"Bütün azərbaycanlılardan üzr istəyirəm" - Astan Şahverdiyev

"Bütün azərbaycanlılardan üzr istəyirəm" - Astan ŞahverdiyevMilli Məclisin deputatı Astan Şahverdiyev böyük ictimai rezonansa səbəb olan açıqlamasına görə, Azərbaycan xalqından üzr istəyib.

Bu haqda danışan deputat səhvini anladığını vurğulayıb:

"Mən Astan Şahverdiyev, 24 dekabr 2016-cı ildə "Azadlıq radiosu"na verdiyim açıqlama və müxtəlif saytlarda yerləşdirilmiş materiallarda göstərilən məsələlərlə bağlı səhvimi başa düşürəm. Ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqımdan üzr istəyirəm".

Deputat bunun məsələ ilə bağlı sonuncu açıqlaması olduğunu bildirib:

"İki gün ərzində özümün, ailə üzvlərimin telefonuna çox sayda zənglər, mesajlar gəlib. Mesajlar o qədər çoxdur ki, yenilərini qəbul edə bilmir. Orada ağıza alınmayacaq təhqirlər yazılıb. Mən məsələnin bu yerə qədər çatmasına təəssüf edirəm. Bu mənim məsələ ilə bağlı sonuncu açıqlamamdır. Xalqımdan üzr istəyirəm, onların böyüklüyünə sığınıram.".

Qeyd edək ki, dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb 20 min nəfərdək cəbrayıllı köçkünün yaşadığı 11 qəsəbəyə verilən elektrik enerjisinin tez-tez kəsilməsi olub. Əraziyə gətirilən polis qüvvələri ilə vətəndaşlar arasında qarşıdurma baş verib. Hadisə zamanı xəsarət alanlarla yanaşı 3 nəfər məcburi köçkün həbs olunub. Onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.

Dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə "Azərişıq" ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb.

Görüşdən sonra "Azadlıq" radiosuna müsahibəsində deputat Astan Şahverdiyev aksiyada saxlanılanlar haqda, eləcə də Rusiyaya işləməyə gedən bəzi azərbaycanlılar barədə danışarkən xoşagəlməz ifadələr işlətmişdi.

///Modern.az

Xəbərlər     Baxılıb: 1885   Tarix: 27 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bir ay hər gün limonlu su içsəniz nə olar?

Son illərdə sağlam həyat trendləri arasında populyarlığını artıran limonlu su sadə, lakin təsirli bir vərdiş olaraq diqqət çəkir.Xüsusilə səhərlər ac qarına istehlak edildikdə, bir ay nizamlı olaraq istehlak edildikdə limonl

.

Uzunömürlü olmaq üçün ideal çəki açıqlandı

Son dövrün məlumatlarına əsasən, bədən kütlə indeksi (BKİ) insan ömrünün uzunluğunu proqnozlaşdırmaqda mühüm rol oynayır. xəbər verir ki, rusiyalı mütəxəssis Olqa Romaşina "Veçernyaya Moskva" nəşrinə verdiyi müsahibəd

.

Botoksla bağlı sos: İflic əlamətləri ilə xəstəxanalıq oldular

İngiltərədə botoks etdirən azı 14 nəfər danışıq çətinliyi, udqunma problemi və görmə pozuntuları kimi ciddi nevroloji əlamətlərlə xəstəxanaya yerləşdirilib. . xəbər verir ki, mütəxəssislər bu halların ölümcül nəticələrə səbə

.

Bəzi xiyarlar niyə acı dadır?

Xiyarın bəzən acı dad verməsi bir çox insanı narahat edir. Mütəxəssislər bu halın əsas səbəbinin xiyarın tərkibindəki "kukurbitasin" adlı maddə olduğunu bildirirlər. xəbər verir ki, bu maddə xiyarın xüsusilə uc

.

Moruqla arıqlaya bilərsiniz

Tərkibindəki bir çox vitamin sayəsində immuniteti gücləndirən moruq eyni zamanda artıq çəkidən əziyyət çəkən insanların da ən yaxşı köməkçisidir. xəbər verir ki, 3 gün boyunca edəcəyiniz pəhrizlə 2-4 kiloqramadək çəki itir

.

Bu meyvə şirələrini almayın! – Təhlükə aşkarlandı

Qida təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran hadisə qeydə alınıb. xəbər verir ki, Hollandiyanın tanınmış "Hero" brendinə məxsus bəzi alma şirələrində kofein aşkarlandığına görə, məhsulun satışdan yığışdırılmasın

.

Tez-tez kabus görmək insanı vaxtından tez qocaldır

Yeni elmi araşdırma tez-tez kabus görən insanların daha tez yaşlandığını və 70 yaşına çatmadan ölüm riskinin üç dəfə artdığını üzə çıxarıb. xəbər verir ki, bu nəticəyə Birləşmiş Krallıq Demans Araşdırma İnstitutu və "Imperia

.

Bu dezodorant səssizcə sağlamlığı məhv edir

Evimizdə demək olar ki, hər kəsin istifadə etdiyi bu dezodorant sağlamlıq üçün gizli təhlükə daşıyır. -ın xəbərinə görə, mütəxəssislər xəbərdarlıq edirlər ki, gigiyena vasitələrinin tərkibindəki bir ümumi maddə ciddi narahatlı

.

Kimlərə yumurta yemək olmaz?

Yumurta çox faydalı qida olsa da, bəzi insanlar üçün sağlamlıq baxımından riskli ola bilər. Aşağıdakı hallarda yumurta yemək məsləhət görülmür və ya ciddi nəzarətlə qəbul edilməlidir:. Yumurta allergiyası olanlar. Ən ço

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az kosmetoloq geyim necə seçməli qaşların formalari gilasın faydası bolqar biberinin faydasi mələk kartları çək müsabiqələr uşaq nece olur novruz bayramina aid vetene aid bayatilar tərəzi bürcü toyuq salati