"Bu yaxınlarda ana olmuşdu..." - Faciəvi qəzada dünyasını dəyişən Şəhla haqda YENİ FAKTLAR ÜZƏ ÇIXDI
Xəbər verdiyimiz kimi, Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtoqəza baş verib. Quba rayon sakini Paşayeva Şəhla Nadir qızı "KİA" markalı avtomobillə paytaxtdan Abşeron rayonunun Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.
Qəza nəticəsində vəfat edən Paşayeva Şəhla Nadir qızının müğənni olduğu bildirilib. Lakin əldə etdiyimiz məlumata görə həmin xanım müğənni yox, saç ustası işləyib. Bu haqda BiG.AZ-a mərhumun tanışı olduğunu bildirən Fəridə adlı xanım məlumat verib. O bildirib ki, qəzada dünyasını dəyişən Şəhlanın müğənniliklə əlaqəsi yoxdur:
"O, Moskva univermağı deyilən ticarət mərkəzində gözəllik salonunda çalışıb. Saç ustası idi. Ailəli idi, iki övladı var idi. Bu yaxınlarda oğlu dünyaya gəlmişdi. Körpənin hələ bir yaşı tamam olmayıb. Anasına da özü baxırdı. Mətbuatda yazılıb ki, maşını sürərkən içkili olub. Amma bildiyim qədərilə Şəhla içki içən xanım deyildi".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin