BU YEGANƏ ƏRZAQDIR Kİ, VİRUSLARI, BAKTERİYALARI, GÖBƏLƏYİ EYNİ ANDA 100% MƏHV EDİR!

BU YEGANƏ ƏRZAQDIR Kİ, VİRUSLARI, BAKTERİYALARI, GÖBƏLƏYİ EYNİ ANDA 100% MƏHV EDİR!Bütün digər arı məhsulları kimi, bu maddə də çox nadir xüsusiyyətlərinə malikdir.
Propolisi istehsal etmək üçün arılar ağacların tumurcuqlarından damcılarla şirə yığır və bu şirəni öz fermentləri ilə zənginləşdirirlər.
Arı pətəyində bu maddə çox vacib funksiyaları yerinə yetirir. Məhz propolisə görə arı pətəyində olan mühit tam sterildir - orada mikroorqanizmlər (bakteriyalar, viruslar, göbələklər, birhüceyrəlilər və s.), praktik olaraq, yoxdur. Bu alimlərin çoxsaylı tədqiqatları zamanı dəqiq sübut olunub. Arılar propolislə pətəyin çatlarını və şanıları qapayır ki, ora xarici mühitdən zərərli mikroorqanizmlər düşməsin.
Propolis insan orqanizminin bir çox orqan və sistemlərinə müsbət təsir edir. Propolis çox yüksək bakterisid (bakteriyaları öldürən) və iltihabəleyhinə xüsusiyyətlərinə malikdir. Propolis bir çox ziyanlı bakteriyaları və virusları öldürür və ya onların çoxalmasını dayandırır. Bu virus və bakteriyaların arasında - kokklar (streptokokklar, stafilokokklar və s.), qrip və herpes virusları, vərəm çöpü, kandida göbələyi və s.
Propolisi təbii antibiotik adlandırmaq olar. Lakin adi antibiotiklərlə müqayisədə propolisin heç bir yanaşı təsiri yoxdur, propolis orqanizmin öz xeyirli mikroflorasını öldürmür və immunitetin zəiflənməsinə gətirib çıxartmır.
Əksinə olaraq propolis insanın immun sistemini möhkəmləndirir, disbakteriozla mübarizə edir.
Propolis bəzi antibiotiklərlə birlikdə müalicə zamanı istifadə oluna bilər. Bu zaman propolis antibiotiklərin təsirini artırır və eyni zamanda immunitetin zəiflənməsinə və bağırsaqların xeyirli mikroflorasının məhv olmasına imkan vermir.
Tonzilollit (o cümlədən, xroniki tonzillit), bağırsaq infeksiyaları zamanı propolis çox yaxşı müalicəvi təsir edir. Tonzillit zamanı propolis dəmləmələri (1 çay qaşığı propolis + 1 stəkan qaynar su, propolisi dəmləmədən əvvəl sürtgəcdən keçirin) qarqara şəklində istifadə olunur. Bundan əlavə xəstə propolisin kiçik bir tikəsini ağzında çeynəyə və sümürə bilər.
Xroniki tonzillit zamanı propolis çox təsirli profilaktik vasitədir. Xüsusilə bu uşaqlar üçün vacibdir. Xroniki tonzilliti olan insanlar hər axşam uzun müddət ərzində propolislə qarqara edə bilər. Müəyyən müddətdən sonra siz hiss edəcəksiniz ki, xəstəlik sizi artıq narahat etmir.
Bağırsaq infeksiyaları zamanı propolis dəmləməsi daxilə qəbul olunmalıdır. Bunun üçün 1 çay qaşığı propolis 1 stəkan qaynar suda dəmlənilir və gün ərzində kiçik qurtumlarla içilir.
Virus əleyhinə xüsusiyyətlərinə görə propolis herpes, qrip, hepatit, ensefalit və s. virus infeksiyaların müalicəsi və profilaktikası zamanı geniş istifadə olunur.
Propolis orqanizmi toksinlərdən, şlaklardan və s. ziyanlı maddələrdən təmizləyir.
Propolis ağrısızlaşdıran vasitə kimi də istifadə oluna bilər. Bəzi tədqiqatlar sübut edir ki, propolis hətta novokaindən da təsirlidir. Diş ağrısı, boğaz ağrısı zamanı propolisi çox uğurla istifadə etmək olar. Diş ağrısı zamanı ağrıyan dişin üzərinə propolisin kiçik tikəsini qoyun.
Yanıqlar, yaralar, donvurmalar zamanı propolis aplikasiyalar şəklində istifadə olunur - 1 çay qaşığı miqdarında propolisin üzərinə 1 stəkan qaynar su əlavə olunur və 10-15 dəqiqə ərzində vam odda qaynadılır. Steril tənzif dəmləmədə isladılır və yaranın üzərinə qoyulur. Propolis yaraya bakterisid təsir edir, yaranın daha tez sağalmasına kömək edir, yaranın yerində əmələ gələn çapığın daha nazik və gözəgörünməz olmasını təmin edir.
Propolis çətin sağalan yaraların müalicəsində uğurla istifadə olunur.
Propolis mədə-bağırsaq sistemi xəstəlikləri zamanı da istifadə olunur. Qastrit, mədə xorası, kolit və s. xəstəliklər zamanı propolisin müalicəvi təsiri sübut olunub.
Propolis psoriaz xəstəliyi müalicəsi zamanı istifadə olunur.
Elmi tədqiqatların nəticəsində sübut olunub ki, propolis onkoloji xəstəliklərin müalicəsi və xüsusilə profilaktikası zamanı uğurla istifadə oluna bilər. Propolis insanın immun sistemini stimullaşdıraraq xərçəng hüceyrələrin inkişafını ləngidir, sağlam insanlarda tək-tək əmələ gələn xərçəng hüceyrələri məhv edir. Bu səbəbdən bir çox həkimlər 40 yaşından sonra olan insanlara propolisi daxilə qəbul etmək tövsiyə edirlər. Propolisin heç bir yanaşı təsiri yoxdur və bu səbəbdən propolisin su məhlulunu (spirt yox!) uzun müddət, hətta illər ərzində qəbul etmək olar. Bu insanın sağlamlığına yalnız müsbət təsir edə bilər.
saqlamheyat.az

Xəbərlər     Baxılıb: 3375   Tarix: 20 yanvar 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

turlar.az

geyim və ayaqqabılar geyim şəkilləri gozel gorunmek valideyne aid statuslar masaj edirem agardici maskalar resepti kampotlarin hazirlanmasi kosmetika big.az seksler tərəzi bürcü veten haqqinda atalar sozu veten