Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaqÖlkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamına əsasən, nazirliyin tabeliyində olan bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılması nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
Bildirilib ki, elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən, institutlararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji sənəd olan Sərəncam əsasında oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq.
"Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq. Bəzi elmi-tədqiqat institutları isə regionlarda fəaliyyət göstərən dövlət universitetlərinin tabeliyinə veriləcək ki, bu da elm və təhsilin inteqrasiyasını daha da gücləndirilməsinə xidmət edəcək. Əlavə olaraq, artıq fəaliyyət effektivliyi zəif olan bəzi elmi-istehsalat birliklərinin fəaliyyətinə xitam veriləcək.
İslahat xarakteri daşıyan Sərəncam çərçivəsində əməkdaşların sosial rifahı, həyat səviyyəsi və elmi yaradıcılığı üçün daha yaxşı şəraitin yaradılması əsas prioritetlərdəndir. Burada əsas məqsəd elmi müəssisələrin fəaliyyətinin effektivliyini artırmaq, dövlət büdcəsindən səmərəli istifadəni təmin etmək, idarəetməni sadələşdirmək və alimlərin əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsini həyata keçirməkdir. Eyni zamanda gənc alimlərin və tədqiqatçıların dəstəklənməsi, regionlarda elmi potensialın artırılması, təhsillə elmin sintezinin gücləndirilməsi islahatın əsas hədəfləri sırasındadır", - nazirlikdən qeyd edilib.
Bildirilib ki, struktur dəyişiklikləri tədqiqat mühitinin təkmilləşdirilməsinə, elmi nəticələrin tətbiqyönümlü olmasına və beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə imkan verəcək:
"Müəssisələrin publik-hüquqi şəxs statusunda yaradılması nəticəsində alternativ maliyyələşmə mexanizmlərinin istifadəsinə şərait yaradılacaq, elmi resurslardan daha səmərəli istifadə ediləcək, gənc tədqiqatçılar üçün daha əlçatan və müasir infrastruktur formalaşacaq, həmçinin elmin cəmiyyətlə daha yaxından inteqrasiyası təmin olunacaq.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Sərəncamdan irəli gələn məsələlərin icrasının təmin edilməsi, yeni institutların fəaliyyətinin düzgün təşkili və elmi mühitin daha da inkişaf etdirilməsi üçün bütün zəruri addımları atacaq".
Milli.Az

Maraqlı     Baxılıb: 8918   Tarix: 07 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlı alim vəfat etdi

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. . O bildiri

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

turlar.az

toy makiyaji sekilleri donlar 2026 geyim necə seçməli sevgi ləkələr qısa saç düzümləri peçenye reseptləri kosmetika uzeyir hacibeyli aybawi insan qz eviyçun hakışta dieta