaldıraraq sonradan həkimə müraciət etməyə ehtiyac görmürlər.

Bəs görəsən nevralgiya ağrıları hətta öz-özlüyündən keçib getsə belə, müalicəyə üz tutmaq lazımdırmı? Bu ağrılar nədən xəbər verir? Yenidən geri dönməməsi üçün nələrə diqqət yetirilməlidir?

Mövzu ilə bağlı nevroloq Leyla Şahbazova Medicina.az-a açıqlama verib.

O, qəfildən meydana çıxan sinir ağrılarının səbəblərini belə izah edib: "Əzələdə meydana çıxan nevralgiya sinirin əzələ tərəfindən sıxılması nəticəsində yaranır. Qəflətən kəskinləşən ağrılar bəzən bir çox digər xəstəliklərin əlaməti ilə qarışdırıla bilir. Meydana çıxan ağrılar çox kəskin olur. Ağrılar çəkildikdən sonra yenidən geri qayıda və ya ümumiyyətlə bir də təkrarlanmaya bilər. Xəstəliyin hansı səbəbdən əmələ gəlməsini müəyyən etmək üçün ilk növbədə xəstə MRT müayinəsindən keçməlidir. Bu üsul əsasən də digər xəstəlikləri inkar etmək üçün tətbiq edilir. Həmçinin də elektroneyroneoqrafiya aparatından keçmək tələb olunur. Bu üsullarla digər patologiyalar inkar edilərsə, o zaman həkim nevralgiya variantının üstündə durur və müalicəyə başlayır".

Mütəxəssisin sözlərinə görə, bəzən bu tip ağrılar əzələ yırtıqları nəticəsində sinirin sıxılması səbəbindən də yarana bilər: "Nevralgiya müalicə olunan xəstəlikdir. Bu xəstəliyi periodik olaraq vaxtlı vaxtında müalicə etdirmək müsbət nəticə verir.

Bəzən xəstələr özləri bir balaca əzələ ağrısı hiss edən kimi diklofenak iynəsi vurdururlar. Bu iynə iltihab əleyhinə olduğu üçün ağrıları və şişkinliyi aradan qaldıraraq insana kömək edir. Lakin bu, problemi müvəqqəti olaraq həll edir.

Bütün müayinələrdən keçdikdən sonra əgər nevralgiya diaqnozu təsdiqlənərsə, o zaman xəstəyə fizioterapevik prosedurlar tətbiq edilməlidir. Bu prosedurları hər 6 aydan bir təkrarlamaq lazımıdır. Bu prosedurla yanaşı yaxşı olardı ki, xəstələr yoqa təlimləri ilə və üzgüçülüklə məşğul olsunlar. Üzgüçülük və yoqa təlimləri əzələlərin gərginliyini aradan qaldıraraq onları yumuşaldır və sinirlərin rahatlaşmasını təmin edir. Yalnız bu metod bütün nevralgiyalarda tövsiyə olunmur. Bu üsulla yırtığı olan xəstələr də ağrılarından azad ola bilərlər. Həm də bu cür ağrılardan əziyyət çəkən xəstələr iynə dərmandan çox profilaktik qorunma yöntəmlərindən istifadə etməlidirlər. Bu yöntəmlərdən ən gözəli idmandır. İdman növləri içərisində isə insan orqanziminə ən yaxşı və rahatladıcı təsir göstərən yoqadır. Yoqa ilə hətta xəstələr ev şəraitində də məşğul ola bilərlər".

Xəbərlər     Baxılıb: 3659   Tarix: 29 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

hamilelikde qidalanma sac duzumleri geyim və ayaqqabılar şirniyyatların hazırlanması cox yasa prostat gecəliklər kosmetika novruz bayrami sperma dieta zencefil yuxuda qara ilan gormek