100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
"İlk implantları yaxın aylarda yerləşdirəcəyik".
İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir.
Milli.Az xəbər verir ki, "Blindsight" adlanan layihənin əsas məqsədi vizual məlumatları birbaşa beyinə ötürməklə görmə hissi yaratmaqdır.
Maskın açıqlamasına görə, texnologiyanın gələcəkdə anadangəlmə tam görmə məhdudiyyəti olan şəxslərə də müəyyən səviyyədə görmə imkanı yaratması hədəflənir. Bunun üçün cihazın gözlərdən və görmə sinirindən istifadə etmədən beynin görmə ilə bağlı hissəsinə siqnallar ötürməsi nəzərdə tutulur.
"Blindsight" implantının beynin görmə korteksinə yerləşdirilməsi planlaşdırılır. Sistem xarici mühitdən əldə olunan görüntüləri elektrik siqnallarına çevirərək birbaşa beyinə göndərməyə çalışacaq. Beləliklə, göz və optik sinir işləmədiyi hallarda belə vizual qavrayışın yaradılması araşdırılır.
Layihənin ilkin mərhələsində sınaqlar heyvanlar üzərində aparılıb. Mask daha əvvəl ilk görüntülərin keyfiyyətinin olduqca aşağı ola biləcəyini, hətta köhnə videooyunların qrafikasını xatırlada biləcəyini bildirmişdi. Daha sonrakı mərhələlərdə isə görüntü keyfiyyətinin artırılması hədəflənir.
Qeyd edək ki, "Blindsight" hazırda korluğu aradan qaldıran təsdiqlənmiş müalicə üsulu deyil. ABŞ Qida və Dərman Administrasiyasının (FDA) layihəyə "Breakthrough Device" statusu verməsi də onun effektivliyinin artıq sübut edildiyi anlamına gəlmir. İnsanlar üzərində aparılacaq klinik sınaqlar texnologiyanın təhlükəsizliyi və real imkanlarının qiymətləndirilməsi baxımından əsas mərhələ olacaq.
Maskın sözlərinə görə, bu texnologiya uğurlu alınarsa, görmə qabiliyyətini itirmiş insanlar üçün tamamilə yeni imkanlar yarada bilər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin