Bürclərin 4 iyul tarixinə proqnozu

Bürclərin 4 iyul tarixinə proqnozuQOÇ - Mübarək günlərə təsadüf edən bu təqvimdə bacardığınız qədər savab işlər görün. Ətrafınızda olanların rəğbətini qazanmaq gün ərzində başlıca vəzifənizə çevrilməlidir. Hər hansı səfər uğurlu deyil.

BUĞA - İxtiyarınızda olan bu gözəl təqvimdə falçı və ya cadugərlərə üz tutmaqdansa Allaha xoş gedən addımlar atın. Ulduzlar bu gün maddi irəliləyişlə bahəm, maraqlı tanışlıqlardan da xəbər verir.

ƏKİZLƏR - Əsas gücünüzü sevgi amilinə yönəldin. Çünki qarşı tərəflə aranızda ciddi anlaşılmazlıqlar var. Ulduzlar səmimi və mehriban olmağı tövsiyə edir. Uzaq səfərə hazırlaşmağa dəyər.

XƏRÇƏNG - Göy qübbəsi nahara qədər müəyyən gərginliklə üzləşəcəyinizi bildirir. Yaxşı olar ki, həmin vaxt təmkin göstərib adi işlərlə məşğul olasınız. Sonrakı ərəfə isə çox uğurludur.

ŞİR - Ailə-sevgi münasibətlərində olan gərginlik tədricən qaydasına düşəcək. Artıq ünsiyyətdə olduğunuz hər kəs sizi anlamağa başlayacaq. Fəaliyyət zəminində riskli və təhlükəli addım atmayın.

QIZ – Xarakterinizə münasib olmayan mənfi enerjili Ay 14:42-ə qədər bürcünüzdə qərar tutsa da, bu gün sizə əlavə enerji verəcək. İstənilən söhbətdə ədalət prinsiplərini qoruyun. Axşama doğru şübhəli qidalardan qaçın.

TƏRƏZİ - Yarımçıq işlərinizi yekunlaşdırmaq üçün daxili potensialınız artacaq. Bu istiqamətdə sizə dəstək verənlər də olacaq. Heç də hamıya şübhə ilə yanaşmayın. Şəxsi büdcənizi qoruyun.

ƏQRƏB - İradənizə hakim kəsilib dinə zidd hərəkətlərə yol verməyin. Bununla siz ürəyinizdə olan saf arzularınızın gerçəkləşməsini sürətləndirə bilərsiniz. Nahardan sonra səfərə çıxmaq olar.

OXATAN - Fəaliyyət müstəvisində çox uğurlu vaxtdır. Aldığınız hər bir təklifə müsbət yanaşın. Bütün mənbələr maddi durumunuzda irəliləyişlər olacağını göstərir. Münasibətlərə fikir verin.

OĞLAQ – Proqnozlara görə bu gün hava çox isti olacaq. Bu səbəbdən də günün ilk yarısını daha çox istirahətə həsr etməlisiniz. Sonrakı müddətdə isə iyul planlarınızı bir daha götür-qoy edin.

SUTÖKƏN – Başqalarının şəxsi işinə qarışmaq, dedi-qoduya əhəmiyyət vermək, riskli pul yatırımları etmək sizi təhlükəyə ata bilər. Ulduzlar fəaliyyətdə və ünsiyyətdə hər şeyin ürəyinizcə olacağını bildirir.

BALIQLAR - Yaxşı olar ki, bu gün kiməsə yalan vədlər verməyəsiniz. Günün ikinci yarısında sizə ehtiyacı olan yaxınlarınıza baş çəkməyə çalışın. Büdcənizdə artım da gözlənilir.

Maraqlı     Baxılıb: 2133   Tarix: 04 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

turlar.az

aksessuarlar yay geyimləri 2026 hamiləlik türk şirniyyatları dirnaqlara qulluq maskalari gündəlik bürclər qizi ehtiraslandiran sozler kosmetika veten haqqinda bayati vətən haqqında atalar sözləri efsane nağıllar dostluq