"Burnu dik, özündən razı xanımdır" - Sərxan Təranə Qumrala "dərs" keçdi - VİDEO
"Nazənin xanımı çox gözəl tanıyıram. Qarşı tərəfi kaş tanımaz olardım. Hər ikisinə bildirmək istəyirəm ki, bu düz deyil. Davanız varsa da özünüz etməlisiniz və sənətlə etməlisiniz. Nazənin xanımla 20 ildir ki, dostluq edirəm. Özü də onu mənə təqdim edən Niyaməddin Musayev olub".
BAKU.WS-in məlumatına görə, bu sözləri Sərxan Kərəmoğlu ARB TV-nin "Günə son" proqramında Nazənin və Təranə Qumral davası haqqında danışarkən bildirib.
Sənətçi həmçinin bildirib ki, bu davaya son vermək lazımdır:
"İnsan mahnısı bitəndə yarımsaat neynim-neynim deyir və ya gündəmdə belə şeylər edirlər. Mən də zamanında əjdahalarla qarşı-qarşıya gəlmişəm. Üzr istəməlisənsə üzr istəmək lazımdır. Demək ki, qarşı tərəfə gündəm lazımdır. Türkiyədən gəlib bu məsələni eşitdim. İllərdir ki, bu dava gedir. Yarışmaya qatılana qədər Nazənin xanımı təqsirli bilmişəm. Çünki demişəm ki, sən çox savadlı bir adamsan, niyə belə söhbətlərin içindəsən. Ağlaya-ağlaya mənə, yoldaşıma dəfələrlə zəng edib ki, bax, mən susub oturmuşam yerimdə. Hər zaman ona söz atılır".
Sərxan, sonda hər ikisinə məsləhət də verib:
"Bundan sonraya dur demək lazımdır. Bu günə qədər Nazənin qarşı tərəfin övladının adını ağzına almayıb. Qarşı tərəf biraz burnu dik, özündən razı bir xanımdır. Hər zaman elə olsun, toyları çox olsun ki, Nazənin də onu yadından çıxartsın".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin