Bürclərin toy xəyalları

Bürclərin toy xəyallarıQoç
Qoç qadını əyləncə, dəlilik, həyəcan istər... Toyun da ən az həyatı qədər həyəcan verici olması və ayaqlarını yerdən kəsməsi lazımdır.
Xəyalındakı bal ayı: Afrikada lüks bir Safari və ya alverdən uzaq olmayan bir qumlu tətili.
Toy hədiyyəsi: Qoç qadınına əsla bir tava hədiyyə etmə cəsarəti göstərməyin! Alt paltar, gecəlik kimi əyləncəli alternativlər xoşuna gələr.
Həyat yoldaşı kimi Qoç: Əgər ortada hər şeyi edə bilən bir super qadın varsa, bu bir qoç qadınıdır. Çox vaxt meydan oxumağı və mübarizə etməyi sevər.
Sizi nə gözləyir: Yeni evinə dərhal alışar. Eşqi dərin və ehtiraslı bir şəkildə yaşar. Bir ailə qurduğu şüurunu daşıyar; bu səbəbdən pul artıq əhəmiyyətlidir.

Buğa
Buğa qadını qaranlıq, şamlarla və çiçəklərlə bəzəkli bir mühit, təbii bir az da romantizm olan bir yerdə evlənmək istər.
Xəyalındakı bal ayı: Okeanda açılan lüks bir gəmi səyahəti və ya texnologiyadan uzaq bir mağarada bal ayını keçirmək istər.
Toy hədiyyəsi: Buğa qadınları yaxşı təchiz olunmuş mətbəxlərdən xoşlanırlar. Buna görə ona toy hədiyyəsi olaraq hər şeydən iki dənə alın.
Həyat yoldaşı kimi Buğa: Hər şeydən əvvəl Buğa qadınları özlərini etibarda hiss etmək istəyərlər. Əgər mali olaraq bu güvən təmin edilsə, özü bunu hiss edəcək və geri qalan işlərlə maraqlanacaq. Lakin bu Buğa qadının pul qazanmayacağı mənasını verməməlidir.

Əkizlər
Musiqisi, rəqsi və egzotik kokteylləriylə adından danışdıracaq tam bir parti şəklində toy istər.
Xəyalındakı bal ayı: Bir Əkizlər qadını üçün harada olduğundan çox, nə qədər rahat olduğu əhəmiyyətlidir. Bu səbəbdən, rahat olacağı, xidmətdə qüsur edilməyən lüks bir tətil şəhərciyi onun bal ayı xəyalıdır.
Toy hədiyyəsi: Toy hədiyyəsi olaraq rəqəmsal kamera və ya fotoaparat ala bilərsiniz.
Sizi nə gözləyir: Əkizlər, digər bürclərin arasında ən kozmopolitan olanıdır. Sizi ehtiyacınız olan bütün əhəmiyyətli insanlarla tanış edə bilər. Ayrıca, möcüzəli bir dostdur. Sirr saxlayar və əlindən gəldiyi qədər köməkçi olmağa çalışar. Həll mərkəzidir.

Xərçəng
Xərçəng qadını ənənəvi olanı sevər. Bir yaz toyu tam xərçəng qadınına görədir.
Xəyalındakı bal ayı: Gözəl bir adada, çəhrayı villada ürək şəklindəki yataqlar Xərçənglərin ürəklərini istilədəcək bir bal ayı xəyalıdır.
Toy hədiyyəsi: Xərçəng qadınına toy hədiyyəsi olaraq yumşaq ağ kətan paltarlar, incə işlənmiş süfrələr, süfrə dəsti, kristal şərab stəkanları ala bilərsiniz.
Sizi nə gözləyir: Əgər bir Xərçəng qadınına aidsinizsə bu onun həyatıdır. Rədd edilməyi bilməz və həyatından getməməniz üçün önünüzə bütün maneələri qoyar. Əgər özünüzü yalnız hiss edirsinizsə sizdən istiliyini əsirgəməz və qollarının arasına alar.

Şir
Əvvəlcə medianı bu toydan xəbərdar etmək lazımdır! Daha sonra yaxşı bir qonaq siyahısıyla gözəl bir nümayiş hazırlanmalıdır. Yeməkli dəbdəbəli toylardan həzz duyar.
Xəyalındakı bal ayı: Şir qadınının bal ayı xəyalı yalnız dəli bir romantika deyil, eyni zamanda comərddir də... Romantik və lüks bir tətil şəhərciyi, Şir qadınını xoşbəxt etmək üçün kifayətdir.
Toy hədiyyəsi: Tibetdən əl işləməli qızıl büt və ya ağac evdə yaşayan kiçik yetim bir uşağın etdiyi incə işləməli aksesuarlar toy hədiyyəsi üçün idealdır.
Sizi nə gözləyir: Qəfəsə həbs edilmiş bir şirin hirsli və hiyləgər baxışlarıyla qarşılaşdınızmı heç? Əgər Şir qadınına sərhədlər çəkməyə çalışsanız, bu baxışla qarşılaşacaqsınız deməkdir.

Qız
Gerçək budur ki bir Qız bürcü üçün heç bir şey kifayət qədər mükəmməl deyil. Ancaq sadə bir toyla, səhv etmə ehtimalı azala bilər.
Xəyalındakı bal ayı: Qız qadını bal ayını 5 yaşından bəri düşündüyü üçün tövsiyə vermək mənasız olacaq.
Toy hədiyyəsi: İstər inanın, istər inanmayın lakin Qız qadını toy hədiyyəsi olaraq bir ot biçmə maşını belə alsanız xoşbəxt olacaq. Praktik əşyalar alın, dəbdəbəli məhsullardan uzaq durun.
Sizi nə gözləyir: Mükəmməliyyətçi və ağıllıdır. Üstəlik bu xüsusiyyəti ilə özünü ərinə daha çox sevdirər. Corablarınızı rənglərinə görə ayırar lakin eyni zamanda həyasız, müstəqil, qabiliyyətli və hiyləgərdir.

Tərəzi
15 adamın qonaq olduğu sahil qəsəbəsində reallaşan sakit, isti və səmimi bir toy...
Xəyalındakı bal ayı: İtalyan tərzi evlərdə şampanlı qəhvəaltıyla keçirilən bir bal ayı Tərəzi qadınına görədir.
Toy hədiyyəsi: Tərəzi qadınına toy hədiyyəsi olaraq çiçək və ya təbrik kartı göndərin. Hədiyyə yerinə hər hansı bir xeyriyyə işi görüb onu da bundan xəbərdar edə bilərsiniz.
Sizi nə gözləyir: Tərəzi qadını bir dəfə sizinlə maraqlanmağa qərar verdisə, layiq olduğunuzdan daha nəzakətli olar. Evin büdcəsi və pulun necə qazanıldığıyla maraqlanmaz.

Oxatan
Rəsmi mərasimlər oxatan qadınlarına görə deyil. Böyük bir parti təşkil edilə bilər.
Xəyalındakı bal ayı: Oxatan qadınının bal ayı xəyalı dırmaşa biləcəyi bir dağ və ya birlikdə üzə biləcəyi bir delfinin olduğu yerdir. Çətini və orijinalı sevər.
Toy hədiyyəsi: Oxatan qadınına toy hədiyyəsinin nə olacağı əhəmiyyətli deyil. Əhəmiyyətli olan sevgi ilə verilməsidir... Ağlınıza bir şey gəlmədisə, oyuncaq heyvan və ya bir idman əşyası ola bilər.
Sizi nə gözləyir: Əgər ürəyinizdə və ya sol qıçınızda bir yara varsa, Oxatan qadını bu yaranı ustalıqla sağaldar. Dürüst, isti, köməksevər və məntiqli bir şəxsiyyətdir.

Əqrəb
Bir Əqrəb qadını toyunu instinktlərini paylaşmaq və özünü daha yaxşı təyin etmək üçün bir fürsət olaraq görər.
Xəyalındakı bal ayı: Duş, yataq, qara döşəklər... Yanında həyat yoldaşı olduğu müddətcə bal ayında harada olduğunun fərqinə varmaz belə...
Toy hədiyyəsi: Əqrəb qadınına toy hədiyyəsi olaraq maraqlı, həyəcan verici bir hədiyyə verin. Məsələn 2 saatlıq bir masaj müalicəsi.
Sizi nə gözləyir: Əqrəb qadını bir dəfə işığını sizə çevirdisə gözlərin qamaşa bilər. Asılı olmamaq söz mövzusu belə deyil. Lakin əgər həyatda qalmaq istəyirsinizsə, ən pis xasiyyəti mərhəmətsizlik olan Əqrəb qadınını əsla kiçik hesab etməyin

Oğlaq
Sadə, mühafizəkar və ruhani bir toy. Oğlaq qadını, köhnə adətlərə möhkəm bağlıdır.
Xəyalındakı bal ayı: Oğlaq qadınının bal ayı xəyalı gözəl, yaşıllıqla dolu, səssiz və dənizə yaxın olan hər hansı bir yerdir.
Toy hədiyyəsi: Oğlaq qadınını xoşbəxt etmək istəyirsinizsə, mütləq gümüşçüyə uğrayın. Dəbdəbəli olmadıqdan sonra huşunu itirəcək!
Sizi nə gözləyir: Bir Oğlaq qadını evdə təmizlik etmək yerinə yaxşı bir şirkətdə idarəçi olar. Əgər evlənməyə qərar vermişsə də bu vəziyyət ailə həyatında da dəyişməz və mütləq evdə lider mövqesini boynuna götürər.

Dolça
Fərqli və inqilabçı bir toy istər Dolça qadını. Bəlkə bir sirk çadırında və ya boş bir üzmə hovuzunda...
Xəyalındakı bal ayı: Dolça qadınının bal ayı xəyalı həyat yoldaşına bağlıdır. Həyat yoldaşı nə etmək istəsə onu edəcək; qətiliklə bu mövzuyla maraqlanmadığı üçün deyil, hər mövzu marağını çəkdiyi üçün!
Toy hədiyyəsi: Dolça qadınına yeni çıxan bir kitab, veb dizaynı və ya maraqlı dizaynlı cib telefonlarını toy hədiyyəsi olaraq ala bilərsiniz. Texnologiya Dolça qadının ən böyük maraq sahələrindən biridir.
Sizi nə gözləyir: Bir dəfə evliliyə və analığa təslim olmuş olsa da, hər vaxt sirrli bir tərəfi olacaq. Bunun yanında möcüzə bir yoldaş və partner olmaqla birlikdə yaradıcılığı da ev mühitini rəngləndirəcək.

Balıq
Şeirlərin oxunduğu, rəngli çələnglərin qəbul edildiyi romantik bir toy Balıq qadının xəyalıdır.
Xəyalındakı bal ayı: Küləkdə uçuşan saçlarının həyat yoldaşı tərəfindən oxşanıldığı, bir-birlərinə öpüşlər göndərdikləri ən az toy qədər romantik bir bal ayı. Balıq qadını üçün bal ayı ehtiraslı bir eşqdir...
Toy hədiyyəsi: Balıq qadını praktikdir və praktik bir qadın hər vaxt istifadə edə biləcəyi hədiyyələr almağı sevər. Bir səyahət çantası mükəmməl olacaq.
Sizi nə gözləyir: Hər şeyiylə həyat yoldaşının yanında olacaq başqa bir qadın daha yoxdur ehtimalla. Balıq qadını həyat yoldaşıyla hər mövzuda maraqlanar; onun problemlərini dinlər və çox vaxt faydalı tövsiyələr verər. Lakin mətbəxlə arası çox yaxşı deyil.

Maraqlı     Baxılıb: 3299   Tarix: 31 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlı şagirdlər ABŞ-da üzümüzü ağ etdilər - FOTO

ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri olan Yale Universitetində keçirilən "The World Scholars Cup" beynəlxalq bilik olimpiadasında iştirak edən Oksbric Akademiyasının azərbaycanlı şagirdləri 2 qızıl, 15 gümü

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Təhsil kurslarının YENİ FIRILDAĞI – Müştəri toplamaq üçün bu yola da ƏL ATIRLAR

Günü-gündən sayı artan hazırlıq kursları bəzən insanları "tələyə" salır. Reklam vasitəsilə peşəkar fəaliyyət və təcrübəli müəlim heyətinin olduğunu qyed edən "kurslar" müştəri topladıqdan sonra əsl üzlərin

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Müəllim və direktorlara ŞAD XƏBƏR

2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsai

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

turlar.az

geyim və ayaqqabılar geyim necə seçməli yay geyimləri 2026 hüquqşünas qidalanma qaydaları şaftalının xeyri hicab baglamaq usullari kosmetika atalar sozu novruza aid hakistalar xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır xeyanet atalar sözü